Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Aleksandr Fleminq (ing. Sir Alexander Fleming, 6 avqust 1881[…], Lokfayld[d] – 11 mart 1955[…], London) — penisillini kəşf edən şotland əsilli Böyük Britaniya b

Aleksandr Fleminq

  • Ana Səhifə
  • Vikipediya
  • Aleksandr Fleminq

Aleksandr Fleminq (ing. Sir Alexander Fleming, 6 avqust 1881[…], Lokfayld[d] – 11 mart 1955[…], London) — penisillini kəşf edən şotland əsilli Böyük Britaniya bakterioloqu.

Aleksandr Fleminq Nobel mükafatı
Sir Alexander Fleming
Sir Alexander Fleming
Sir Alexander Fleming
Doğum tarixi 6 avqust 1881(1881-08-06)[…]
Doğum yeri
  • Lokfayld[d]
Vəfat tarixi 11 mart 1955(1955-03-11)[…] (73 yaşında)
Vəfat yeri
  • London, London qraflığı[d], İngiltərə, Birləşmiş Krallıq
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
  • Müqəddəs Pavel kafedralı
Elm sahələri Bakteriologiya
İmmunologiya
İş yerləri
  • London İmperial Kolleci,
  • London Universiteti[d]
Təhsili
  • London İmperial Kolleci,
  • Vestminster Universiteti[d]
Tanınır Pensilinin kəşfi
Üzvlüyü
  • London Kral Cəmiyyəti (1943),
  • Papa Elmlər Akademiyası,
  • Niderland Kral İncəsənət və Elmlər Akademiyası[d],
  • Dei Linçei Akademiyası (1947)
Mükafatları Fiziologiya və ya tibb üzrə Nobel mükafatı (1945)
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Fəaliyyəti

Aleksandr Fleminq Şotlandiyanın Lokfayld şəhərində anadan olub. İki il Kilmernokdakı akademiyada təhsil aldıqdan sonra Birinci Dünya müharibəsi başlayana qədər Müqəddəs Meri xəstəxanasında işlədi. Müharibə dövründə cəbhələrdə oldu. Cəbhələrdə qulluq etdiyi müddət ərzində əskərlərin infeksiyalar səbəbindən qorxunc şəkildə ölmələrinə şahid olmuşdu. Müharibədən sonra Müqəddəs Meri xəstəxanasına geri döndü və tədqiqatlarını antiseptiklər mövzusunda gücləndirdi.

Aleksandr Fleminq hər iki kəşfini də 1920-ci illərdə təsadüf nəticəsində etmişdir. İlk kəşfi olan lizosom Aleksandr Fleminqin içində bakteriya şəbəkəsi olan qabların içinə asqırması nəticəsində meydana gəlmişdir. Bir neçə gündən sonra müşahidə etdi ki, mukusla təmasda olan bölgədəki bakteriyalar ölüb.

Londonda Müqəddəs Meri xəstəxanasında (ing. St. Mary's Hospital) peyvənd bölməsində işlədiyi 1924-1948-ci illərdə elmi tədqiqatlar aparmışdı. 1927-ci ildən pensillium növündən olan bir kifin xüsusiyyətlərini tədqiq etməyə başladı. Çibanlara səbəb olan bakteriyaların çoxaldılması zamanı havadan gələn bəzi sporların onu göy-yaşıl rəngli bir kif ləkəsi kimi əhatə edərək bakteriyaları öldürdüyünü müşahidə etdi. 1927-ci ildə pensilliumla bağlı bakterioloji tədqiqatlarını bitirməsinə baxmayaraq maddi çatışmazlıqlar səbəbindən maddənin istehsalı 1939-cu ilə qədər ləngidi. Ser Houard Flori, Ernst Çeyn kimi alimlər ona kömək etdilər. Birlikdə pensilinin farmakoloji və klinik tədqiqatlarını Oksfordda bitirdilər. Sənaye üsulu ilə pensilin istehsalına ilk dəfə ABŞ-də başlandı. Ona kömək edən iki dostu ilə birlikdə 1945-ci ildə Fiziologiya və ya tibb üzrə Nobel mükafatı ilə təltif olundular. Aleksandr Fleminqin yazmış olduğu ən əsas əsəri Pensilinin praktikada istifadəsi adlı kitabıdır.

Penisillin

Aleksandr Fleminqin laboratoriyası həmişə dağınıq olurdu. 1928-ci ilin sentyabr ayında bu vəziyyət onun üçün faydalı oldu. Laboratoriyasının müxtəlif yerlərinda olan sınaqlarını nizamlamağa çalışırdı. Onları sıralayarkən hər birini diqqətlə nəzərdən keçirirdi. Bu zaman qəribə göbələk koloniyası müşahidə etdi. Bu göbələk koloniyası qızılı stafilokokk bakteriyası olan qablarda inkişaf etmişdilər. Diqqətlə tədqiq etdikdən sonra Aleksandr Fleminq bu göbələklərin zərərli bakteriyaları öldürdüyünü müşahidə etdi. Bunun əhəmiyyətini başa düşdü və 1929-cu ildə pensilin adlandırdığı maddənin kəşfi ilə bağlı məqaləsi dərc olundu.

Aleksandr Fleminq adətən bağça torpağı ilə tədqiqatlarını apardırdı. Bu kimyaçı üçün olduqca çətin iş idi, çünki bağça torpağını analiz etmək, ələmək, içində düzgün göbələkləri çoxaltmaq uzun və zəhmət tələb edən prosesdi. O, kəşfini daha da təkmilləşdirə bilmədi. Onun kəşfinin hal hazırkı vəziyyətinə gəlməsi iki alimin, Houard Flori və Ernst Çeyn adı ilə bağlıdır. Onlar pensilini təkmilləşdirərək təsirli hala gəlməsini həyata keçirtdilər. Bu tədqiqatlar nəticəsində İkinci dünya müharibəsi və daha sonralar çoxlu insanın həyatı xilas oldu.

Mükafatları

Aleksanr Fleminq tədqiqatlarındakı uğurları səbəbindən 1944-cü ildə cəngavər tituluna layiq görüldü. Fleminq, Flori və Çeyn 1945-ci ildə Fiziologiya və ya tibb üzrə Nobel mükafatı ilə təltif olundular. İkinci dünya müharibəsində kəşfi nəticəsində milyonlarla insanın həyatının xilas olması Fleminq üçün daha önəmli idi.

Aleksandr Fleminq Maykl Hartın yazdığı Tarixin ən nüfuzlu xadimlərinin siyahısı (ing. List of the Most Influential Figures in History) əsərində 43-cü yerdə idi. O, həmçinin rəssam Ceyms Makneyl Uistlerin dəvəti nəticəsində 1891-ci ildə qurulmuş və hər sahədən üzvləri olan Çelsi İncəsənət Klubunun üzvü olmuşdur. Fleminq mikrob rəngləmələri ilə kluba üzv qəbul olunmuşdur. Bakteriyalar görünməz idi. Fleminq onları parlaq rənglərlə boyayaraq görünmələrini təmin etmişdi. Bu üsuldan hələ də laborotoriyalarda istifadə olunur.

Ölümü

Aleksandr Fleminq 11 mart 1955-ci ildə 73 yaşında olarkən ürək tutması nəticəsində öldü. Kəşfi ilə çağdaş tibbin antibiotiklərə yanaşmasını dəyişdirmiş, milyonlarla insanın həyatını xilas etmişdir.

Həmçinin bax

  • Fiziologiya və ya tibb üzrə Nobel mükafatı
  • Fiziologiya və ya tibb üzrə Nobel mükafatı laureatlarının siyahısı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Aleksandr Fleminq haqqında məlumat. Aleksandr Fleminq nədir? Aleksandr Fleminq nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Rusca

  • Fevral 27, 2026

    Zod

  • Fevral 23, 2026

    Alban dili

  • Fevral 27, 2026

    Dündar bəy

  • Fevral 27, 2026

    Samir Cəfərov

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst