Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Lidiya Xudat qızı Rəsulova (4 dekabr 1941, Bakı – 5 fevral 2012, Bakı) — Azərbaycanın dövlət xadimi.

Lidiya Rəsulova

  • Ana Səhifə
  • Vikipediya
  • Lidiya Rəsulova

Lidiya Xudat qızı Rəsulova (4 dekabr 1941, Bakı – 5 fevral 2012, Bakı) — Azərbaycanın dövlət xadimi.

Lidiya Rəsulova
Azərbaycan Respublikasının təhsil naziri
2 sentyabr 1993 – 13 sentyabr 1997
Əvvəlkiqurum yaradılıb
SonrakıMisir Mərdanov
Azərbaycan Respublikasının sosial təminat naziri
5 fevral 1991 – 10 dekabr 1992
Əvvəlkiqurumun adı dəyişdirilib
Sonrakıqurum ləğv edilib
Azərbaycan SSR sosial təminat naziri
26 dekabr 1988 – 5 fevral 1991
ƏvvəlkiMəmməd Qazıyev
Sonrakıqurumun adı dəyişdirilib
Azərbaycan Həmkarlar İttifaqları Şurasının sədri
24 yanvar 1981 – 27 mart 1989
ƏvvəlkiZüleyxa Hüseynova
SonrakıRüfət Ağayev
Şəxsi məlumatlar
Doğum tarixi 4 dekabr 1941(1941-12-04)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 5 fevral 2012(2012-02-05) (70 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Təhsili
  • Azərbaycan Dillər Universiteti
Fəaliyyəti siyasətçi
Təltifləri "Oktyabr inqilabı" ordeni — 1980 "Xalqlar dostluğu" ordeni "Şöhrət" ordeni

Həyatı

Lidiya Rəsulova 1941-ci il dekabr ayının 4-də Bakı şəhərinin Sabunçu rayonunda, neftçi ailəsində anadan olmuşdur. O, Xudat Rəsulov və Məhbubə Rəsulovanın 7 övladından biri olub. 1959-cu ildə Bakıda 45 saylı orta məktəbi qızıl medalla bitirən Rəsulova Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutuna daxil olub, 1965-ci ildə universiteti rus dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə bitirib.

O, əmək fəaliyyətinə 1958-ci ildə Bakının ümumtəhsil və məktəbdənkənar tədris müəssisələrində başlayıb. 1963-1966-cü illərdə sekçili gənclər təşkilatlarında, 1966-1981-ci illərdə partiya və sovet orqanlarında müxtəlif vəzifələrdə çalışıb.

Rəsulova 1964-1965-ci illərdən 1971-ci ilə qədər Lenin rayonu (indiki Sabunçu rayonu) partiya komitəsinin təbliğat və təşviqat şöbəsinin müdiri, 1971-ci ildən isə Azərbaycan Kommmunist Partiyası Mərkəzi Komitəsinin (AKP MK) elm və təhsil şöbəsinin müdiri vəzifəsini icra edib. 1973-cü ildə MK-nın elm və təhsil şöbəsinin müdiri təyin edilib.

O, 1975-ci ilin 25 dekabrında etibarən 5 il Nəsimi rayon partiya komitəsinin birinci katibi vəzifəsini yerinə yetirib. Burada işlədiyi dövrdə AKP MK-nın birinci katibi Heydər Əliyev tərəfindən Rəsulovanın MK-nın Təftiş komissiyasının sədri vəzifəsinə namizədliyi irəli sürülüb.

1981–1988-ci illərdə Azərbaycan Respublikası Həmkarlar İttifaqları Şurasının sədri olub.

1988–1992-ci illərdə Azərbaycan Respublikasının sosial təminat naziri olmuş, daha sonra Azərbaycan Respublikası Dövlət Elm və Texnika Komitəsi sədrinin müavini, 1993-cü ildən etibarən Azərbaycan Respublikasının təhsil naziri işləmişdir. Səhhətində yaranmış problemlərlə əlaqədar 1997-ci ildə təhsil naziri vəzifəsindən azad olunan

Lidiya Rəsulova bir neçə çağırış SSRİ və Azərbaycan Ali Sovetinin deputatı seçilmişdir.

Lidiya Rəsulova bir çox orden və medallarla təltif edilmiş, dövlət quruculuğunda fəal iştirakına görə Azərbaycan Respublikasının ali mükafatı olan "Şöhrət" ordeninə layiq görülmüşdür. 2002-ci ildən prezident təqaüdçüsü olub.

Lidiya Xudat qızı Rəsulova 2012-ci il fevralın 5-də vəfat etmişdir.

Xatirəsi

2023-cü ildə tanınmış ictimai-siyasi xadim Lidiya Rəsulovaya həsr olunan və Dilarə Rüstəmin müəllifi olduğu "Tarixə yazılmış ömür" kitabı işıq üzü görmüşdür.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Lidiya Rəsulova haqqında məlumat. Lidiya Rəsulova nədir? Lidiya Rəsulova nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Muxtar Babayev

  • Fevral 27, 2026

    Lund

  • Fevral 27, 2026

    Yenigeçitveren (Bolu)

  • Fevral 24, 2026

    3 sentyabr

  • Fevral 23, 2026

    Avropa Birliyi

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst