Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ümumdünya Hörümçək Toru Konsorsiumu (ing. World Wide Web Consortium ya da qısaca W3C) — ümumdünya hörümçək toru üçün əsas beynəlxalq standartlar təşkilatı. 1994

W3C

  • Ana Səhifə
  • Vikipediya
  • W3C

Ümumdünya Hörümçək Toru Konsorsiumu (ing. World Wide Web Consortium ya da qısaca W3C) — ümumdünya hörümçək toru üçün əsas beynəlxalq standartlar təşkilatı. 1994-cü ildə təsis edilmişdir və Tim Berners-Li tərəfindən idarə olunur. Konsorsium ümumdünya hörümçək toru üçün standartların işlənib hazırlanmasında birgə fəaliyyət göstərən tam ştatlı işçiləri təmin edən üzv təşkilatlardan ibarətdir. 5 mart 2023-cü il tarixinə olan məlumata görə, W3C-nin 462 üzvü var idi. W3C həmçinin, təhsil və təbliğatla məşğul olur, proqram təminatı hazırlayır və internet haqqında müzakirələr üçün açıq forum rolunu oynayır.

World Wide Web Consortium
W3C
Loqonun şəkli
Növü Konsorsium, 501(c)(3) təşkilatı[d]
Yaranma tarixi 1 oktyabr 1994
Mərkəzi
  • Kembric
Qurucusu
  • Tim Berners-Li
Sədr Tim Berners-Li
Üzvləri
  • 52 nəf. (2026)
w3.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

"World Wide Web Consortium" (W3C) 1994-cü ildə Tim Berners-Li tərəfindən 1994-cü ilin oktyabrında Avropa Nüvə Tədqiqatları Təşkilatından (CERN) ayrıldıqdan sonra yaradılmışdır. Bu, Avropa Komissiyası və Müdafiə Təkmil Araşdırma Layihələri Agentliyinin (DARPA) dəstəyi ilə Massaçusets Texnologiya İnstitutunun (MIT) Kompüter Elmləri Laboratoriyasında yaradılmışdır. DARPA internetin sələflərindən biri olan ARPANET-ə öncülük etmişdi. 2004-cü ilə qədər Texnologiya Meydanında yerləşirdi, sonra Stata Mərkəzinə köçmüşdü.

İlk növbədə CERN-in W3C-nin Avropa filialına ev sahibliyi etməsi nəzərdə tutulmuşdu. Bununla belə, CERN informasiya texnologiyalarına deyil, hissəciklər fizikasına diqqət yetirmək istəyirdi. 1995-ci ilin aprelində Fransa Kompüter Elmləri və Avtomatlaşdırma üzrə Tədqiqatlar İnstitutu W3C-nin Avropa üzrə ev sahibi olmuşdu. Keyo Universitetinin Tədqiqat İnstitutu 1996-cı ilin sentyabrında Asiya üzrə ev sahibi olmuşdu. 1997-ci ildən başlayaraq W3C bütün dünyada regional ofislər yaratmışdır. 2009-cu ilin sentyabr ayına olan məlumata görə, onun Avstraliya, Benilüks ölkələri (Belçika, Niderland və Lüksemburq), Braziliya, Çin, Finlandiya, Almaniya, Avstriya, Yunanıstan, Honkonq, Macarıstan, Hindistan, İsrail, İtaliya, Cənubi Koreya, Mərakeş, Cənubi Afrika, İspaniya, İsveç və 2016-cı ildən etibarən Birləşmiş Krallıq və İrlandiyada ofisləri var.

2013-cü ilin yanvarında Beyhan Universiteti Çin üzrə ev sahibi olmuşdur.

2022-ci ildə "W3C WebFonts" İşçi Qrupu xüsusi endirilə bilən şriftlər, veb və TV cihazları üçün tipoqrafiya üçün şrift texnologiyasını standartlaşdırdığına görə Milli Televiziya İncəsənəti və Elmləri Akademiyasından "Emmi" mükafatını qazanmışdır.

Birliyin standartlarına uyğun gələn şəbəkə brauzerləri

  • Mozilla Firefox
  • Opera
  • Internet Explorer
  • Apple Safari
  • Google Chrome

Birliyin müəyyən etdiyi standartlar

  • HTML
  • MathML
  • XHTML
  • XML
  • SVG
  • PNG

Həmçinin bax

  • CSS
  • HTML
  • MathML
  • WebRTC
  • XHTML
  • XML

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, W3C haqqında məlumat. W3C nədir? W3C nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Silvestr Stallone

  • Fevral 27, 2026

    Pavel Nedved

  • Fevral 27, 2026

    Masal

  • Fevral 27, 2026

    Zoomorfizm

  • Fevral 27, 2026

    Alma-mater

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst