Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Asqard — Qədim german-skandinav dinində Asqard Doqquz Aləmdən biri və Asar adlanan ali tanrı topluluğunun evidir. Asarların başçısı Odindir və o, arvadı Friqq i

Asqard

  • Ana Səhifə
  • Vikipediya
  • Asqard

Asqard — Qədim german-skandinav dinində Asqard Doqquz Aləmdən biri və Asar adlanan ali tanrı topluluğunun evidir. Asarların başçısı Odindir və o, arvadı Friqq ilə birlikdə Asqardın hökmdarıdır. Asqardda yerləşən 2 məşhur yer vardır: Valhalla və Folkvanqr. Döyüşlərdə ölənlərin yarısı Odin tərəfindən Valhallaya göndərilir. Digər yarısı isə Folkvanqra yollanır. Asqardla bağlı əsas mənbələr 13-cü əsrə aid Kiçik Edda və Nəzm Eddası əsərləridir.

İqqdrasil

Mündəricat

Attestasiya

Asqardla əlaqəli əsas mənbələrdən biri olan Kiçik Edda 13-cü əsrdə İslandiya tarixçisi Snorri Sturluson tərəfindən yazılmışdır. Digər mənbə, Nəzm Eddası daha qədim Skald poeziyası əsasında 13-cü əsrdə yığılmışdır.

Nəzm Eddası

Bu əsər Völuspá adlanan şeirlə başlayır. Bu şeirdə Asqardın bir neçə özəlliyi və xarakteri haqqında danışılır. İqqdrasil bunlardan biridir. Asqard Valhalla, Thrudheim və Breidablik daxil olmaqla 12 aləmdən ibarətdir. Bu yerlər müvafiq olaraq Odin, Tor və Baldr tərəfindən idarə edilir.

Kiçik Edda

Bu əsərdə Asqardla bağlı iki yanaşma göstərilir.

Proloq

Burada Snorri miflərin və dastanların xristianlıqdan təsirlənmiş şəkildə izahını verir. Bu yanaşmada, xalq etimologiyasına əsasən, Asar'ın evi olan Asqard Asiyada yerləşir və Asar "asiyalılar" mənasına gəlir. "Asiyalılar" tanrıları yox, Asiyadan şimala köçən və burada yerlilərlə qaynayıb-qarışan insanları bildirir.

Gylfaginning

Burada isə Snorri dinlərin təsirinə məruz qalmayan, tamamilə mifoloji versiyada yazır. Burada göstərilir ki, İsveç kralı Glyfi Asar'dan öncə Asgarda səyahət edir. O, Valhallaya gəlir və burada üç rəhbərlə (Asar kralları) qarşılaşır. Onlar Gangleri cildində olan Glyfinin Asqard və Asarlarla bağlı suallar verməsinə icazə verirlər. Beləliklə qədim miflər aşkara çıxır, lakin sonda saray və insanlar göy gurultusu ilə qeybə çəkilir.

Doqquz Aləm

Qədim skandinav dilində Níu Heimar. Heima "ev" və ya "torpaq sahəsi" mənasına gəlir.

  1. Asqard, Asarların yaşadığı yer, Odinin hakimiyyəti altindadır
  2. Alfheim, elflərin yaşadığı yer
  3. Nidavellir/Svartalfaheim, cırtdanların və qara elflərin yaşadığı yer
  4. Midqard (Yer kürəsi), insanların yaşadığı yer
  5. Jotunheim, divlərin (Jötnar) yaşadığı yer
  6. Vanaheim, Vanirlərin yaşadığı yer
  7. Niflheim, buz və qar diyarı
  8. Muspelheim, alov və lava diyarı, div Surturun yaşadığı yer
  9. Hel(heim), nankor ölülərin yeri, ilahə Hel tərəfindən idarə edilir.

Həmçinin bax

  • Midqard
  • German-skandinav mifologiyası
  • Tor (mifologiya)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Asqard haqqında məlumat. Asqard nədir? Asqard nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Şamil Fətullayev

  • Fevral 26, 2026

    Qnostisizm

  • Fevral 25, 2026

    Maksim Qorki

  • Fevral 27, 2026

    İbn Xəldun

  • Fevral 27, 2026

    Jerar Debre

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst