Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ağzıbir İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Kəvər (Kamo) rayonunda kənd. Rayon mərkəzindən 15 km şimal-şərqdə, Göyçə gölünün sahilində yerləşir.

Ağzıbir (Göyçə)

  • Ana Səhifə
  • Vikipediya
  • Ağzıbir (Göyçə)

Ağzıbir — Göyçə mahalının Kəvər rayonunda kənd.

Tarixi Azərbaycan əraziləri
Ağzıbir
Ümumi məlumatlar
Bölgə Göyçə mahalı
İndiki adı Lçap
Adının dəyişdirilmə tarixi 7 dеkаbr 1945-ci il
Əhalisi 600 (1947)
Saat qurşağı
  • UTC+04:00
Xəritədə yeri
Ağzıbir xəritədə
Ağzıbir
Ağzıbir
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Ağzıbir İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Kəvər (Kamo) rayonunda kənd. Rayon mərkəzindən 15 km şimal-şərqdə, Göyçə gölünün sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.

Toponim "tək bir çıxacağı olan yer" "kiçik dağ yolu" mənasında işlənən ağzıbir sözü əsasında formalaşmışdır. Kənd adını yerləşdiyi əraziyə görə almışdır.

Toponimin yaranması Göyçə gölünə yalnız quru ilə çıxışı (ağzı) olan yarımada ilə bağlıdır.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 7 dekabr 1945-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilib Lçap ("Acap") qoyulmuşdur.

Əhalisi

Kənddə 1831-ci ildə 108 nəfər, 1873-cü ildə 380 nəfər, 1886-cı ildə 557 nəfər, 1897-ci ildə 696, 1904-cü ildə 755, 1914-cü ildə 1068, 1916-cı ildə 917 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə Kəndin əhalisi ermənilər tərəfindən qırğınlarla qovulmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə dönə bilmişlər.

Kənddə 1922-ci ildə 327 nəfər azərbaycanlı yaşamışdır. 1922–26-cı illərdə kənddə ermənilər yerləşdirilmiş və azərbaycanlılar sıxışdırılmışdır. 1926-cı ildə kənddə 165 nəfər azərbaycanlı, 276 erməni, 1931-ci ildə 295 nəfər azərbaycanlı, 365 erməni, 1947-ci ildə 600 nəfər azərbaycanlı yaşamışdır. Azərbaycanlılar SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə 1948-ci ildə Azərbaycanın Ağdaş rayonuna köçürülmüşdür. O vaxtdan kənddə yalnız ermənilər yaşayır.

  • Agzıbir – 1918-ci il. 755 nəfər yaşamışdır. Agzıbir daşnakların yeritdiyi əsil genosid siyasətinin alovlandıgı nöqtələrdən biri olmuşdur.

Görkəmli şəxsiyyətləri

  • Süleyman Əhmədov (şəhid) — batolyon komandiri
  • Həbib Rəhimoğlu (d.1922 — v.2004) — Ermənistanın əməkdar jurnalisti.
  • Mehdi Həsənov (yazıçı)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ağzıbir (Göyçə) haqqında məlumat. Ağzıbir (Göyçə) nədir? Ağzıbir (Göyçə) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Pasifizm

  • Fevral 27, 2026

    Zəyzit məbədi

  • Fevral 27, 2026

    Məaric surəsi

  • Fevral 27, 2026

    Equus

  • Fevral 27, 2026

    Özündə şey

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst