Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Novak Cokoviç (serb. Новак Ђоковић; 22 may, 1987, Belqrad, Serbiya) — peşəkar serb tennisçi. Ən çox (24 dəfə) "Böyük Dəbilqə" turniri qazanan, eləcə də, ən uzun

Novak Cokoviç

  • Ana Səhifə
  • Vikipediya
  • Novak Cokoviç

Novak Cokoviç (serb. Новак Ђоковић; 22 may, 1987, Belqrad, Serbiya) — peşəkar serb tennisçi. Ən çox (24 dəfə) "Böyük Dəbilqə" turniri qazanan, eləcə də, ən uzun müddət (428 həftə) ATP reytinqində 1-ci mövqeydə qərarlaşan tennisçidir.

Novak Cokoviç
serb-kiril. Новак Ђоковић
serb. Novak Đoković
2 yanvar 2011, Hopman kuboku
2 yanvar 2011, Hopman kuboku
Şəxsi məlumatlar
Vətəndaşlığı Serb
Yaşadığı yer Monte Karlo, Monako
Doğum tarixi 22 may 1987 (38 yaş)
Doğum yeri Belqrad, Serbiya
Boyu 188 m
Çəkisi 80 kq
Karyeranın başlanğıcı 2003
İşlək əli sağ
Sağdan zərbə tək əl ilə
Soldan zərbə iki əl ilə
Mükafat pulları 187,870,986 $
Fərdi nəticələri
Fərdi nəticələri 730–149 (79.2%)
Fərdi titulları 100
Ən yüksək fərdi mövqeyi N. 1 (4 iyul 2011)
Hal-hazırkı mövqeyi N. 5 (9 iyun 2025)
Böyük Dəbilqə turnirləri (fərdi)
Avstraliya Açıq çempion (2008, 2011, 2012, 2013, 2015, 2016, 2019, 2020, 2021, 2023)
Fransa Açıq çempion (2016, 2021, 2023)
Uimbldon çempion (2011, 2014, 2015, 2018, 2019, 2021, 2022)
ABŞ Açıq çempion (2011, 2015, 2018, 2023)
Cütlərdə nəticələri
Cütlərdə nəticələri 31–44 (41.33%)
Cütlərdə titulları 1
Cütlərdə ən yüksək mövqeyi N. 114 (30 noyabr, 2009)
Sayt novakdjokovic.com
Sonuncu dəfə yenilənib: 14 iyun, 2025
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Karyerası

Novak Cokoviç — 2008 Avstraliya Açıq çempionu Serb tennisçi; 2007 Amerika Açıq finalçısı; 2007 və 2008 Roland Garros (Fransa Açıq) və 2007, 2010 Uimbldon yarım finalçısı, dünyanın Rafael Nadal və Roger Federerdən sonra 3 nömrəli tennisçisi. Böyük Dəbilqə serialı tennis turniri qazanan ilk serb tennisçi. 2008-ci il Indian Vells çempionu. 2007-ci ildə Federeri məğlub edə bilən bir neçə tennisçidən biri. 2007 ili onun üçün bir yüksəliş ili saymaq olar. 2007-də ən böyük uğurunu Amerika Açıq Tennis turnirindəki ikinciliyi olmuşdur. Bu uğurdan əlavə 2007-ci ildə Roland Garros və Uimbldon turnirinlərində yarım final oynamağı isə onun nə qədər qabiliyyətli bir tennisçi olduğunu göstərməkdədir. 2008-ci ildə Avstraliya Açıq Tennis Turnirini Co-Vilfred Tsonqanı 4 setə məğlub edərək qazanmışdır (bu turnirdə bir set məğlub olmuşdur). Bu çempionluqla tarixdə Böyük Dəbilqə serialı tennis turniri qazanan ilk serb tennisçi olmuşdur. Bundan sonra Indıan Vells turnirini Serb Ana İvanoviç ilə qazanmışdır. 2008-ci ildə Roland Garros yarım finalında Rafael Nadala və Uimbldon 2-ci dövründə Marat Safinə 3-0 məğlub olmuşdur. Lakin 2008 Yay Olimpiadalarında Ceyms Bleyki sərt kortda 2-0 məğlub edib sərt kortda nə qədər güclü olduğunu göstərmiş və bronz medalı qazanmışdır. Novak Cokoviç 2009-cu ilə Brisbeyn turnirində, 1-ci dövrdə Ernests Qulbis məğlubiyyətiylə başlamışdır. Sonra qatıldığı Sidney turnirində yarım finala qədər yüksəlmiş lakin bu dövrdə də Nieminenə məğlub olmuşdur. 2009 Avstraliya Açıq turnirində isə dörddəbir finala qədər sadəcə 2 set məğlub olaraq gəlmişdir. Lakin dörddəbir finalda Endi Roddik ilə etdiyi matçda keçirdiyi zədə səbəbi ilə setlərdə 2-1 geridəykən matçdan çəkilmişdir. 2010-cu ilin ilk Böyük Dəbilqə serialı tennis turniri olan Avstraliya Açıqda 1/4 finalda Tsonqaya 5 setdə məğlub olaraq turnirdən kənarlaşmışdır. İlin 2-ci Böyük Dəbilqə serialı tennis turnirində də 1/4 finalda məğlub oldu. Yurqen Melzer 5 setdə matçı qazanmağı bacarmışdı. 2 həftə sonra Uimbldon turnirində isə yarım finalda Tomas Berdiçə məğlub olmuşdur. İlin son Böyük Dəbilqə serialı tennis turnirində isə finala çıxmağı bacardı, lakin finalda Rafael Nadala 4 setdə məğlub oldu. Novak Cokoviçin 2010-cu ildə əldə etdiyi ən böyük uğur Serbiya ilə Devis Kubokunda çempionluğudur. Cokoviçli Serbiya finalda Qael Monfilsli Fransanı məğlub edərək çempionluğu əldə etmişdir.

Cokoviç 2022-ci il mövsümünə ATP Kubokunda iştirak etməklə başlamağa hazırlaşırdı, lakin yarışı tərk etdi. Cokoviç yanvarın 5-də Melburna getdi, lakin Avstraliya Sərhəd Qüvvələri onun peyvənd olunmamış səyahətçi üçün giriş tələblərinə cavab vermədiyini müəyyən etdikdən sonra onu saxladı. Onun vizası ləğv edildi və o, bir neçə gün immiqrasiya təcridxanasında saxlanılaraq məhkəmə iclasını gözləyirdi.

2022-ci ilə qədər yaxın dostları tərəfindən məhəbbətlə “Joker” ləqəbi ilə tanınan Cokoviç 154 milyon dollarlıq heyrətamiz gəlirlə tennis tarixində qazanılan ümumi mükafat pulunda bütün zamanların lideri olmaqla əlamətdar bir mərhələyə çatdı. 2024-cü ilin avqust ayına olan məlumata görə, onun təkcə mükafat pullarından qazandığı karyera qazancı, idmanın ən böyüklərindən biri statusunu möhkəmləndirərək, təsirli cəmi 184,265,269 dollara çatdı.

Novak Cokoviç Afinada keçirilən ATP turnirinin qalibi olub və karyerasında 101-ci titulu qazanıb

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Novak Cokoviç haqqında məlumat. Novak Cokoviç nədir? Novak Cokoviç nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Aroaniya

  • Fevral 27, 2026

    Mozilla Thunderbird

  • Fevral 27, 2026

    ASALA

  • Fevral 14, 2026

    Zevs

  • Fevral 27, 2026

    XIII İnnokenti

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst