Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Məhəmmədtağı Əliyev və ya Məhəmmədtağı Əlizadə (10 yanvar 1858, Şamaxı – 1918, Şamaxı) — ictimai-siyasi xadim, iqtisadçı alim, publisist,Rusiya imperiyası I Döv

Məmmədtağı Əliyev

  • Ana Səhifə
  • Vikipediya
  • Məmmədtağı Əliyev

Məhəmmədtağı Əliyev və ya Məhəmmədtağı Əlizadə (10 yanvar 1858, Şamaxı – 1918, Şamaxı) — ictimai-siyasi xadim, iqtisadçı alim, publisist,Rusiya imperiyası I Dövlət Dumasına seçilmiş 5 azərbaycanlıdan biri.

Məmmədtağı Əliyev
Rusiya imperiyası I Dövlət Dumasının üzvü
27 aprel (10 may) 1906 – 9 iyul (22 iyul) 1906
Şəxsi məlumatlar
Doğum tarixi 10 yanvar 1858(1858-01-10)
Doğum yeri
  • Şamaxı, Şamaxı qəzası, Şamaxı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 1918(1918) (59–60 yaşında)
Vəfat yeri
  • Şamaxı, Şamaxı qəzası, Bakı quberniyası
Vəfat səbəbi güllə yarası[d]
Təhsili
  • Petrovski-Razumovski Əkinçilik Akademiyası[d]
Fəaliyyəti siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şamaxı soyqırımında daşnaklar tərəfindən öldürülüb.

Mündəricat

Həyatı

Soldan oturanlar: qardaşı Mehdi Əliyev, Məmmədtağı Əliyev, Əli bəy Hüseynzadə. Ayaq üstə: Sadıq bəy Ağabəyzadə (Sankt-Peterburq, 1886)

Məmmədtağı Hacı Əbdüssəməd oğlu 1858-ci il yanvarın 10-da Şamaxı şəhərində anadan olub. 1864–1868-ci illərdə Şamaxıda məhəllə məktəbində, 1868–1874-cü illərdə Tiflisdə Qafqaz Müsəlmanları Ruhani İdarəsinin nəzdindəki altısinifli məktəbdə, 1874–1878-ci illərdə isə Bakı real məktəbində təhsil alıb. Orta təhsilini bitirdikdən sonra Moskvada Petrovski-Razumovski kənd təsərrüfatı və meşəçilik akademiyasını aqronom və iqtisadçı ixtisası üzrə ali təhsil alıb. Burada siyasi və ədəbi fəaliyyətə başlayıb, Həsən bəy Zərdabinin təşəbbüsü ilə Nəcəf bəy Vəzirovun Petrovski-Razumovski akademiyasında yaratdığı İmdadiyyə dərnəyinin üzvü olub. "Əkinçi" qəzetində və digər dövri mətbuat orqanlarında məqalələr dərc etdirib. "Əkinçi" qəzetində "Şirvani" təxəllüsü ilə məqalələr yazıb. İxtisasını təkmilləşdirmək üçün Avropaya gedib. Bir il Fransa və Almaniyada yaşayıb, Sileziya vilayətinin iqtisadiyyatına dair elmi əsər yazıb nəşr etdirib.

1883–1888-ci illərdə Rusiya imperiyası maliyyə nazirliyinin rüsum və töycü şöbəsində fəaliyyət göstərib. Nazir Rixtenin islahat layihələri bürokratiyanın müqaviməti ilə qarşılaşdıqda, digər mütərəqqi məmurlarla birlikdə istefa verib Şamaxıya qayıdıb və burada xeyriyyə işləri ilə məşğul olub. İrana səyahət edib, müşahidələri əsasında Z. Marağayinin "İbrahim bəyin səyahətnaməsi" romanına bənzər bir əsər yazıb.

1904-cü ildə qurulmuş Hümmət partiyasının qurucularından olub. Məmmədtağı Əliyev 1906-cı ildə Bakı quberniyasından Rusiya imperiyası I Dövlət Dumasına deputat seçilib. Dumada iqtisadçı alim kimi "Trudoviklər" partiyasına rəğbət bəsləyib, müsəlman fraksiyasının üzvü olaraq, qeyri-rus xalqların milli muxtariyyəti ideyasını müdafiə edib. Duma qovulduqdan sonra isə Şamaxıya qayıdıb və şəhərin ictimai həyatında fəaliyyət göstərib bir neçə məktəb açıb. Alman, fransız, ərəb, fars və rus dillərini bilib.

Şamaxı soyqırımının törədildiyi günlərdə şəhəri tərk etməyib. Daşnakların evinə hücumu nəticəsində öldürülərək yandırılıb. Daha sonra evinə od vurulub, kitabxanasındakı bütün nadir əlyazmalar, kitablar o cümlədən də özünün müəllifi olduğu iqtisadiyyat və kənd təsərrüfatı ilə bağlı əsərlər məhv olub.

Həmçinin bax

  • Ələşrəf Əlizadə

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Məmmədtağı Əliyev haqqında məlumat. Məmmədtağı Əliyev nədir? Məmmədtağı Əliyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Fərman

  • Fevral 25, 2026

    Honduras

  • Fevral 27, 2026

    Hakkari

  • Fevral 27, 2026

    Pioner 10

  • Fevral 27, 2026

    Molla Sədra

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst