Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bəydili və ya begdili, bəgdilü, bektili — Azərbaycan türklərinin, Anadolu türklərinin, İraq və Suriya türkmanlarının, türkmənlərin etnogenezində iştirak etmiş O

Bəydili boyu

  • Ana Səhifə
  • Vikipediya
  • Bəydili boyu

Bəydili və ya begdili, bəgdilü, bektili — Azərbaycan türklərinin, Anadolu türklərinin, İraq və Suriya türkmanlarının, türkmənlərin etnogenezində iştirak etmiş Oğuz boylarından biri. Şərqin orta əsr tarixçilərinin əsərlərində oğuzların ən qədim 24 tayfadan biri kimi qeyd edilir, onların mənşəyini oğuz türklərinin qədim əcdadı və digər türk xalqlarının qəhrəman əcdadı Oğuz xana aparır. Keçmiş mənbələrdə bu adın fərqli variantlarına rast gəlinir (Bigdeli, Bəgtili, Bəydilü, Begdilü və s.).

Bəydilli boyu
Mahmud Kaşğarinin "Divanü Lüğat-it-Türk" əsərinə əsasən Bəydilli damğası
Yaşadığı ərazilər
 Azərbaycan
 Türkiyə
 İran
 Türkmənistan
Dini

İslam: şiəlik, ələvilik, sufizm, sünnilik

Mənşəyi
Oğuz (Türk)
Qohum xalqlar

Türk xalqları

Mündəricat

Mənşəyi

Bəydili boyunun ilk adı XI-XII əsrlərdə Qaraxanlılar dövlətinin filoloqu və lüğətşünası Mahmud əl-Kaşğarinin tərtib etdiyi “Divan lüğat ət-türk”adlı türk ensiklopedik lüğətində də tayfanın oğuzların 22 soyuna daxil olduğu qeyd edilmişdir:

"Oğuzlar türk tayfalarından (qəbilələrdən) biri, türkmənlər kimi də tanınır. Onlar 22 boydan ibarətdir...Yeddincisi Bəydililərdir".

Bəydili tayfasının türkmən mənşəyi haqqında məlumatı Hülakülər dövlətinin tanınmış dövlət xadimi və tarixçisi Rəşid əd-Din də öz “Cami ət-təvarix” (“Tarixlər məcmuəsi”) əsərində, “Oğuz xanın əfsanələri. Türkmənlərin tayfa bölgüsü” adlı bölməsində verir:

“...Hər bir (budaq) müəyyən səbəbə və ya hadisəyə görə bir ad və ləqəb almışdır: oğuzlar, indi hamısı türkmən adlandırılır... (Oğuz nəslinin budaqları)... ULDUZ-XAN — Avşar, Bəgdili, Qarıq, Qarğın..".

Əbulqazinin "Şəcərəyi-tərəkəmə" əsərində yer alan Bəydili boyun damğası

Bu barədə XVII əsr Xivə xanı və tarixçisi Əbu-l-Qazi də “Şəcərəyi-tərəkəmə” (Türkmən şəcərəsi) adlı əsərində yazır və Bəydilini Oğuz xanın 24 nəvəsindən birinin nəslindən gələn tayfa kimi qeyd edir:

“Ulduz-xanın böyük oğlu Avşar, ikinci oğlu Qızıq, üçüncü oğlu Bəydili, dördüncü oğlu Qarğındır.”

Tarixi

Bəydili tayfasından olan Xarəzmşah İl-Arslanın məqbərəsi, Koneurgenç, Türkmənistan

Erkən dövr

Bəydili boyu, Səlcuq sülaləsi ilə birlikdə V–XI əsrlər arasında İranın və Anadolunun fəthində mühüm rol oynamışdır. Digər bir qrup isə VII–XIII əsrlər arasında monqol istilasından qaçaraq ehtimal ki, Suriyaya çatmış və Məmlüklərlə qüvvələrini birləşdirmişdir. 1077–1231-ci illər arasında Xarəzmşahlar adı altında Orta Asiyanın geniş bir hissəsini idarə edən Anuştəkinlər də Bəydili boyundan idilər. Ayn Calut döyüşündə monqolları sərkərdə Baybarsla birlikdə məğlub edən Məmlük sultanı Seyfəddin Qutuz da Bəydili boyuna mənsub idi.

Bəydli boyu Suriyadan cənub və şərqi Anadolunun ərazilərinə, daha sonra isə İrana yayılaraq Ağqoyunlu və Səfəvi dövlətlərinin quruluşunda və idarəsində mühüm rol oynamışdır. Tarixçi Yusuf Halaçoğluna görə, Xəzər xaqanlığını da bu boy qurmuşdur.

Bəydili boyunun 1694–1712-ci illər arasında Suriyanın Rəqqə şəhərinə sürgün edilməsinə dair fərman mövcuddur.

VIII–XIV əsrlərin ikinci yarısında Bəydili boyu Taşkun oğulları nəzarəti altında fəaliyyət göstərmişdir. IX–XV və XI–XVII əsrlər arasında Hələb və Diyarbəkir arasında yerləşən ən yaxşı otlaqlarda böyük bir Beğdili icması yaşamışdır. XI–XVII əsrlər arasında mövcud olan bu ilk 12.000 çadırlı icmanın Hələb türkmanlərinin sələfləri olduğu ehtimal edilir. X–XVI əsrlərdə başqa bir Bəydili icması Sivas və Malatya arasındakı bölgəyə yerləşmiş, onların bir hissəsi isə sonradan cənuba, Rəqqə ətrafına köçmüşdür.

Səfəvilər dövlətindəki rolları

Bəydili oymağı Səfəvilər dövlətinin formalaşması və idarəçiliyində mühüm rol oynamış türk tayfa birləşmələrindən biridir. Bu oymaq Şamlı tayfasının tərkib hissəsi olmuş və Səfəvi ordusu ilə sarayında yüksək mövqelər tutmuşdur. Bəydililər və Şamlı tayfasının digər nümayəndələri XV əsrdə, Əmir Teymurun hakimiyyətinin son illərində Suriyadan İrana köçürülərək Ərdəbilə məskunlaşmış, burada Səfəvi hökmdarlarına xidmət etmişlər.

Səfəvilərin tarixinin ilk mərhələsinə aid mənbələrdə Şamlu tayfasının daxilindəki konkret oymaqlar haqqında məlumatlar, demək olar ki, göstərilməmişdir. Yalnız I Şah Abbasın hakimiyyətə gəlişi ərəfəsində və sonrakı dövrlərdə Bəgdilü adının mənbələrdə çəkildiyi müşahidə olunur. Görkəmli alim Qulamhüseyn Begdili bu dövrdə yaşamış, lakin mənbələrdə mənsubiyyətləri göstərilməmiş bir çox Şamlu əyanını — o cümlədən Hüseyn bəy Lələ, Durmuş xan, Əliqulu xan və digərlərini — Bəgdilü oymağına aid etmişdir.

Bəgdilü əmirləri Səfəvilər dövlətində xüsusilə hərbi sahədə yüksək vəzifələr tutmuşlar. Onların içərisində ən məşhurlarından biri Zeynal xan Bəgdilü olmuşdur. O, I Şah Abbas dövründə tuşmalbaşı, eşikağasıbaşı və Rey valisi vəzifələrinə təyin edilmiş, bir çox mühüm döyüşlərdə iştirak etmiş və Böyük Moğol imperiyasına səfir kimi göndərilmişdi.

I Şah Abbasın vəfatından sonra onun varisi I Şah Səfi Zeynal xanı sipəhsalar (ordu baş komandanı) təyin etdi. Lakin 1630-cu ildə Həmədan yaxınlığında Osmanlı qoşunlarına məğlub olan Zeynal xan şahın qəzəbinə tuş gələrək edam edildi. Zeynal xanın qardaşları — Məhəmmədi bəy (I Şah Abbasın yaxın çevrəsinə daxil idi) və Qapan bəy, sarayda eşikağasıbaşı vəzifəsində xidmət etmiş və böyük sərvət toplamış Heydər sultan və onun oğlu Nurəddəhr bəy, həmçinin Nəcəf qorçularının qorçubaşısı Sarı sultan dövrün nüfuzlu şəxslərindən idilər.

Gündoğmuş sultan Bəgdilü isə Kərkük ətrafında xidmət etmiş, I Şah Abbasın İraq səfəri zamanı onun saray xidmətinə daxil olmuş və Azərbaycanda geniş torpaq sahələri əldə etmişdi.

Səfəvi dövlətinin son dövrlərində

Bəgdilü oymağının nümayəndələri Məhəmməd Mömin xan və onun oğlu Məhəmmədqulu xan Səfəvi dövlətinin son illərində sədri-əzəm (baş vəzir) vəzifəsinə gətirilmişlər. Məhəmmədqulu xan Bəgdilü bir neçə aylıq sədrlik dövründən sonra 1722-ci ildə İsfahanın əfqan mühasirəsindən xilas edilməsi cəhdində iştirak etmiş, lakin döyüşdə həlak olmuşdur.

“Atəşkədeyi-Azər” təzkirəsinin müəllifi Lütfəli bəy Azər (1722–1780) də Şamlu tayfasının Bəgdilü oymağından idi.

Bəydili boyunun tanınmış şəxsiyyətləri

Səfəvilər dövrü:

  • Zeynal xan Bəgdilü – I Şah Abbas dövründə tuşmalbaşı, eşikağasıbaşı və Rey valisi; Böyük Moğol imperiyasına səfir göndərilmiş; daha sonra I Şah Səfi tərəfindən sipəhsalar (ordu baş komandanı) təyin edilmiş, 1630-cu ildə Həmədan yaxınlığında Osmanlı qoşunlarına məğlub olduqdan sonra edam edilmişdir.
  • Məhəmmədi bəy Bəgdilü – I Şah Abbasın yaxın çevrəsinə daxil olan saray əyanı, Zeynal xanın qardaşı.
  • Qapan bəy Bəgdilü – Zeynal xanın qardaşı, Səfəvi sarayında yüksək vəzifə sahibi.
  • Heydər sultan Bəgdilü – sarayda eşikağasıbaşı vəzifəsində xidmət etmiş, böyük sərvət sahibi olmuş nüfuzlu şəxs.
  • Nurəddəhr bəy Bəgdilü – Heydər sultanın oğlu, Səfəvi sarayında nüfuzlu ailənin nümayəndəsi.
  • Sarı sultan Bəgdilü – Nəcəf qorçularının qorçubaşısı; hərbi nüfuzu ilə tanınmışdır.
  • Gündoğmuş sultan Bəgdilü – Kərkük ətrafında xidmət etmiş, I Şah Abbasın İraq səfəri zamanı onun xidmətinə daxil olmuş, Azərbaycanda iri torpaq mülkləri almışdır.
  • Məhəmməd Mömin xan Bəgdilü – Səfəvi dövlətində sədri-əzəm (baş vəzir) vəzifəsini tutmuş dövlət xadimi.
  • Məhəmmədqulu xan Bəgdilü – Məhəmməd Mömin xanın oğlu, 1722-ci ildə İsfahanın əfqan mühasirəsindən azad edilməsi cəhdində iştirak etmiş, döyüşdə həlak olmuşdur.
  • Lütfəli bəy Azər (1722–1780) – “Atəşkədeyi-Azər” təzkirəsinin müəllifi, Şamlu tayfasının Bəgdilü oymağından olan şair və alim.
  • Durmuş xan Bəgdilü – Səfəvilər dövründə Şamlu tayfasının nüfuzlu əmirlərindən biri (Qulamhüseyn Begdilinin tədqiqatlarında Bəgdilü mənsubiyyəti göstərilir).
  • Hüseyn bəy Lələ Bəgdilü – Səfəvi sarayında mühüm vəzifələrdə çalışmış əyan, Qulamhüseyn Begdilinin araşdırmalarına görə Bəgdilü oymağına mənsubdur.
  • Əliqulu xan Bəgdilü – Səfəvi dövründə yüksək rütbəli sərkərdə və dövlət xadimi kimi qeyd olunur.

Həmçinin bax

  • Şamlı (tayfa)
  • Oğuz türkləri
  • Oğuz xan
  • Xarəzmşahlar

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Bəydili boyu haqqında məlumat. Bəydili boyu nədir? Bəydili boyu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Foroney

  • Fevral 24, 2026

    Kano Eytoku

  • Fevral 27, 2026

    Xəlil Mutlu

  • Fevral 27, 2026

    Saya xan

  • Fevral 27, 2026

    Aleksandr Nevski

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst