Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Məhəmməd Əmin ibn Ömər əd-Dəməşqi (ərəb. ابن عابدين‎; 1783, Dəməşq – 1836, Dəməşq) — Osmanlı imperiyasının son dövrlərində yaşamış müsəlman fəqihlərindən biri.

İbn Abidin

  • Ana Səhifə
  • Vikipediya
  • İbn Abidin

Məhəmməd Əmin ibn Ömər əd-Dəməşqi (ərəb. ابن عابدين‎; 1783, Dəməşq – 1836, Dəməşq) — Osmanlı imperiyasının son dövrlərində yaşamış müsəlman fəqihlərindən biri.

İbn Abidin
ərəb. ابن عابدين‎
Doğum tarixi 1784
Doğum yeri Osmanlı imperiyası, Dəməşq
Vəfat tarixi 5 avqust 1836 (51–52 yaşında)
Vəfat yeri Osmanlı imperiyası, Dəməşq
Dəfn yeri
  • Bab əs-Səğir qəbiristanlığı[d]
Milliyyəti ərəb
Elm sahələri fiqh, təfsir

Mündəricat

Həyatı

1784-cü ildə Suriyanın Şam (Dəməşq) şəhərində anadan olmuşdur. O, Şamda yetişən Osmanlı fiqh alimlərinin ən məşhurlarındandır. Tam adı Seyid Məhəmməd Əmin ibn Ömər ibn Əbdüləziz əl-Hüseyni əd-Dəməşqidir. Hüseyn ibn Əlinin nəslindən olub, atasının anası "Xülasətül əsər" adlı əsərin müəllifi olan Mühibbinin qızıdır. Zöhd (dünya sevgisini tərk edənə deyilir) və təqvasına görə Abidin ləqəbi ilə tanınan beşinci babası Məhəmməd Səlahiddinə nisbətlə İbn Abidin deyə adlandırılmışdır. Seyid Məhəmməd atası ilə birlikdə ticarətlə məşğul olmuşdur. 1836-cı il, 5 avqust tarixində Şamda vəfat etdi və Babüs-Sağir qəbiristanlığında dəfn edildi.

Təhsili və elmi fəaliyyəti

Kiçik yaşda Quranı əzbərləmiş və qiraəti öyrənmişdir. O, Şamda şeyxul-qurra Məhəmməd Səid əl-Həməvidən təcvid elminə dair Meydaniyyə, Cəzəriyyə və Şatıbiyyə adlı əsərləri oxuyub əzbərlədi. Sonra sərf, nəhv elmini və Şafii fiqhini öyrənmişdir. Şafii fiqhinə dair əz-Zübədi və başqa əsərləri əzbərlədi. Daha sonra şafii alimlərdən olan Seyid Məhəmməd Şakir əs-Salimi əl-Akkaddan fənn elmələri ilə bərabər fiqh, hədis və təfsir dərsləri alan İbn Abidin on yeddi yaşında fiqh kitabları üzərinə haşiyə və şərhlər yazmağa başlamışdır. Hənəfi məzhəbinə keçərək bu müəlliminin vasitəsilə əl-Bəhrür-raik, əl-Hidayə və başqa əsərləri öyrəndi. Haskəfinin əd-Durrül-muxtar əsərini oxuyan vaxt müəlliminin vəfatı ilə əlaqədar (1222/1807) əsərinin qalanını müəlliminin tələbəsi olan Məhəmməd Səid əl-Hələbinin yanında başa çatdırdı. Müəllimi Akkad onu öz müəllimlərinin də dərslərinə aparmış və Məhəmməd əl-Küzbəri, Əhməd əl-Əttar, Məhəmməd Nəcib əl-Kalai və Məhəmməd Əbdürrəsul əl-Hindi kimi müəllimlərdən ona dair razılıq almışdır. Yazıları ilə o, hələ müəllimlərinin sağlığında tanınmışdır. Hənəfi məzhəbində o, məzhəbin yeddinci soyunun ən nüfuzlu alimlərdən biri hesab edilmişdir. Onun "Rəddül-Muhtar alə Durrül-Muxtar" adlı fiqh kitabı bu məzhəbdə yüksək dəyərləndirilir. Bu kitabda o, müxtəlif dövrlərdə yaşayan İslam fəqihlərinin ayrı-ayrı məsələlər üzrə verdiyi hökmlərini toplamışdır. Bundan başqa İbn Abidin, müsəlman hüququ ilə digər əsərlərin, eləcə də Quranın təfsirçisi olmuşdur. O, İslamdakı müxtəlif təriqətlərin baxışlarını ənənəvi İslam baxımından araşdıraraq təhlil etmişdir.

Əsərləri

1. Rəddül-Muxtar, İbni Abidin xüsusilə bu əsəriylə tanınmışdır. Bu kitabı, Dürrül-Muxtar kitabına yazdığı beş cildlik haşiyəsidir. Kitab, İbni Abidin adıyla məşhur olmuşdur. Əsər, Hənəfi məzhəbindəki fiqh kitablarının ən qiymətlisi və ən faydalısıdır. Hənəfi məzhəbində öz zamanına qədər yazılmış olan fiqh kitablarının sanki bir xülasəsidir. Bundan başqa;

2. Təfsirül-Beydavi Haşiyəsi,

3. əl-İbanə,

4. əl-Uqudüd-Dürriyyə,

5. Buğyətül-Mənasik,

6. Tahrirül-İbarə,

7. Tahrirün-Nüqul,

8. əl-Uqudül-Ləali,

9. Səllül-Hisam əl-Hindi li Nüsrəti Mövlana Xalid ən-Nəqşibəndi (Bu əsərində Mövlana Xalidə dil uzadanlara cavab verərək, kəramətin haqq olduğunun isbatı vermişdir.),

10. əl-Elmuz-Zahir,

11. əl-Fəvaidül-Acibə,

12. Mənhəlül-Varidin kimi daha bir çox qiymətli əsərləri vardır.

Həmçinin bax

  • Hənəfi məzhəbi
  • Şafii məzhəbi
  • İslam
  • Osmanlı imperiyası

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İbn Abidin haqqında məlumat. İbn Abidin nədir? İbn Abidin nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Teatr

  • Fevral 27, 2026

    Xətib Təbrizi

  • Fevral 27, 2026

    Zuvand

  • Fevral 27, 2026

    Kolqışlaq

  • Fevral 27, 2026

    Nikah

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst