Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qılman İlkin (doğum adı: Qılman İsabala oğlu Musayev; 28 aprel 1914, Mərdəkan, Bakı qəzası – 6 noyabr 2009, Bakı) — Azərbaycan yazıçısı, nasir, Azərbaycan Yazıç

Qılman İlkin

  • Ana Səhifə
  • Vikipediya
  • Qılman İlkin

Qılman İlkin (doğum adı: Qılman İsabala oğlu Musayev; 28 aprel 1914, Mərdəkan, Bakı qəzası – 6 noyabr 2009, Bakı) — Azərbaycan yazıçısı, nasir, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının xalq yazıçısı (2003), M. F. Axundov adına Azərbaycan SSR Dövlət mükafatı laureatı (1967).

Qılman İlkin
Doğum adı Qılman İsabala oğlu Musayev
Doğum tarixi 28 aprel 1914
Doğum yeri Mərdəkan, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 6 noyabr 2009 (95 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Dəfn yeri II Fəxri Xiyaban
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası→
Azərbaycan Azərbaycan Xalq Cümhuriyyəti→
SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Təhsili Azərbaycan Pedaqoji İnstitutu (1936)
Fəaliyyəti yazıçı, redaktor, pedaqoq
Fəaliyyət illəri 1943–2009
Əsərlərinin dili azərbaycanca
Üzvlüyü
  • Azərbaycan Yazıçılar Birliyi (1950–2003)
Mükafatları "Qırmızı əmək bayrağı" ordeni — 19671967 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni — 19851985 "Əməkdə fərqlənməyə görə" medalı — 19591959 "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı — 19451945 "21 Azər" medalı
"Azərbaycan Respublikasının xalq yazıçısı" fəxri adı — 20032003 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1989 Mirzə Fətəli Axundov adına Azərbaycan SSR Dövlət mükafatı — 19671967 "Humay" mükafatı
İmza

Mündəricat

Həyatı

Musayev Qılman İsabala oğlu (Qılman İlkin) 28 aprel 1914-cü ildə Bakı qəzasının Mərdəkan kəndində anadan olmuşdur. O, ilk təhsilini burada almış, 1926–1929-cu illərdə şəhər pedaqoji texnikumunda və 1932–1936-cı illərdə Azərbaycan Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsində oxumuşdur.

Qılman İlkin əmək fəaliyyətinə Xaçmaz rayonunun Əhmədoba kəndində məktəb müəllimi olaraq başlamışdır. 1931–1932-ci illərdə "Gənc işçi" qəzeti redaksiyasında ədəbi işçi olmuş, burada əsərləri çap olunmuş, 1938-ci ildən "Uşaqgəncnəşr"də məsləhətçi, baş redaktor və direktor vəzifələrində çalışmışdır. Azərbaycan Dövlət Universitetində müəllim işləyən yazıçı Böyük Vətən müharibəsində iştirak etmiş, müharibə illərində Sovet Ordusu tərkibində Qafqaz cəbhəsində və İranda hərbi qəzetlərdə müxbir işləmiş, Təbrizdə nəşr olunan "Vətən yolunda" adlı əsgər qəzetinin redaksiyasında çalışmışdır.

Müharibədən qayıtdıqdan sonra Qılman İlkin Nizami Gəncəvi yubileyi komitəsində elmi katib və Azərbaycan Dövlət Universitetində baş müəllim vəzifələrini tutmuş, Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunmuşdur. Azərbaycanda ədəbi prosesin təşkilatçısı, jurnal redaktoru, nəşriyyat rəhbəri kimi çoxtərəfli fəaliyyət yazıçı 1960–1963-cü illərdə Azərbaycan Dövlət Nəşriyyatının baş redaktoru, 1963–1967-ci illərdə "Azərbaycan" jurnalının baş redaktoru, 1967–1971-ci illərdə isə yenidən Azərbaycan Dövlət Nəşriyyatında direktor vəzifələrində işləmişdir. 1974-cü ildən fərdi təqaüdə çıxmışdır.

Qılman İlkin 6 noyabr 2009-cu ildə Bakı şəhərində ürək çatışmazlığından vəfat etmiş və II Fəxri xiyabanda dəfn olunmuşdur.

Yaradıcılığı

Qılman İlkin ədəbi yaradıcılığa 1943-cü ildə "Yaralı şahin" adlı hekayəsi ilə başlamışdır. Onun Nəcəf bəy Vəzirovun uşaqlıq illərinə həsr etdiyi "Həyat yollarında" adlı povesti 1947-ci ildə çapdan çıxmışdır. Bundan əlavə, onun yaradıcılığında "Qalada üsyan" (1959), "Şimal küləyi" (1962), "Hədiyyə" (1969), "Dağlı məhəlləsi" (1978), "Dəniz qapısı" (1984), "Madam Qədri" (1988), "Bakı və bakılılar" (1998) əsərləri də yer alır. 1994–2000-ci illərdə "Sən Bakını tanıyırsanmı?", "Tovuz lələyi" kitabları kütləvi tirajla nəşr olunmuşdur. Onun "Qalada üsyan" romanı əsasında "Azərbaycanfilm"də "Yenilməz batalyon" filmi çəkilmişdir. O, eyni zamanda "Kölgələr sürünür" filminin ssenarisini də yazmışdır.

Yazıçı "Cərrahlar", "Tayqa nağılı", "Əsgər müharibədən qayıdırdı", "Geriyə yol yoxdur", "Çətin döngələr", "Baba və nəvə", "Həyat sınaqları", "Qarışqa şıllaq atdı" pyeslərinin, "Şimal küləyi" (1962) povestinin, silsilə hekayələrin müəllifidir. Bu əsərlərin əksəriyyəti uzun müddət televiziyada nümayiş olunmuş, "Təzə şagird" pyesi isə tamaşaya qoyulmuşdur.

Yaradıcılığı boyu 50-dən çox kitabı çap olunan müəllifin bu nəşrlərdə dörd romanı yer alır. Digər kitabları isə, əsasən, povest və hekayələrdən ibarətdir.

Təltif və mükafatları

  • "Azərbaycan Respublikasının xalq yazıçısı" fəxri adı — 27 yanvar 2003
  • "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 17 may 1989[⇨]
  • Mirzə Fətəli Axundov adına Azərbaycan SSR Dövlət mükafatı — 28 aprel 1967 ("Şimal küləyi" əsərinə görə)
  • "Qırmızı əmək bayrağı" ordeni — 28 oktyabr 1967
  • 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni — 6 aprel 1985
  • "Əməkdə fərqlənməyə görə" medalı — 9 iyun 1959
  • "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı — 9 may 1945
  • "21 Azər" medalı
  • Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002-ci ildən
  • Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı — 2 aprel 1970, 18 may 1984
  • "Humay" milli mükafatı ("Bakı və bakılılar" kitabına görə)
  • Qafqaz Xalqları Ali Dini Şurasının "Paklıq" mükafatı

Xatirəsi

8 iyul 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalq yazıçısı Qılman İlkinin 100 illik yubileyi haqqında sərəncam imzalamışdır. Onun adına Xəzər rayonu, Mərdəkan qəsəbəsində küçə var.

Filmoqrafiya

  • Kölgələr sürünür (film, 1958) (bədii film) — ssenari müəllifi
  • Yenilməz batalyon (film, 1965) (bədii film) — ssenari müəllifi
  • General (film, 1970) (bədii televiziya filmi) — ssenari müəllifi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qılman İlkin haqqında məlumat. Qılman İlkin nədir? Qılman İlkin nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Şəmsəddin Aydoğmuş

  • Fevral 25, 2026

    Məmmədtağı Əliyev

  • Fevral 27, 2026

    Çeboksarı

  • Fevral 27, 2026

    Təsnif

  • Fevral 27, 2026

    Diş formulu

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst