Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şamil Seyfulla oğlu Fətullayev (24 dekabr 1928, Dərbənd, Dağıstan MSSR – 9 mart 2015, Bakı) — Azərbaycan-sovet memarı, memarlıq elmləri doktoru, professoru, AME

Şamil Fətullayev

  • Ana Səhifə
  • Vikipediya
  • Şamil Fətullayev

Şamil Seyfulla oğlu Fətullayev (24 dekabr 1928, Dərbənd, Dağıstan MSSR – 9 mart 2015, Bakı) — Azərbaycan-sovet memarı, memarlıq elmləri doktoru, professoru, AMEA-nın həqiqi üzvü (akademik) (2014), Azərbaycan SSR əməkdar arxitektoru (1979), Azərbaycan Memarlar İttifaqının üzvü (1965).

Şamil Fətullayev
Şəxsi məlumatlar
Doğum tarixi 24 dekabr 1928(1928-12-24)
Doğum yeri
  • Dərbənd, Dərbənd rayonu, Dağıstan MSSR, RSFSR, SSRİ
Vəfat tarixi 9 mart 2015(2015-03-09) (86 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Dəfn yeri
  • II Fəxri Xiyaban
Vətəndaşlığı
  •  SSRİ
  •  Azərbaycan
Təhsili
  • Azərbaycan Texniki Universiteti
İşləri və nailiyyətləri
Üzvlüyü
  • Azərbaycan Memarlar İttifaqı
Mükafatları
  • "Azərbaycan SSR əməkdar arxitektoru" fəxri adı — 1979 Azərbaycan SSR Dövlət mükafatı — 19881988
  • "Şöhrət" ordeni — 20002000 "Şərəf nişanı" ordeni — 19861986 "Əmək veteranı" medalı — 19891989

Mündəricat

Bioqrafiya

İlk illəri

Şamil Seyfulla oğlu Fətullayev-Fiqarov 24 dekabr 1928-ci ildə Dərbənd şəhərində anadan olmuşdur. Onun ulu babası Zülfüqar bəy Dərbənddə varlı və xeyriyyəçi şəxs kimi tanınmışdır. Nəsilin əsl soyadı "Zülfüqarov" olmuş, lakin sonralar rus transkripsiyasının təsiri ilə "Fiqarov" formasında işlədilmişdir. "Fətullayev" soyadı isə onun ana babasının familiyası olmuş və bu ad təqib və repressiyalardan qorunmaq məqsədilə qəbul edilmişdir. Şamil Fətullayevin əcdadlarının, eləcə də babası Məmmədnəbi Fiqarovun məzarları Dərbənddəki Qırxlar qəbiristanlığında yerləşir.

Təhsili və elmi fəaliyyəti

1953-cü ildə Azərbaycan Politexnik institutunun memarlıq-inşaat fakültəsini bitirmişdir. 1954-cü ildə əmək fəaliyyətinə Bakı Dövlət Layihə İnstitutunda başlayan Şamil Fətullayev, 1956-cı ildən etibarən Azərbaycan Elmlər Akademiyası ilə fəaliyyətini davam etdirmişdir. Aspiranturanı bitirdikdən sonra 1988-ci ilədək Memarlıq və İncəsənət İnstitutunda kiçik elmi işçi, baş elmi işçi və laboratoriya müdiri vəzifələrində çalışmışdır. 1988–1993-cü illərdə həmin institutun direktoru, 1993-cü ildən isə ömrünün sonunadək memarlıq, şəhərsalma tarixi və nəzəriyyəsi şöbəsinin müdiri olmuşdur.

O, 1963-cü ildə namizədlik, 1979-cu ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1990-cı ildə professor elmi adını almışdır. 1989-cu ildə Azərbaycan Elmlər Akademiyasının memarlıq ixtisası üzrə müxbir üzvü, 2014-cü ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. Alimin rəhbərliyi altında 15 elmlər namizədi, 4 elmlər doktoru yetişdirilmişdir.

Vəfatı

10 mart 2015-ci ildə Bakı şəhərində vəfat edib.

Təltif və mükafatları

  • Azərbaycan SSR Dövlət mükafatı — 26 aprel 1988 ("XIX əsr və XX əsrin əvvəlində Azərbaycanda şəhər tikintisi və memarlığı" kitabı üçün)
  • "Şərəf nişanı" ordeni — 1986
  • "Əmək veteranı" medalı — 25 aprel 1989
  • "Azərbaycan SSR əməkdar arxitektoru" fəxri adı — 5 dekabr 1979
  • "Şöhrət" ordeni — 19 aprel 2000
  • İAAEC arxitekturanın inkişafı sahəsindəki nailiyyətlərinə görə diplom — 16 yanvar 1999
  • Dizayn və memarlıq üzrə "Memarlıq mükafatı − 2005" diplomu
  • Polşanın qızıl medalı — 2008

Əsərləri

  • "Архитектура жилых домов Баку ХIХ-ХХ вв.",
  • "Градостроительство Баку ХIХ – начала ХХ веков", Ленингра́д, "Стройиздат", 1978. 216 ст.
  • "XIX-XX əsrin əvvəlləri Bakının şəhərsalma memarlığı (1978)".
  • "XIX-XX əsrin əvvəlləri Azərbaycanın şəhərsalma və memarlığı (1986)".
  • "Azərbaycan məscidləri(1996)".
  • "İran şəhərləri Qacarlar dövründə(Tehran — 2000)".
  • "Bakının Memarlıq ensiklopediyası(1998)".
  • "Abşeron memarlığı(2003)".
  • "Memar-Məşədi Mirzə Qafar İzmaylov (2013)".
  • Abşeron memarlığı, Bakı, "Şərq-Qərb" Nəşriyyat Evi, 2013, 476 səh.
  • Bakının Memarlıq Ensiklopediyası, Bakı, "Şərq-Qərb" Nəşriyyat Evi, 2013, 528 səh.
  • 19–20-ci əsrin əvəllərində Azərbaycanda şəhərsalma və memarlıq, Bakı, "Şərq-Qərb" Nəşriyyat Evi, 2013, 480 səh.
  • Bakıda şəhərsalma – 19-cu əsr və 20-ci əsrin əvəllərində, Bakı, "Şərq-Qərb" Nəşriyyat Evi, 2013, 340 səh.
  • Bakı memarları 19-cu əsrin sonu – 20-ci əsrin əvvəlində, Bakı, "Şərq-Qərb" Nəşriyyat Evi, 2013, 356 səh.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Şamil Fətullayev haqqında məlumat. Şamil Fətullayev nədir? Şamil Fətullayev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Dvayt Eyzenhaver

  • Fevral 27, 2026

    Xoruz

  • Fevral 27, 2026

    Rifailik

  • Fevral 27, 2026

    Çin qırğızları

  • Fevral 27, 2026

    Georgi Çitaya

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst