Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bu qafiyə növü orta əsr sufi qəzəliyyatında geniş yayılmışdı və fars dili vasitəsilə Azərbaycan dilinə və poeziyasına da keçmişdi.

Cinas

  • Ana Səhifə
  • Vikipediya
  • Cinas

'Cinas formaca eyni, lakin mənaca müxtəlif omonim sözlərdən yaradılır.

Bu qafiyə növü orta əsr sufi qəzəliyyatında geniş yayılmışdı və fars dili vasitəsilə Azərbaycan dilinə və poeziyasına da keçmişdi.

Eşqindən anun bu könülüm olmadı xalı,
Andan bərü ki, gördü gözüm, olmadı xalı.
("Qazı divanı")

Bu beytin birinci misrasında xali sözü "ayrı, uzaq", ikincidə isə "xal" mənasındadır. Burada biz təmiz cinas görürük. Amma poeziyada sınıq cinaslardan da geniş istifadə olunur. Bu halda mürəkkəb qafiyənin forma eyniliyi bir-iki artıq həriflə sınır:

Pir müşg edəlüm zülfün ilə şamı bu gecə,
Ələ alalumlə"li mey aşamı bu gecə.
("Qazi Divanı")

Burada üç tərkibli cinas ikinci misradakı artıq "a" səsi ilə sınmış olur.

Xalq şeirində cinas qafiyə geniş yayılmışdır. Aşıqlar cinaslı qoşmaya xüsusi təcnis adı vermişlər ki, bu da cinas qafiyələrlə qafiyələnmiş qoşma deməkdir. Aşıqlar arasında cinaslı qoşma demək ən çətin yarışdır. Burada formaca eyni, amma mənaca müxtəlif sözləri təkcə tapmaq yox, həm də qafiyə kimi işlətmək böyük sənətkarlıq sayılır.

Geyibdi qəddinə yar alacanı,
At müjgan oxunu, yarala canı.
İstər Ələsgərdən yar ala canı,
Tökəndə zülflərin, a yana, yana.
(Aşıq Ələsgər)

Xalq poeziyasında cinaslı qoşmanın məna, forma baxımından çoxlu növləri fərqləndirilir. Cinaslı qoşmada dil baxımından yazılı ədəbiyyata, klassik şeirə bağlılıq qüvvətli olur. Çoxlu cinaslar yaratmaq üçün hətta Aşıq Ələsgər kimi bir sənətkar da ərəb və fars sözlərindən qafiyə kimi geniş istifadə etmişdir. Ələsgərdə cığalı, dodaqdəyməz, dodaqdəyməz cığalı, müstəzad təcnis kimi cinas növləri işlənmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Cinas haqqında məlumat. Cinas nədir? Cinas nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Sidur

  • Fevral 27, 2026

    Perekop

  • Fevral 24, 2026

    4 mart

  • Fevral 28, 2026

    Dərman sarımsaqotu

  • Fevral 25, 2026

    Brest (Fransa)

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst