Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Səadət Partiyası 2001-ci il iyul ayının 20-də Türkiyənin keçmiş baş naziri Nəcməddin Ərbakanın başçılığı ilə Millî Görüş hərəkatı daxilində Fəzilət Partiyasının

Səadət Partiyası

  • Ana Səhifə
  • Vikipediya
  • Səadət Partiyası

Səadət Partiyası — Türkiyədə fəaliyyət göstərən siyasi partiya.

Səadət Partiyası
Loqonun şəkli
Quruluş tarixi 20 iyul 2001
Sələfi Fəzilət Partiyası
Baş qərargah Ankara, Türkiyə
İdeologiya Milli görüş
İslamçılıq
Ümmətçilik
Üzv sayı ▼ 217.441
Şüar Yüreğinin sesini dinle, SAADET'i duyacaksın
Parlamentdə
20 / 600
Bələdiyyədə
  • 1 / 922
    (İlçə)
  • 3 / 388
    (Bəldə)
Saytı saadet.org.tr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Haqqında

Səadət Partiyası 2001-ci il iyul ayının 20-də Türkiyənin keçmiş baş naziri Nəcməddin Ərbakanın başçılığı ilə Millî Görüş hərəkatı daxilində Fəzilət Partiyasının davamçısı olaraq yaradılmışdır. Fəzilət Partiyasının Türkiyə Böyük Millət Məclisindəki üzvlərinin bu partiyaya keçməsilə Səadət Partiyası parlamentdə təmsil olunmuşdur. Partiyanın parlament qrup sədri ilahiyyatçı Nihat Hatipoğlunun qardaşı Ömər Hatiboğlu olmuşdur. Nəcməddin Ərbakanın siyasi fəaliyyətinə qadağa tətbiq edildiyi üçün o, partiya sədrliyindən istefa vermiş, 2003-cü ildə Rəcai Qutan sədr seçilmişdir. Daha sonra Numan Qurtulmuş partiya sədri seçilsə də, 2011-ci ildə parlament seçkiləri ərəfəsində p, partiyadan ayrılaraq hakim Ədalət və İnkişaf Partiyasına (AKP) üzv olmuşdur. 2011-ci ilin Mart ayında Mustafa Kamalak partiyaya sədr seçilmişdir.

2002-ci il seçkilərində seçicilərini təxribat yolu ilə AKPyə uduzaraq 2% səs almış, TBMMdən kənarda qalmışdır. 2007-ci ildə də eyni nəticəni göstərib.

2013-cü ildə Bingöl Bələdiyyəsi və AKP Bingöl təşkilatı tam tərkiblə Səadət Partiyasına qatılmışdır. 2014-cü ilin Bələdiyyə seçkilərində Səadət Partiyası 3% səs, təxminən 2 milyon seçicinin dəstəyini qazanaraq Konya, Ərzurum, Ərzincan və Batmanda bir sıra rayon Bələdiyyələrini qazanmışdır.

2015-ci il parlament seçkilərinə Böyük Birlik Partiyası ilə ittifaq halında qatılan partiya ümumilikdə 2% səs toplayaraq parlamentə düşə bilməmişdir. 2016-cı ilin 15 iyul dövlət çevrilişi cəhdinə ilk etiraz edən Səadət Partiyasının 20 — yə yaxın üzvü xuntaçılar tərəfindən qətlə yetirilmişdir.

Hazırda partiyanın sədri 2016-cı ilin 30 oktyabr tarixli qurultayda seçilmiş keçmiş Rifah Partiyasından Sivas vilayət Bələdiyyəsi sədri olmuş Təməl Karamollaoğludur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Səadət Partiyası haqqında məlumat. Səadət Partiyası nədir? Səadət Partiyası nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Tonqa dili

  • Fevral 27, 2026

    Uniya

  • Fevral 27, 2026

    İohann Kepler

  • Fevral 27, 2026

    Şərqi Sayan

  • Fevral 27, 2026

    Böcək

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst