Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Abstrakt ekspressionizm (ing. abstract expressionism) — amerikan rəssamlığında İkinci Dünya müharibəsindən sonra ortaya çıxan və Nyu-Yorkda yaranan rəssamlıq hə

Abstrakt ekspressionizm

  • Ana Səhifə
  • Vikipediya
  • Abstrakt ekspressionizm

Abstrakt ekspressionizm (ing. abstract expressionism) — amerikan rəssamlığında İkinci Dünya müharibəsindən sonra ortaya çıxan və Nyu-Yorkda yaranan rəssamlıq hərəkatı. Abstrakt ekspressionizm termini amerikan rəssamlığına ilk dəfə 1946-cı ildə rəsm tənqidçisi Robert Kotes (1897-1973) tərəfindən aid edilmiş, lakin ilk olaraq 1919-cu ildə "Der Sturm" jurnalında alman ekspressionizmini ifadə etmək üçün işlədilmişdir. ABŞ-də bu termini ilk dəfə 1929-cu ildə Alfred Barr Vasili Kandinskinin əsərlərini təsvir etmək üçün istifadə etmişdir.

Abstrakt ekspressionizm qeyri-həndəsi ştrixlər, böyük fırçalar istifadə edərək, emosiyaları tam üzə çıxarmaq üçün bəzən rəngləri kətan üzərinə damladaraq sürətlə və böyük lövhələrdə rəsm çəkən rəssamların məktəbi və ya hərəkatıdır. Bu hərəkatda ekspressiv rəngləmə metodu rəsm çəkməklə eyni mənanı daşıyır. Belə yaradıcılıq üslubunda rəssamın məqsədi öz daxili dünyasını, şüuraltını məntiqi təfəkkürlə izah edilməyən xaotik formalarda qəfil ifadə etməkdir.

Cekson Pollok, №5, 1948., lifli ağac plitə üzərində yağlı boya, 244 × 122 sm., şəxsi kolleksiya

Bu hərəkatın ilkin fazası olan abstrakt sürrealizm (abstract surrealism) 1940-cı illərdə Andre Bretonun ideyaları əsasında yaranmışdır. Onun əsas tərəfdarları amerikan rəssamları Hans Hofman, Arşil Qorki, Adolf Qotlib və başqaları idilər. 1950-ci illərdə Cekson Pollok, Mark Rotko və Villem de Kuninqin bu hərəkatın başına keçməsilə o geniş miqyas qazandı. Minimalist rəssam Aqnes Martin də özünü abstrakt ekspressionist adlandırırdı.

Abstrakt ekspressionizmin formalarından biri taşizmdir. Hər iki cərəyanın ideologiyası və yaradıcılıq metodu demək olar ki, eyni olsa da, özünü taşist və abstrakt ekspressionist hesab edən rəssamların şəxsi tərkibi tam eyni deyil. Rus rəssamları arasında isə ən məşhur abstrakt ekspressionist 1950-1980-ci illərdə yaradan Yevgeni Mixnov-Voytenko hesab edilir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Abstrakt ekspressionizm haqqında məlumat. Abstrakt ekspressionizm nədir? Abstrakt ekspressionizm nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    E.ə. 437

  • Fevral 27, 2026

    Fransa Qvianası

  • Fevral 27, 2026

    II Səlim

  • Fevral 28, 2026

    Fenrir

  • Fevral 27, 2026

    Manqrov

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst