Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

X Kristian (tam adı: Kristian Karl Frederik Albert Aleksandr Vilhelm; 26 sentyabr 1870[…] – 20 aprel 1947[…], Amalienborq[d], Kopenhagen, Danimarka) — 1912-1947

X Kristian

  • Ana Səhifə
  • Vikipediya
  • X Kristian

X Kristian (tam adı: Kristian Karl Frederik Albert Aleksandr Vilhelm; 26 sentyabr 1870[…] – 20 aprel 1947[…], Amalienborq[d], Kopenhagen, Danimarka) — 1912-1947-ci illərdə Danimarka kralı, həmçinin 1918-1944-cü ildə ilk və tək İslandiya kralı olan şəxs.

X Kristian
dan. Christian 10.
Danimarka kralı
14 may 1912 – 20 aprel 1947
ƏvvəlkiVIII Fridrix
SonrakıIX Fridrix
İslandiya kralı
1 dekabr 1918 – 17 iyun 1944
Şəxsi məlumatlar
Doğum tarixi 26 sentyabr 1870(1870-09-26)[…]
Vəfat tarixi 20 aprel 1947(1947-04-20)[…] (76 yaşında)
Vəfat yeri
  • Amalienborq[d], Kopenhagen, Danimarka
Dəfn yeri
  • Roskille kafedralı[d]
Fəaliyyəti monarx, zabit
Atası VIII Frederik
Uşaqları
  • IX Frederik
Dini lüteranlıq
Rütbəsi
  • general

Təltifləri "III Karlos" ordeninin boyunbağısı "Müqəddəs apostol Andrey Pervozvannı" ordeni "Müqəddəs Aleksandr Nevski" ordeni 1-ci dərəcəli "Müqəddəs Anna" ordeni 1-ci dərəcəli "Müqəddəs Stanislav" ordeni 4-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni "Xilaskar" ordeni Knight of the Order of the Golden Fleece Grand Cross with Collar of the Order of the Falcon Knight Grand Cross with Collar of the Order of Saint Olav‎ Finlandiyanın "Ağ qızılgül" ordeninin böyük xaçı — 1919 "Serafimlər" ordeni — 1888 Knight Grand Commander of the Order of the Dannebrog "Ağ qartal" ordeni "İtaliya tacı" ordeninin böyük xaçı Honorary Knight Grand Cross of the Order of the Bath — 1908 Cross of Liberty 1st Division, 1st Class — 1925 "Fil" ordeninin cəngavər dərəcəsi — 1888
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

1870-ci ildə, Danimarka kralı VIII Frederik və İsveç şahzadəsi Luiza Evgeniyanın ailəsində doğulmuşdu. Ana tərəfdən babası XV Karl idi. Doğulanda atası hələ vəliəhd şahzadə idi və qardaşlarının ən böyüyü idi. 1889-cu ildə imtahan verərək gimnaziyaya daxil olmuş ilk Danimarka kralı olmuşdur.

Evliliyi

26 aprel 1898-ci ildə Meklenburq-Şverin hersoqu III Fridrix Fransın qızı Aleksandrina ilə Kann şəhərində evlənmişdir. İki övladı olmuşdur:

  • Şahzadə Frederik (1899-1972)
  • Şahzadə Knud (1900-1976)

Vəliəhd dövrü

1905-ci ildə Norveç müstəqilliyini elan edəndə, Kristianın kiçik qardaşı Haakon, VII Haakon adı ilə Norveç kralı elan olundu. 29 yanvar 1906-cı ildə kral IX Kristianın ölümündən sonra atası VIII Frederik taxta çıxdı və Kristian vəliəhd təyin olundu.

Taxta çıxması

14 may 1912-ci ildə atasının Hamburqda qəfil ölümündən sonra X Kristian adı ilə taxta çıxdı.

Pasxa böhranı

1920-ci ildə Versal sülh müqaviləsinin şərtlərinə görə Şlezviq vilayətində referendum keçirildi və referendum nəticəsində Şimali Şlezviq Danimarkaya, Mərkəzi və Cənubi Şlezviq isə Almaniyaya birləşdi. Lakin millətçilər, Mərkəzi Şlezviqdəki Flensburq şəhərinin Danimarkada qalmasını tələb etdilər. Kral bu tələbi qəbul etdi və baş nazir Karl Teodor Zaleyə bu barədə göstəriş verdi. Lakin baş nazir Danimarkanın konstitusiyalı monarxiya olduğunu xatırladıb bu göstərişdən imtina etdi. Kral hökuməti istefaya göndərdi və öz hökumət üzvlərini yerləşdirdi. Lakin bu hərəkət Danimarkada etirazlara səbəb olduqdan sonra kral öz hökumətini də buraxdı. Məhz bu hərəkətdən sonra Danimarka kralının siyasi nüfuzu bitdi və bir daha parlamentin sözündən çıxa bilmədi.

X Kristian 1940-cı ildə, paytaxt əhalisi ilə birlikdə.

İkinci Dünya müharibəsi

9 aprel 1940-cı il, səhər saat 4 radələrində Danimarka Almaniya tərəfindən sürətlə işğal olunmağa başladı. Kral təslim oldu və Danimarkanın özünüidarə hüququ saxlanılması ilə birlikdə Danimarka Almaniya tərəfindən müharibənin sonunacan işğalda saxlanıldı. Qardaşı VII Haakon və digər Avropa krallarından fərqli olaraq o sürgünə getmədi və öz ölkəsində qaldı. 13 oktyabr 1942-ci ildə atından yıxılandan sonra dövlət işlərindən tamamilə çəkilən Kristian ölümünəcən passiv həyat tərzi sürdü.

Ölümü

1947-ci ildə Kopenhagendə, Amalienborq sarayında vəfat etdi.

Mükafatları

  • 1914 -  Böyük Britaniya - 849-cu Bant ordeni
  •  Böyük Britaniya - Qüdrətli Hamam ordeni
  • 11 oktyabr 1901 -  Böyük Britaniya - Kraliyyət Viktoriya ordeni
  • İspaniya İspaniya - 1100-cü Qızıl Yun ordeni cəngavəri

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, X Kristian haqqında məlumat. X Kristian nədir? X Kristian nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Fatihə surəsi

  • Fevral 27, 2026

    PAL

  • Fevral 27, 2026

    İsgəndəriyyə kitabxanası

  • Fevral 27, 2026

    Neandertallar

  • Fevral 27, 2026

    Fəxrəddin Qazıxan

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst