Meşə pişiyi (lat. Felis silvestris) — pişik cinsinə aid heyvan növü. Azərbaycanda daha solğun rənginə görə seçilən Qafqaz yarımnövü (F.s.caucasica) yayılmışdır.
| Meşə pişiyi | ||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||||
| Elmi təsnifat | ||||||||||||
| Domen: Klad: Klad: Klad: Klad: Klad: Klad: Choanozoa Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Tetrapodomorpha Klad: Eotetrapodiformes Klad: Klad: Stegocephalia Klad: Klad: Klad: Amniota Sinif: Klad: Klad: Theriiformes Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Boreoeutheria Dəstəüstü: Klad: Scrotifera Qranddəstə: Ferungulata Mirdəstə: Klad: Pan-Carnivora Klad: Carnivoramorpha Klad: Dəstə: Yarımdəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Meşə pişiyi | ||||||||||||
| Beynəlxalq elmi adı | ||||||||||||
| Felis silvestris | ||||||||||||
| ||||||||||||
Ümumi məlumat
Tipik pişik görkəminə malikdir. Ev pişiyindən ölçüləri qismən böyükdür. Bədən uzunluğu 63-75 sm, quyruq uzunluğu 27-34, kütləsi 6 kq-a çatır. Quyruğu ev pişiyinin quyruğundan yoğundur, qara halqaları kəskin seçilir. Rəngi adətən boz sarımtıl olur. Belində qara zolaqlar ifadə olunur, bəzən zolaqlar xallara parçalanır.
Yaşayış yeri və həyat tərzi
Meşə pişiyi bütün il boyu aktiv həyat keçirir. Axşam toran düşən kimi ova çıxır. Qidasının əsasını siçana-bənzər gəmiricilər (meşə siçanları, kolluq çöl siçanları və s.) təşkil edir. Rasionunda ikinci yeri meşə quşları tutur. Digər qidalar (balıq, həşərat və s.) az əhəmiyyət kəsb edir. Meşə pişiyi dovşan ölçüdə şikarları da əldə edə bilir. Qida azlığı baş verdikdə evlərin yaxınlığına gələrək ev quşları ilə də qidalanır.
Azərbaycan şəraitində ildə 2 dəfə çoxalması qeydə alınmışdır – yazda və payızda. Cütləşmə ərəfəsində dişilər az qidalanır və təhlükələrə az əhəmiyyət verir. Bu ərəfədə bir dişinin ətrafında 4-5 erkəyə rast gəlmək olar, amma yalnız biri cütləşmədə iştirak edir. Erkəklər arasında səsli-küylü savaşlar müşahidə olunmamışdır. İki aylıq boğazlıq dövründən sonra 3-6 bala dünyaya gətirirlər. Balalar tez böyüyür və həmin ilin payızında analarından az fərqlənirlər.
Yayılması
Tarixi arealı bütün Avropanı əhatə etsə də, hazırda orada adaşəkilli təcrid olunmuş qruplar şəkilində rast gəlinir. Daha sonra Kiçik Asiyada və Qafqazda yayılmışdır. Azərbaycanda Böyük və Kiçik Qafqaz dağlarının meşələrində rast gəlinir. Hirkan meşələrində yaşaması təsdiq olunmamışdır. Meşə ekosistemlərinə bağlı növdür. Azərbaycanda d.s.-dən 350-1800 m hündürlüklərdə yayıl-mışdır, daha sıx rast gəldiyi hündürlüklər 350-800 m arasındadır.
Sayı
Hazırda sayı məlum deyil. Azərbaycanda xüsusi qorunma statusu yoxdur.
Məhdudlaşdırıcı amillər
Siçanabənzər gəmiriciləri məhv etməklə həm ekosistemin tarazlığının qorunmasında, həm də meşəçilik təsərrüfatlarında müsbət rol oynasa da, ovçuluq təsərrüfatlarına, ev quşlarına zərər vurur. Xəz əhəmiyyəti yüksək deyildir.
Ədəbiyyat
- Azərbaycanın Qırmızı Kitabı, III Cild, Bakı, 2023
- Sultanov, Elchin & Askerov, Elshad & Kerimova, Ilhama. AZƏRBAYCANIN FAUNASINILN İNFORMASİYA SİSTEMİ (ONURĞALILAR) (az.). Bakı: “Tərəqqi” MMC. 2023. 544–545.
- Sultanov, Elchin & Askerov, Elshad & Kerimova, Ilhama. AZƏRBAYCANIN FAUNASINILN İNFORMASİYA SİSTEMİ (ONURĞALILAR) (az.). Bakı: “Tərəqqi” MMC. 2023. 544–545.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Meşə pişiyi haqqında məlumat. Meşə pişiyi nədir? Meşə pişiyi nə deməkdir?
