Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Nəcməddin Ərbakan (türk. Necmettin Erbakan; 29 oktyabr 1926, Sinop – 27 fevral 2011[…], Ankara) — Türkiyənin 33-cü baş naziri (1996–1997) və keçmiş millət vəkil

Nəcməddin Ərbakan

  • Ana Səhifə
  • Vikipediya
  • Nəcməddin Ərbakan

Nəcməddin Ərbakan (türk. Necmettin Erbakan; 29 oktyabr 1926, Sinop – 27 fevral 2011[…], Ankara) — Türkiyənin 33-cü baş naziri (1996–1997) və keçmiş millət vəkili.

Nəcməddin Ərbakan
türk. Necmettin Erbakan
Türkiyə Respublikasının 33-cü baş naziri
28 iyun 1996 – 30 iyun 1997
PrezidentSüleyman Dəmirəl
ƏvvəlkiMəsud Yılmaz
SonrakıMəsud Yılmaz
Şəxsi məlumatlar
Doğum tarixi 29 oktyabr 1926(1926-10-29)
Doğum yeri
  • Sinop, Sinop vilayəti, Türkiyə
Vəfat tarixi 27 fevral 2011(2011-02-27)[…] (84 yaşında)
Vəfat yeri
  • Ankara, Ankara ili, Türkiyə
Vəfat səbəbi ürək çatışmazlığı
Dəfn yeri
  • Mərkəzəfəndi qəbiristanlığı
Partiya
  • Rifah Partiyası (1987–1998),
  • Milli Nizam Partiyası[d] (1970–1971),
  • Milli Qurtuluş Partiyası[d] (1973–1981),
  • Fəzilət Partiyası[d] (1999–2003),
  • Səadət Partiyası (2003–2011)
Təhsili
  • İstanbul Texniki Universiteti,
  • London Universiteti[d],
  • İstanbul liseyi[d]
Fəaliyyəti siyasətçi, mühəndis, universitet müəllimi[d]
Uşağı
  • Fatih Ərbakan
Dini sünnilik

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

29 oktyabr 1926-ci ildə Türkiyənin Sinop şəhərində adanalı Oğuz türklərinin Avşar elindən Kozanoğullarına mənsub olan Mehmet Səid Ərbakanın ailəsində dünyaya gəlmişdir. Nəcməddin Ərbakan ibtidai təhsilinə Kayseridə başlamışdı. 1937-ci ildə bu məktəbi əlaçı şagird kimi bitirmişdi.

Həmin ildə İstanbul Oğlanlar Liseyində orta təhsilini davam etdirdi. Ərbakan həmin litseyi əlaçı tələbə kimi bitirdi. O zamanlar orta məktəbi əlaçı şagird kimi bitirənlər ali məktəblərə imtahansız qəbul olunurdu. Lakin Nəcməddin Ərbakan imtahansız qəbul olunmağı rədd edərək imtahana girmiş və yüksək nəticə göstədiyinə görə İstanbul Texniki Universitetinin ikinci kursuna qəbul edlimişdir. İbtidai təhsilinə altı yaşından, universitetə də ikinci kursdan başlamaqla özündən iki yaş böyük olanlarla eyni sinifdə təhsil aldı. Bu yoldaşlarından biri də Süleyman Dəmirəl olmuşdur.

Ərbakan 1948-ci ilin yayında İTU Makina fakültəsini müvəffəqiyyətlə bitirmiş və elə həmin ildə – 1 iyunda Makina fakültəsinin "Motorlar" kursunda aspirant kimi işləməyə başlamışdır. 1948–1951-ci illər arasındakı 3 illik aspirantlıq dövründə o vaxtlar doktorluq disertasiyasını əvəz edən bir dissertasiya hazırladı. Kurslarda dərs vermək dosent və professorların səlahiyyətində olmasına baxmayaraq aspirant olduğu halda dərs verməsinə icazə verilmişdir. Dissertasiyasındakı müvəffəqiyyətinə görə universitet tərəfindən 1951-ci ildə Aaxen Texniki Universitetində elmi araşdırmalar aparmaq və bilik və təcrübəsini artırmaq üçün Almaniyaya göndərilən Ərbakan alman ordusu üçün araşdırma aparan DVL araşdırma mərkəzində çalışan Prof. Şmit ilə birlikdə müvəffəqiyyətli araşdırmalar apardı.

Aaxen Texniki Universitetində il yarım ərzində biri doktorluq dissertasiyası olmaqla 3 dissertasiya hazırlayan Ərbakan alman universitetlərində etibarlı olan "DOKTOR-MÜHƏNDİS: Dr-İng" adını aldı.

Almaniya İqtisadiyyat Nazirliyinin Rur ərazisindəki zavodlarda araşdırma aparan heyətə öz istəyi ilə qoşulmuş və 15 gün Rur ərazisindəki bütün ağır sənaye zavodlarını gəzib araşdırma aparmaq imkanı əldə etmişdir.

2010-cu ildə Səadət Partiyasında partiya sədri şeçimlərindən sonra Numan Kurtulmuşun istefasından sonra Erbakan yenidən partiya sədri şeçilib.

Nəcməddin Ərbakan 2011-ci il fevralın 27-də saat 13.40-da ürək çatışmazlığından vəfat etmişdir.

Həmçinin bax

  • Nəcmeddin Ərbakan Universiteti

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Nəcməddin Ərbakan haqqında məlumat. Nəcməddin Ərbakan nədir? Nəcməddin Ərbakan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Bolqarçay

  • Fevral 24, 2026

    Tuğ (Xocavənd)

  • Fevral 25, 2026

    Honduras

  • Fevral 27, 2026

    E.ə. 549

  • Fevral 27, 2026

    Hollywood Records

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst