Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Сorc Valton Lukas-kiçik (ing. George Walton Lucas, Jr.; 14 may 1944[…]) — Məşhur ABŞ rejissoru və milyarderidir. Onun şəxsi kapitalında 3,2 milyard dollar pulu

Corc Lukas

  • Ana Səhifə
  • Vikipediya
  • Corc Lukas

Сorc Valton Lukas-kiçik (ing. George Walton Lucas, Jr.; 14 may 1944[…]) — Məşhur ABŞ rejissoru və milyarderidir. Onun şəxsi kapitalında 3,2 milyard dollar pulu vardır.

Corc Lukas
George Walton Lucas
Doğum adı George Walton Lucas Jr.
Doğum tarixi 14 may 1944 (81 yaş)
Doğum yeri ABŞ ABŞ
Vətəndaşlığı ABŞ ABŞ
Uşaqları 4 (Amanda Lucas, Katie Lucas daxil olmaqla)
Fəaliyyəti Rejissor
Fəaliyyət illəri 1964-cü ildən
Təhsili
  • Cənubi Kaliforniya Universiteti (1967)
Boyu 168 sm
Üzvlüyü
  • Amerika İncəsənət və Elmlər Akademiyası
Mükafatları Kennedi Mərkəzinin fəxri mükafatı ABŞ-nin incəsənət sahəsində milli medalı
IMDb ID0000184
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Corc Lukas 14 may 1944-cü ildə ABŞ-nin Kaliforniya ştatının Modesto şəhərində anadan olmuşdur. Lukas peşəkar avtomobil yarışçısı olmağı xülya edərkən litseyi bitirdikdən dərhal sonra keçirdiyi yol qəzası səbəbiylə bundan imtina etdi və həyatı dəyişdi. Cənub Kaliforniya Universitetində Film İncəsənətini oxumağa qərar verən Lukas bu dövrdə çəkdiyi qısametrajlı filmlərdən biri olan THX-1138: 4EB (Electronic Labyinth) ilə Amerikan Milli Şagird Filmləri Festivalında ilk mükafatını qazandı. Bunun nəticəsində Warner Bros. şirkətində şagirdliyə başladı. Burada Frensis Ford Koppolanın idarə etdiyi "Finianın göy qurşağı" ("Finian's Rainbow", 1968) filminin çəkilişlərinə qatıldı. Koppola ilə yoldaşlıqları bu filmdən başladı. Birlikdə 1969-cu ildə "American Zoetrope" adlı bir şirkət qurdular. Etdikləri ilk iş də THX-1138: 4EB filminin uzun metrajlı versiyasını çəkmək oldu. Warner Bros. şirkətinin maliyyəyə etdiyi film kassada müvəffəqiyyət qazana bilmədi. Koppola "Ata" (1972) filmi üçün işə başlayınca Corc Lukas öz şirkəti olan "Lucasfilm Ltd." adlı şirkət qurdu. 1973-ci ildə ssenarisini yazdığı, öz həyatından da kəsiklər daşıyan "Amerikalı qraffit" filmini idarə etdi. Yalnız 780.000 mmin dollar büdcə ilə çəkilən, 50 milyon dollar gəlir qazanan bu filmlə Corc Lukas "Qızıl Qlobus mükafatı"nı qazandı. "Ən Yaxşı Film", "Ən Yaxşı Rejissor", "Ən Yaxşı Ssenari" daxil olmaq üzrə 5 budaqda Oskara namizəd göstərildi. Eyni il Corc Lukas "Fleş Qordon" və "Meymunlar Cəhənnəmi" filmindən təsirlənərək "Ulduz Döyüşləri"nin ssenarisini yazmağa başladı. 1975-ci ildə bu film üçün lazımlı olan vizual efektlerin yaradılacağı "ILM" (Industrial Light & Magic) şirkətini qurdu. "Star Wars" proyekti bir neçə studiya tərəfindən rədd edilsə də sonunda "Twentieth Century Fox" tərəfindən qəbul edildi. "Ulduz Döyüşləri" filmlərinin bütün seriyalarını müvəffəqiyyət əldə etdi. Bu filmlərin ardınca bir sıra digər filmlərin ssenarisini yazmış və rejissorluq etmişdir.

Filmoqrafiya

İlFilmOrijinal adıQeydlər
1965FrenheytFreiheitRejissor, ssenarist, operatorudur
1970THX 1138THX 1138Rejissor, ssenarist
1973Amerikalı qraffitAmerican GraffitiRejissor, ssenarist
1977Ulduz müharibələri. Epizod IV: Yeni ümidStar Wars. Episode IV: A New HopeRejissor, ssenarist, montajçı
1980Ulduz müharibələri. Epizod V: İmperiya cavab zərbəsi endirirStar Wars: Episode V The Empire Strikes BackProdüser, ssenarist
1983Ulduz müharibələri. Epizod VI: Cedinin qayıdışıStar Wars: Episode VI Return of the JediProdüser, ssenarist
1984İndiana Cons və taleyin məbədiIndiana Jones and the Temple of DoomProdüser, ssenarist
1989İndiana Cons və son səlib yürüşüIndiana Jones and the Last CrusadeSsenarist, prodüser
1994Radio ölkəsində qətlAccidental HeroQeyl Qeyli
1999Ulduz müharibələri. Epizod 1: Fantom təhlükəsiStar Wars: Episode I The Phantom MenaceMorqan Adams
2002Ulduz müharibələri. Epizod II: Klounların yürüşüStar Wars: Episode II Attack of the ClonesRejissor, prodüser, ssenarist
2005Ulduz müharibələri. Epizod III: Sithin qisasıStar Wars: Episode III Revenge of the SithRejissor, prodüser, ssenarist

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Corc Lukas haqqında məlumat. Corc Lukas nədir? Corc Lukas nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Yuxarı Qaramanlı

  • Fevral 27, 2026

    X Kristian

  • Fevral 27, 2026

    Filip Miller

  • Fevral 27, 2026

    Slavyan eposu

  • Fevral 23, 2026

    12 noyabr

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst