Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Aleksandr Yaroslaviç Nevski (tələffüzü [[Beynəlxalq fonetik əlifba|[ɐlʲɪˈksandr jɪrɐˈsɫavʲɪtɕ ˈnʲɛfskʲɪj]]]  13 may 1220, Pereslavl-Zalesski, Böyük Vladimir kny

Aleksandr Nevski

  • Ana Səhifə
  • Vikipediya
  • Aleksandr Nevski

Aleksandr Yaroslaviç Nevski (tələffüzü [[Beynəlxalq fonetik əlifba|[ɐlʲɪˈksandr jɪrɐˈsɫavʲɪtɕ ˈnʲɛfskʲɪj]]]  13 may 1220, Pereslavl-Zalesski, Böyük Vladimir knyazlığı – 14 noyabr 1263, Qorodets, Böyük Vladimir knyazlığı) — rus dövlət və hərbi xadimi, Novqorod Respublikasının knyazı (1228–1229, 1236–1240, 1241–1252 və 1257–1259), Kiyev knyazlığının Böyük Knyazı (1249–1263), Vladimir knyazlığının Böyük Knyazı (1252–1263).

Aleksandr Nevski
Şəxsi məlumatlar
Doğum tarixi 13 may 1220(1220-05-13)
Doğum yeri
  • Pereslavl-Zalesski, Böyük Vladimir knyazlığı
Vəfat tarixi 14 noyabr 1263(1263-11-14) (43 yaşında)
Vəfat yeri
  • Qorodets, Böyük Vladimir knyazlığı
Vəfat səbəbi ağciyər iltihabı
Fəaliyyəti rəhbər, hərbi lider[d]
Uşaqları
  • Daniil Aleksandroviç
Ailəsi Rüriklər sülaləsi
Dini şərqi ortodoks xristianlıq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Neva döyüşü

1240 cı il iyulun 15 də İsveç ordusu Böyük Novqrod ordusu ilə Neva çayı sahilində qarşılaşdı. İsveç ordusuna İsveç kralının qohumu, şöhrətli gəncavər Birger rəhbərlik edirdi. Döyüş isveçlilərin üstülüyü altında keçirdi. Ta ki 20 yaşlı Aleksandrın əmri ilə Novqrod döyüşçüləri meşədən çıxaraq isveçliləri pusquya salanadək. Bu həmlə ilə döyüşün taleyi böyük ölçüdə həll olundu. İsveçlilər bu hücum qarşısında özlərini itirərək geri çəkilməyə başladılar. Kimi düşərgələrə doğru, kimi gəmilərə qaçdı. Ruslar onları addım-addım izləyərək sıxışdırdılar. Birgerin ətrafına yığışan seçmə isveç dəstələri isə hələ də qüvvətli müqavimət göstərirdilər. Elə bu zaman Knyaz Aleksandr atını irəli çaparaq nizə ilə Birgeri vurub, atdan saldı. İsveç əsgərləri qaçmağa başladılar. Neva çayı sahilindəki parlaq qələbəyə görə rus xalqı gənc Aleksandra Nevski ləqəbi verdi.

Buz döyüşü

1242 ci ildə rusların üzərinə səlib yürüyüşü təyin edildi. Səlibçilərin çox böyük qismi Totön şövalyələri idi. Onlar birinci Səlib yürüşü zamanı alman səlibçilərə tibbi yardım göstərmək üçün qurulmuş lakin daha sonra getdikcə hərbiləşmiş və daha sonra xüsusi ilə şərqi avropada güclü atlı orduya dönüşmüşdülər. Totön şövalyələri Baltik ölkələrinin xristiyanlaşmasında böyük rol oynamışdılar. Daha sonra Roma papasının əmri ilə onlar ruslar üzərinə göndərildi. Böyük Novqrod Knyazı Aleksandr Nevski isə donmuş Çud gölü üzərində alman atlılarını gözləyirdi. Bu taktiki olaraq Nevskinin nə qədər güclü bir lider olduğunun göstəricisi idi. Alman atlıları ağır atlar və ağır zirehləri ilə donmuş Çud gölü üzərində çətinliklə hərəkət edəcək və yüzlərləsi buzun yarılması ilə batacaqdı. Bundan başqa Nevskinin ordusunda tatar atlı oxçular da var idi ki onların sayı az olmasına baxmayaraq almanlara çox böyük zərbə vurmuşdular. Döyüşə ilk öncə almanlar başlayır. Almanlar ən güclü dəstəsi olan Totön şövalyələrini rusların üzərinə göndərir. Nevski isə ağıllı bir addım ataraq dəstəsinin bir qismi ilə almanları mühasirəyə alır. Ağır zirehli alman ordusu üçün geri dönmək demək olar ki mümkünsüz olur. Alman ordusu darmadağın olur. Bu döyüş tarixə Buz döyüşü və ya Çud gölü sahilində döyüş adı ilə tarixə yazılır.

Aleksandr Nevski həm güclü qoşun başçısı və sərkərdə həm də güclü lider olmuşdur. O, bütün slavyanların birlikdə yaşayacağı böyük bir dövlət qurmaq istəyirdi. Lakin bunun qarşısında ən böyük səd kimi monqol-tatarlar dururdu. Nevski bu ordunun isveçliler yaxud almanlar kimi olmadığını bilirdi. Ona görə də heç vaxt monqol tatarlara qarşı ciddi addımlar atmadı və Böyük Novqrod Knyazı olaraq hakimiyyəti dövründə monqol-tatarlara vergi ödəməyi davam etdirdi. Aleksandr Nevski rus xalqı üçün böyük bir qəhrəman olaraq adını tarixə yazdırdı. Böyük Vətən müharibəsi illərində Sovet ordusunun döyüşdə fərqlənən zabitlərini Aleksandr Nevski ordeni ilə təltif edirdilər. 1985 ci ildə Qorki şəhərində Aleksandr Nevskinin şərəfinə abidə ucaldılmışdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Aleksandr Nevski haqqında məlumat. Aleksandr Nevski nədir? Aleksandr Nevski nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    İridium

  • Fevral 23, 2026

    Kelt dilləri

  • Fevral 27, 2026

    Mükəmməl rəqabət

  • Fevral 27, 2026

    HTTPS

  • Fevral 27, 2026

    Rubus arcticus

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst