Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qutuy Xatun — Elxanilər dövlətinin qurucusu Hülakü xanın arvadı və 1284-cü ildən 1284-cü ilə qədər Elxanilər dövlətini idarə etmiş Əhməd Təkudar xanın anası. O,

Qutuy Xatun

  • Ana Səhifə
  • Vikipediya
  • Qutuy Xatun

Qutuy Xatun — Elxanilər dövlətinin qurucusu Hülakü xanın arvadı və 1284-cü ildən 1284-cü ilə qədər Elxanilər dövlətini idarə etmiş Əhməd Təkudar xanın anası. O, oğlunun hakimiyyəti illərində dövlət məsələlərində mühüm sözə sahib olmuşdur. Qarabağlar türbə kompleksinin bir hissəsi onun xatirəsinə ucaldılmışdır.

Qutuy Xatun
Doğum tarixi Bilinmir
Doğum yeri Monqol imperiyası
Vəfat tarixi Bilinmir
Vəfat yeri Elxanilər dövləti
Dəfn yeri Naxçıvan, Qarabağlar türbəsi (müasir Azərbaycan Respublikası, Naxçıvan MR, Şərur)
Həyat yoldaşı
  • Hülaku xan
Milliyyəti Konqrat
Dini Nestorian xristian
Tanınır Elxanın anası və Elxanın arvadı kimi

Mündəricat

Həyatı

O, ata tərəfdən Konqratlar tayfasına, ana tərəfdən isə Çingiz xanın soyuna mənsubdur. Onun anası Çingiz xanın nəvəsi olmuşdur. O, dini etiqad etibarilə Nestorian xristian idi. Hülakü xan onunla Güyük Xatunun ölümündən sonra evlənmişdi. O, Hülakü xanın Monqolustanda qalan qohumlarının Elxanilər dövlətinə gəlişlərinin ikinci dalğasında onun yanına gəlmişdir. O, 1265-ci ildə əri ilə görüşməyə gedərkən Hülakü xan vəfat etmişdir. Ona bu məlumat Bədəxşanda (müasir Tacikistan) olarkən, Hülakü xanın varisi Abaqa xan tərəfindən çaldırılmışdı. O, Elxanilər dövləti ərazisinə çatdıqdan sonra Abaqa xan tərəfindən qarşılanmışdır. O, ərindən çox yaşadığına görə monqol adətlərinə uyğun olaraq Abaqa xan ilə evlənmişdir.

1282-ci ildə Abaqa xanın da vəfat etməsindən sonra iki siyasi qrup hakimiyyəti ələ keçirmək üçün mübarizə aparmağa başladı. Hər iki qrupa Hülakü xanın keçmiş arvadları rəhbərlik edirdilər və taxta öz oğlanlarını çıxarmağı hədəfləyirdilər. Bir qrupa Məngu Teymuru dəstəkləyən Ölcey Xatun, digər qrupa isə Təkudarı dəstəkləyən Qutuy Xatun rəhbərlik edirdi. Hülakü xanın ailəsinin böyük bir hissəsi Təkudarı dəstəkləməkdə idi. Mübarizənin həlledici anında Məngu Teymur vəfat etdi və bununla da, taxt uğrunda Təkudarın iddiaları daha da möhkəmləndi. 1282-ci ilin 6 may tarixində o, taxta çıxdı.

Təkudar müsəlman idi və buna görə də, taxta çıxdıqdan sonra Əhməd adını aldı. O, özünü İslamın qoruyucusu elan edərək Misir Məmlük Sultanlığının hökmdarı Kalavunun legitimliyini aşındırmağa çalışdı. Kalavun bu zaman Levant bölgəsini ələ keçirməyə çalışan monqollarla sülhə nail olmağa çalışırdı. Təkudar dövlət işləri ilə o qədər də maraqlanmırdı və buna görə də, dövlət işlərinin çoxu ilə onun anası Qutuy Xatun və onun ordasının əmiri Asiq maraqlanırdı. Qutuy Xatun bu zaman xarici diplomatları qəbul edir və Məmlük Sultanlığına yönəlmiş strategiyaların müəyyənləşdirilməsində iştirak edirdi. Əhməd Təkudar dövlət işləri ilə bağlı son qərarı verməmişdən əvvəl anası ilə məsləhətləşər və son sözü yalnız bundan sonra deyərdi.


Lakin, Təkudar tədricən köhnə monqol qrupu adlandırılan nestorian xristian və buddist monqol elit təbəqəsi arasında öz populyarlığını itirdi. İndi artıq Abaqa xanın oğlu və Təkudarın qardaşı oğlu Arqun daha çox sevilməyə başlanırdı. Onlar özünün dövltə işlərinə müdaxilə edəcəyi ilə hədələyən ali monqol xaqanı Xubilaya Təkudarı şikayət etmişdilər və buna görə onlara qəzəblənən Təkudar nestorian Şərq Kilsəsini ittiham etdi, onun patriarxı III Yahballahanı həbsə atdırdı. III Yahballahanın həyatı nestorian olan Qutuy Xatun tərəfindən xilas edildi. Arqun əvvəllər Təkudarı dəstəkləmiş Qonqurtayın da dəstəyini qazanmaqla taxt uğrunda mühüm irəliləyiş əldə etdi. Qonqurtay əvvəllər Məngu Teymuru və anası Ölcey Xatunu dəstəkləyən qruplaşmaya mənsub olmuşdu. Buna cavab olaraq, Təkudar Qonqurtayı ALinaqla əvəz etdi və həm Qonqurtayın, həm də Arqunun həbs edilməsi əmrini verdi. Arqunun ordusu 4 may 1284-cü ildə Qəzvin yaxınlığında Ağxoca adlanan yerdə məğlub edildi və o, təslim oldu. Təkudar Arqunun taleyinə qərar vermək üçün anasının fikrini öyrənməyə vaxt sərf edərkən Arqun Alinaq tərəfindən həbsdə saxlanılırdı. Lakin hərbi məsələlərdən qızışan səbəblər nəticəsində saray çevrilişi baş verdi və Arqun 4 iyulda sərbəst qaldı. Təkudar öz ordusu tərəfindən 10 avqustda qətlə yetirildi. Arqun növbəti gün taxta çıxdı.

Qutuy Xatun bundan sonra Arquna qarşı mübarzə təşkil etməyə çalışsa da, Qaraunas Arqunun əmri ilə onun ordasına hücum edib onları qarət etdi.

Qeydlər

  1. Azərbaycan orta əsr memarlığının ən qiymətli yadigarlarından biri olan türbə kompleksi Naxçıvan ərazisində, Qarabağlar kəndində yerləşir.

Həmçinin bax

  • Elxanilər dövləti

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qutuy Xatun haqqında məlumat. Qutuy Xatun nədir? Qutuy Xatun nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Salvia anatolica

  • Fevral 26, 2026

    Süjet

  • Fevral 27, 2026

    Podkast

  • Fevral 27, 2026

    Müqəddəs Ambrosi

  • Fevral 27, 2026

    Nikolay Leskov

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst