Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Famaqusta (yun. Αμμόχωστος; türk. Gazimağusa) — De-yure Kipr Respublikasının ərazisində olan de-fakto isə Şimali Kipr Türk Respublikasının nəzarətində yerləşən

Famaqusta

  • Ana Səhifə
  • Vikipediya
  • Famaqusta

Famaqusta (yun. Αμμόχωστος; türk. Gazimağusa) — De-yure Kipr Respublikasının ərazisində olan de-fakto isə Şimali Kipr Türk Respublikasının nəzarətində yerləşən şəhər. Famaqusta şəhəri ərazidə yaşayan Kipr türkləri tərəfindən (türk. Gazimağusa) formasında adlandırılır.

Famaqusta
Αμμόχωστος
35°07′ şm. e. 33°57′ ş. u.HGYO
Ölkə
  •  Şimali Kipr
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 21 m
Saat qurşağı
  • UTC+03:00
Əhalisi
Əhalisi 40.920 nəfər
Rəqəmsal identifikatorlar
Poçt indeksi 5000
Digər
gazimagusabelediyesi.org
Xəritəni göstər/gizlə
Famaqusta xəritədə
Famaqusta
Famaqusta
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Antik dövrdə Famaqusta şəhərinin yerində Arsinoi şəhəri mövcud idi . Arsinoi e.ə. III əsrdə Misir fironu II Ptolomey tərəfindən salınmışdı. 1184-cü ildə Komninlər sülaləsindən olan İsaak Kiprdə hakimiyyətə gəlir. Ancaq onun hökmranlığı uzun müddət çəkmədi. Xaç yürüşləri zamanı Kiprdən keçən I Riçard bütün Kipri ələ keçirir və daha sonra fransız Luziyan sülaləsinə satır. Bu dövrdə Famaqusta kiçik yaşayış məntəqəsi idi. Əhalisi daha çox balıqçılıqla məşğul olurdu.

Müqəddəs torpaqlar xristianların əlindən çıxdıqdan sonra onların bir hissəsi Kiprdə məskunlaşdı. XIV əsrdən etibarən Famaqusta Aralıq dənizində mühüm limanlardan birinə çevrildi. Ada Venesiyanın tərkibində olarkən şəhərin önəmi daha da artdı.

1570-ci ildə Kiprin işğalına başlayan osmnalı ordusunun ən çox çətinlik çəkdiyi döyüşlərdən biri Famaqusta uğrunda oldu. Şəhər 1 ilə yaxın sultan qoşununun hücumlarını dəf edə bildi. Ancaq yeni gələn qüvvələr hesabına 1 avqust 1571-ci ildə şəhər ələ keçirildi və müqavimətin rəhbərlərinə divan tutuldu. Kipr 1914-ci ilə kimi Osmanlı hakimiyyəti altında qaldı. Məhz bu illərdə adaya türklərin köçü başladı.

1878-ci ildə Britaniya və Osmanlı dövləti arasında bağlanmış müqaviləyə əsasən Rusiya ilə birgə mübarizə aparmaq müqabilində ingilislər Kipri əldə edəcəkdilər. Kiprin Britaniya tərəfindən tam şəkildə anneksiyası 1914-cü ildə bitdi. Britaniya Famaqustanın bir liman kimi inkişafına böyük diqqət yetirirdilər. İngilislər adanı ələ keçirən kimi şəhərin küçələrinin və yararsız binalarının yenidən qurulmasını, daha yaxşı gigiyenanı təmin etmək məqsədi ilə bir inkişaf qanunu qəbul edilmişdi. Liman 1903-1906 -cı illər arasında inkişaf genişləndirildi. 1904-cü ildə Famaqustanıda əhatə edən dəmiryolunun tikintisinə start verildi.

Kipr müstəqillik əldə etdikdən sonra Famaqustanın tarixində yeni inkişaf dövrü başlayır. Keçən əsrin 60-cı illərində şəhərin turustik əhəmiyyəti daha da artdı. Famaqustanın cənub-qərbindəki Varoşa dünyanın ən məşhur ticarət və əyləncə mərkəzlərindən biri hesab olunurdu. 60-cı il konstitusiyasına əsasən şəhərdə yunan və türk bələdiyyələri yaradılmışdı.

14 avqust 1974-cü ildə Kipr hərəkatı zamanı Türkiyə ordusu 2 gün ərzində Famaqustanı tutdu. Yunanlar qısa müddət ərzində şəhəri tərk etməli oldular. Varaşo tamamilə boşaldıldı. BMT Təhlükəsizlik şurasının 1984-cü ildə qəbul etdiyi qətnaməyə əsasən rayonda yalnız onun yerli əhalisi məskunlaşa bilər. Buna görə Varoşa indiyə kimi boş qalmışdır. 8 oktyabr 2020-ci ildə Şimali Kipr hökuməti 46 ildən sonra ilk dəfə Varoşanın şimal hissəsini turistlər üçün açdı. Bu addım Yunanıstan və Kipr Respublikası başda olmaqla bir çox Avropa ölkəsi tərəfindən tənqidlə qarşılandı.

İqtisadiyyatı

XX əsrin ortalarında inkişaf etmiş bir şəhər olan Famaqusta 1974-cü ildən sonra əvvəlki əhəmiyyətini itirdi. Bu həm şəhər əhalisinin azalması, həm də Şimali Kiprin Türkiyədən başqa heç bir dövlət tərəfindən tanınmaması ilə bağlıdır. İstənilən halda Famaqusta ŞKTR-in əsas 2 limanından biri olaraq qalmaqdadır.

İdman

Famaqusta futbolu ilə tanınır. Kipr hərəkatına kimi "Anortosis" və "Nea Salamina" klubları bu şəhəri təmsil edirdilər. Hazırda onlar Larnakada fəaliyyətlərini davam etdirirlər. Hazırda Şimali Kipr futbol çempionatında Famaqustanın "Mağusa Türk Gücü" klubu iştirak edir.

Mədəniyyət

Qədim tarixə malik Famaqusta tarixi abidələrlə zəngindir. Bunlardan şəhər qalasını, Lələ Mustafa Paşa məscidini, renessans dövrünə aid saray, Tuzladakı son tunc və erkən dəmir dövrü aid şəhərciyi qeyd edə bilərik. Hər il şəhərdə Beynəlxalq Famaqusta İncəsənət və Mədəniyyət Festivalı təşkil edilir. Festival zamanı konsertlər, rəqs şouları və teatr oyunları oynanır.

Qardaş şəhərlər

  • İzmir, Türkiyə
  • Antalya, Türkiyə
  • Struqa, Şimali Makedoniya

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Famaqusta haqqında məlumat. Famaqusta nədir? Famaqusta nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Qulaq

  • Fevral 27, 2026

    Katoliklər

  • Fevral 27, 2026

    Orasio Kiroqa

  • Fevral 27, 2026

    Senday

  • Fevral 27, 2026

    Dırmaşma

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst