Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Çarlz Daues (27 avqust 1865[…] – 23 aprel 1951[…], Evanston[d], İllinoys) — ABŞ-lı siyasətçi. Amerika Birləşmiş Ştatlarının 30-cu vitse-prezidenti.

Çarlz Daues

  • Ana Səhifə
  • Vikipediya
  • Çarlz Daues

Çarlz Daues (27 avqust 1865[…] – 23 aprel 1951[…], Evanston[d], İllinoys) — ABŞ-lı siyasətçi. Amerika Birləşmiş Ştatlarının 30-cu vitse-prezidenti.

Çarlz Daues
Charles Gates Dawes
Amerika Birləşmiş Ştatlarının 30-cu vitse-prezidenti
4 mart 1925 – 4 mart 1929
PrezidentKalvin Kulic
ƏvvəlkiKalvin Kulic
SonrakıÇarlz Körtis
Şəxsi məlumatlar
Doğum tarixi 27 avqust 1865
Doğum yeri Ohayo,ABŞ ABŞ
Vəfat tarixi 23 aprel 1951 (85 yaşında)
Vəfat yeri İllinoys,ABŞ ABŞ
Vəfat səbəbi koronar tromboz[d]
Partiya
  • ABŞ Respublikaçılar Partiyası
Təhsili Marietta Kolleci
Fəaliyyəti siyasətçi, diplomat, pianoçu, yazıçı, iqtisadçı, bankir, mahnı yazarı[d], bəstəkar, vəkil, jurnalist
Həyat yoldaşı Caro Blymyer Dawes
Uşaqları Rufus Fearing Dawes
Carolyn Dawes
Dana McCutcheon
Virginia Dawes
Hərbi xidmət
Qoşun növü ABŞ Ordusu
Döyüşlər
  • Birinci Dünya müharibəsi
Elmi fəaliyyəti
Elm sahəsi siyasət

Təltifləri "Nobel" sülh mükafatı — 1925
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Nobel sülh mükafatı laureatı (1925, C. O. Çemberlenlə birlikdə). Varlı ailədən çıxmışdır. 1886-cı ildə Sinsinnati Universitetinin hüquq məktəbini bitirdikdən sonra özünün vəkil kontorunu açmışdır. Dəmiryol şirkətlərinin zorakılığına məruz qalan fermerlərin müdafiəçisi kimi tanınmışdır. 1896–97 illərdə prezident seçkilərində Respublikaçılar partiyasından namizəd U. Mak-Kinlinin İllinoys ştatında seçki kam paniyasına rəhbərlik etmişdir. Onun seçilməsindən sonra Daues pul dövriyyəsi üzrə müfəttiş olmuşdur.

Fəaliyyəti

1901-ci ildə Senata seçkilərdə məğlub olmuş, sonradan ABŞ-nin Orta Qərbində ən iri banka çevrilmiş "Central Trust Company of Illinois"un əsasını qoymuşdur. Birinci Dünya müharibəsi illərində könüllü orduya getmiş, ərzaqla təchizat və bölüşdürmə işinə baxmışdır. Müharibənin sonuna yaxın briqada generalı rütbəsini almış, Qərbi Avropadakı ABŞ ekspedisiya qüvvələrinin qərargah üzvü olmuş, müttəfiq qoşunlarının təchizatı məsələlərinə rəhbərlik etmişdir. 1919-cu ildə hərbi xidmətini dayandırmış, ABŞ-nin maliyyə naziri olmaq təklifini rədd etmiş, büdcə bürosunun direktoru təyin olunmuşdur. 1923–24-cü illərdə ABŞ hökumətinin tövsiyəsi ilə Almaniya üçün təzminat planını işləyib hazırlamış beynəlxalq ekspertlər komitəsinə rəhbərlik etmişdir. 1925–29-cu illərdə Respublikaçılar partiyasından ABŞ-nin vitse-prezidenti, 1929–32-ci il lərdə ABŞ-nin Böyük Britaniyada səfiri idi. 1932-ci ildən "Böyük depressiya"nın nəticələrini aradan qaldırmaq məqsədi daşıyan Maliyyə bərpa korporasiyasına və Çikaqoda Mərkəzi respublika bankının idarə heyətinə rəhbərlik etmişdir. Çikaqo opera teatrının yaradılmasında böyük rolu olmuşdur.

Çarlz Daues ABŞ-nin 30-cu prezidenti Kalvin Kulicin vitse-prezidenti olmuşdur. 1925-ci ildə Nobel sülh mükafatına layiq görülmüşdür.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Çarlz Daues haqqında məlumat. Çarlz Daues nədir? Çarlz Daues nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Bebras müsabiqəsi

  • Fevral 23, 2026

    Kaori İço

  • Fevral 24, 2026

    Yevgeni Leonov

  • Fevral 25, 2026

    Ordubad

  • Fevral 23, 2026

    29 noyabr

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst