Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Oleq Valerianoviç Basilaşvili (gür. ოლეგ ბასილაშვილი) — Sovet və Gürcüstan aktyoru, SSRİ xalq artisti (1984).

Oleq Basilaşvili

  • Ana Səhifə
  • Vikipediya
  • Oleq Basilaşvili

Oleq Valerianoviç Basilaşvili (gür. ოლეგ ბასილაშვილი) — Sovet və Gürcüstan aktyoru, SSRİ xalq artisti (1984).

Oleq Basilaşvili
gür. ოლეგ ბასილაშვილი
Doğum adı Олег Валерианович Басилашвили
Doğum tarixi 26 sentyabr 1934 (91 yaş)
Doğum yeri Moskva, SSRİ
Vətəndaşlığı

SSRİ SSRİ

Rusiya Rusiya
Fəaliyyəti aktyor
Fəaliyyət illəri 1956-bu günə qədər
Təhsili
  • Moskva İncəsənət Teatr Məktəbi[d]
Mükafatları

"SSRİ xalq artisti" fəxri adı "RSFSR əməkdar artisti" fəxri adı

"RSFSR xalq artisti" fəxri adı Vasilyev qardaşları adına RSFSR Dövlət mükafatı
"Şərəf" ordeni (Rusiya) "Dostluq" ordeni (Rusiya) "Qırmızı əmək bayrağı" ordeni
"Qızıl sofit" mükafatı (1997)
"Parıltı" Prezident mükafatı (Gürcüstan, 2010)
IMDb ID0059847
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Oleq Basilaşvili 26 sentyabr 1934-cü ildə Valerian Noşrevanoviç Basilaşvili (1900–1975) və İrina Sergeyevna İlyinskayanın (1908–1980) ailəsində anadan olmuşdur. Gürcü soyadı olan Basilaşvili yalnız onun atasında rast gəlinir. Belə ki, ona qədərki əcdadlar hamısı Basilov soyadını daşıyırdılar. Oleqin ana babası Sergey Mixayloviç İlyinski (1872–1934) memar, ata babası Noşrevan Keyxosroviç Basilov (1867–1943) isə polis nəzarətçisi olmuşdur. Basilaşvilinin əcdadları Gürcüstana təqribən 400 il əvvəl Basian dağından, hazırkı müasir Türkiyənin ərazisindən gəlmişdilər.

1956-cı ildə MXAT məktəb-studiyasında Pavel Massalskinin kursunu bitirmişdir. Onda Lenin komsomolu adına Leninqrad teatrına göndərilmişdir.

1959-cu ildə Böyük Akademik Dram Teatrının (hazırda Tovstonoqov adına Böyük Akademik Dram Teatrı) truppasına dəvət olunur. Orada Georgi Tovstonoqovun bir neçə quruluşunda ("Okean", "Üç bacı", "Barbarlar" və s.) iştirak etmişdir.

Rejissorlar Eldar Ryazanovun ("İşdə məhəbbət macərası", "İki nəfərlik vağzal") və Georgi Daneliyanın ("Payız marafonu") filmlərindəki rolları isə aktyora məşhurluq gətirdi. Maraqlıdır ki, 1975-ci ildə Oleq Basilaşvili atasının ölümü ilə bağlı Eldar Ryazanovun "Qəribə təsadüf və ya həmişə təmizlikdə" filmindəki İppolit roluna çəkilməkdən imtina etmişdi.

1990–1993-cü illərdə RSFSR-in (Rusiya Federasiyası) millət vəkili olmuşdur.

2006-cı ildə "Əsrin avtoqrafı" kitabının buraxılışında iştirak etmişdir.

2015-ci ilin dekabrında Alisa Freyndlixlə birgə Tovstonoqov adına Rusiya Böyük Teatrının qastrol səfəri çərçivəsində Bakıya gəlmiş və Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində "Dayının yuxusu" adlı tamaşa ilə çıxış etmişdilər.

Ailəlidir. Birinci evliliyi aktrisa Tatyana Doronina ilə olmuşdu. Bu ailə səkkiz ildən sonra dağıldı. Basilaşvilinin ikinci arvadı Qalina Mşanskaya olmuşdur.

Filmoqrafiya

  1. İşdə məhəbbət macərası (film, 1977)
  2. İki nəfərlik vağzal (film, 1982)
  3. Öncəgörmə (film, 1993)
  4. Master və Marqarita (teleserial, 2005)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Oleq Basilaşvili haqqında məlumat. Oleq Basilaşvili nədir? Oleq Basilaşvili nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Nyuport

  • Fevral 27, 2026

    Ksuf

  • Fevral 25, 2026

    Maksim Qorki

  • Fevral 27, 2026

    S:Nas surəsi

  • Fevral 27, 2026

    Qəmərli (Gərnibasar)

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst