Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Möminə Xatun (v. 1175, Naxçıvan) — Səlcuqlu sultanı II Toğrulun həyat yoldaşı olmuş və onun vəfatından sonra Şəmsəddin Eldəniz ilə ailə həyatı qurmuş səlcuqlu x

Möminə Xatun

  • Ana Səhifə
  • Vikipediya
  • Möminə Xatun

Möminə Xatun (v. 1175, Naxçıvan) — Səlcuqlu sultanı II Toğrulun həyat yoldaşı olmuş və onun vəfatından sonra Şəmsəddin Eldəniz ilə ailə həyatı qurmuş səlcuqlu xatunu.

Möminə Xatun
Möminə Xatunun Azərbaycan Tarix Muzeyində saxlanılan rəssam Əjdər Qafarov tərəfindən çəkilmiş bədii portreti
Möminə Xatunun Azərbaycan Tarix Muzeyində saxlanılan rəssam Əjdər Qafarov tərəfindən çəkilmiş bədii portreti
Vəfat tarixi 1175
Vəfat yeri Naxçıvan
Həyat yoldaşları Sultan II Toğrul (1132-1134)
Şəmsəddin Eldəniz (1136-1175)
Uşaqları Məhəmməd Cahan Pəhləvan
Qızıl Arslan
qız (adı bilinmir)
Dini Islam
Tanınır dünyanın və dinin cəlalı, İslamın və müsəlmanların namusu.

Mündəricat

Həyatı

Möminə Xatunun həyatı barədə geniş məlumat yoxdur. O, Səlcuqlu sultanı II Toğrulun həyat yoldaşı olmuşdur. Sultan II Toğruldan Arslan adlı bir oğlu olmuşdur. 1135-ci ildə II Toğrulun ölümündən sonra hakimiyyətə keçən Sultan Məsud onu Şəmsəddin Eldəniz ilə evləndirmişdir. Şəmsəddin Möminə Xatunla evlənmədən öncə, oğlu Arslanın atabəyi olduğu dövrdə də onun etimadını qazanmış, onun məsləhətlərini nəzərə alaraq saray çəkişmələrinə qarışmamışdır. Möminə Xatunun ikinci evlilikdən iki oğlu — Nüsrətəddin Məhəmməd Cahan Pəhləvan və Müzəffərəddin Osman Qızıl Arslan və adı bilinməyən bir qızı olmuşdur. Hakimiyyət işlərində istər II Toğrula, istərsə də Şəmsəddin Eldənizə məsləhət verən bu xanım həmçinin Şəmsəddinin oğlu Arslanla münasibətlərində vasitəçi rolu oynayaraq ara müharibələrin qarşısını almışdır. Xüsusilə də Sultan II Toğruldan olan Arslanla Şəmsəddin Eldəniz arasında Möminə xatunun vasitəçiliyi barədə salnaməçi Sədrəddin əl-Hüseyni belə yazırdıː

" Sultan Arslan yalnız formada, Eldəniz isə həqiqətdə hakim idi. [Atabəy] əmrlər verir, torpaqlan iqta kimi paylayır, xəzinələri özü istədiyi kimi ölkənin hər hansı bir yerinə köçürərək, onlann ixtiyarını əlində saxlayırdı. Sultan isə bu barədə onunla ixtilafa girə bilmirdi və bəzən onun sinəsi atabəy Eldənizin idarə işlərindəki mütləqiyyətindən, əmrlər [verməsindən], istədiyi adama iqta paylamasından sıxılırdı. Sultan bu barədə danışanda, onun anası Möminə xatun belə cavab verdi: "Özünü o yerə qoyma! Bu adam öz həyatını təhlükə altına qoymuş və dönə-dönə ağır döyüşlərə atılmışdı. [Bundan başqa] o, özünün ən qiymətli xeyirxahlığını əsirgəməmiş, səni sultan [taxtına] çıxaranadək özünün çoxlu qulam və silahdaşlarını ölümə göndərmişdi. Səlcuqilərin içərisində səndən böyükləri nə qədər var, ancaq həbslərdə yatırlar və həyatları sıxıntılı keçir. Onlar öz yerlərindən tərpənə bilsəydilər, qəsdləri yüksək olardı. Ancaq onlar bacarmırlar! Sən isə sultan taxtındasan, o da, onun iki oğlu da sənə qulluq edir, sənin qabağında durur, sənin düşmənlərinlə vuruşur, rəqiblərinə üstün gəlirlər, sən və sənin könlün isə bütün bunlardan azaddır! Atabəy hər nə edirsə - bağışlayır və ya geri alır - bunların hamısı sənin qüdrətli dövlətinin möhkəmləndirilməsi, sənin hakimiyyətinin daha da bərkiməsi üçün edilir. Qoy onun hərəkətləri səni kədərləndirməsin, onun cəhdləri səni qayğılandırmasın. O ki sənin məmlükündür! O, öz anasından bunları eşitdikcə susurdu. "

Möminə xatun dövlət işlərində yaxından iştirak edir və bəzən Atabəyə məlumatı çatdırmaq üçün səfərlrə belə edirdi. Məsələn gürcülərə Azərbaycana yürüşü vaxtı - hicri tarixi ilə 569-cu il qışın ortalarında, miladi tarixi ilə 1174-cü ilin yanvarında Möminə xatun Naxçıvandan Həmədana gəlib, gürcü qoşununun yeni hücumu haqqında xəbər gətirmişdi.

Hicri tarixi ilə 571-ci il rəbiüləvvəl ayının ortalarında (19.09.-18.10.1175) ərindən bir ay əvvəl Naxçıvanda vəfat etmişdir. Şəmsəddin Eldəniz onun qəbri üstündə məqbərə tikdirməyə başlamış, lakin bu işi oğlu Məhəmməd Cahan Pəhləvan tamamlamışdır. Salnaməçi Sədrəddin əl-Hüseyni "Əxbar əd-dövlət əs-Səlcuqiyyə" (Səlcuq dövləti haqqında xəbərlər) əsərində onun haqqında qeyd edirdi:

" Möminə xatun həmişə Şəmsəddin Eldənizi ölkə səyahətlərində müşayiət edirdi; dövlət əhəmiyyətli məsələlərin həllində onun fikri ilə hesablaşırdılar. Möminə xatun xalq arasında da böyük hörmətə layiq idi, çünki ölkə vətəndaşlarının tale və maraqlarına biganə deyildi; mədəniyyətin, maarifin inkişafına köməklik edirdi. Bu ağıllı və hörmətəlayiq qadının şərəfinə Naxçıvanda nadir və möhtəşəm məqbərə tikilmişdir. "

Filmoqrafiya

  • Azərbaycan Atabəyləri (film, 2024)

Həmçinin bax

  • Möminə Xatun türbəsi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Möminə Xatun haqqında məlumat. Möminə Xatun nədir? Möminə Xatun nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    Manuel Noryeqa

  • Fevral 25, 2026

    Qladiator

  • Fevral 27, 2026

    Mikve

  • Fevral 27, 2026

    Ofelya Sənani

  • Fevral 24, 2026

    Tus

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst