Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qulu Rüstəm oğlu Əsgərov (18 dekabr 1928, Salyan, Salyan qəzası – 11 iyun 1987, Bakı) — Azərbaycan muğam və opera ifaçısı (lirik-dramatik tenor), bəstəkarı, xan

Qulu Əsgərov

  • Ana Səhifə
  • Vikipediya
  • Qulu Əsgərov

Qulu Rüstəm oğlu Əsgərov (18 dekabr 1928, Salyan, Salyan qəzası – 11 iyun 1987, Bakı) — Azərbaycan muğam və opera ifaçısı (lirik-dramatik tenor), bəstəkarı, xanəndə və pedaqoqu.

Qulu Əsgərov
Ümumi məlumatlar
Doğum tarixi 18 dekabr 1928(1928-12-18)
Doğum yeri
  • Salyan, Salyan qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 11 iyun 1987(1987-06-11) (58 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Musiqiçi məlumatları
Fəaliyyəti xanəndə
Janrlar muğam, xalq mahnısı, opera

Mündəricat

Həyatı

Əsgərov Qulu Rüstəm oğlu 18 dekabr 1928-ci ildə Salyan şəhərində anadan olmuşdur. Gənc yaşlarında rayon teatrında çıxış etmiş, Xalq Çalğı Alətləri ansamblına rəhbərlik etmişdir. 1953-cü ildə Gənc istetadların respublika olimpiyadasının qalibi olmuşdur. Qulu Əsgərov 1953–1958-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində təhsil almışdır.

Burada Azərbaycanın görkəmli xanəndələrinin (Seyid Şuşinski, Nəriman Əliyev) ifaçılıq ənənələrini mənimsəmiş və muğamın sirlərinə dərindən yiyələnmişdir. Qulu Əsgərov bütün muğam dəstgahlarını yüksək peşəkarlıqla və ən incə cizgiləri ilə dinləyiciyə çatdıra bilirdi. Qulu Əsgərov yaradıcı xanəndə idi. O, xalq arasında dillər əzbəri olan bir sıra mahnı və təsniflərin müəllifidir.

Onun lent yazıları AzTV Fondunda qorunur, yeni gələn nəsil tərəfindən ilhamlaifa olunur. Xanəndə uzun illər boyu Azərbaycan Dövlət Opera və Balet Teatrı nda solist kimi çalışmışdır. O, bu teatr səhnəsində muğam operalarında bir sıra yadda qalan obrazlar yaratmışdır : Məcnun, İbn-Salam, Kərəm (Üzeyir Hacıbəyov – "Leyli və Məcnun", "Əsli və Kərəm"), Aşıq Qərib (Z. Hacıbəyov- "Aşıq Qərib"), Şah İsmayıl (M. Maqomayev-Şah İsmayıl) obrazlarını böyük aktyorluq məharəti ilə hərtərəfli açmağa nail olmuşdur.

Qulu Əsgərov xanəndəlik sənəti üzrə böyük bir ifaçı nəsli yetişdirən gözəl müəllim olmuşdur. Onun davamçıları olan xanəndələr (Mələkxanım Əyyubova və b.) muğam sənətində nailiyyətlər əldə edərək, ustadın ənənələrini yaşadırlar.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qulu Əsgərov haqqında məlumat. Qulu Əsgərov nədir? Qulu Əsgərov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Ənam surəsi

  • Fevral 27, 2026

    Kür-Araz düzənliyi

  • Fevral 27, 2026

    Lidiya Rəsulova

  • Fevral 27, 2026

    İbn Abidin

  • Fevral 25, 2026

    Avqustin Avreli

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst