Daşlıçay ilçəsi — Ağrı ilinin ilçəsi.
| Daşlıçay ilçəsi | |
|---|---|
| 39°38′00″ şm. e. 43°22′40″ ş. u.HGYO | |
| Ölkə | |
| Tarixi və coğrafiyası | |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi |
|
![]() Daşlıçay ilçəsi | |
Tarix
Daşlıçay ilçəsi həmçinin Daşlıçay şəhər bələdiyyəsi 6324–6325 saylı qanun əsasında 1954-cü ildə yaradılmışdır.
Ərazi
Ərazisindən Murad çayı keçən il şərqdən Ağrı ilinin Diyadin və Doğubəyazid ilçələri, şimaldan İğdır ilinin Duzluca ilçəsi, qərbdən Ağrı ilinin Ağrı ilçəsi və Hamur ilçəsi, cənubdan isə Van ilinin Ərciş ilçəsi ilə həmsərhəddir. İlçənin sahəsi 798 km²-dir. İlçənin ən hündür nöqtəsi Aladağın zirvəsi olan Muradbaşı (və ya Qoçbaşı) zirvəsidir (hündürlüyü 3510 metr). İlçə mərkəzi olan Daşlıçay şəhəri ilin mərkəzi olan Ağrı şəhərindən 32 km məsafədə yerləşir.
İqtisadiyyat
İlçədə əhali əsasən maldarlıq, qismən isə əkinçiliklə məşğul olur. Ərazisinin çox hissəsi dağlıq olan ilçədə əkinə yararlı sahələr azdır.
Əhali
TUİK-in 2011-ci ilə verdiyi rəsmi təxminə əsasən Daşlıçay əhalisi 22 641 nəfərdir (11,543 nəfər kişi, 11,098 nəfər qadın). Bütün ilçə əhalisinin 6 191 nəfəri (3,132 nəfəri kişi, 3 059 nəfəri qadın) Daşlıçay şəhərində, qalan 16 450 nəfər (8,411 nəfər kişi, 8 039 nəfər qadın) əhali isə 36 kənddə yaşamaqdadır. Daşlıçay ilçəsində yalnız bir bələdiyyə mövcuddur: Daşlıçay şəhər bələdiyyəsi (Daşlıçay şəhərini əhatə edir).
Milli tərkib
Etiqad baxımından tamamilə müsəlman olan ilçə əhalisini əsasən kürdlər, qismən türklər (azərbaycanlılar) təşkil edirlər. Kürdlər şafi məzhəbindədirlər. İlçədəki azərbaycanlılar şiə-cəfəri və sünni-hənəfi təriqətləri olmaqla iki yerə ayrılır. İlçədə əsasən kəndlərdə yaşayan azərbaycanlıların subetnik qrupu olan qarapapaqlara aid türklər hənəfi məzhəbindədirlər. Şiə-cəfəri azərbaycanlıların əksəriyyəti isə Daşlıçay şəhərində yaşamaqdadır.
- Daşlıçay şəhərinin əhalisinin (6,191 nəfər) 60%-ni kürdlər, 40%-ni azərbaycanlılar təşkil edir. Şəhərdəki azərbaycanlıların əksəriyyəti şiə olsa da, az bir qismi (qarapapaq tayfasından 20-25 ailə) sünni-hənəfi təriqətindədirlər.
- Cəfəri məzhəbində olan Azərbaycan türkləri Daşlıçay şəhərində (əhalinin 40%-i), Yuxarıdaşlıçay (əhalinin tamamı), Yassıqaya (əhalinin tamamı) və Bayramyazı (3-5 ailə) kəndlərində, Azərbaycan türklərinin subetnik qrupu olan qarapapaqlar isə Daşlıçay şəhərində (20-25 ailə), İkiyamac (əhalinin tamamı), Keçidverən (əhalinin 95%-i), Yuxarıtoxlu (əhalinin tamamı), Aşağıtoxlu (əhalinin yarısı), Qumlubucaq (əhalinin yarısı) və Çöğürlü (3-5 ailə) kəndlərində yaşamaqdadırlar.
- İlçə ərazisində yaşayan kürd əsilli əhali tayfa quruluşunu qoruyub saxlamışdır:
- Cəlali tayfası: Araz, Aşağıəsən, Yuxarıəsən, Bayramyazı, Boyuncaq, Çöğürlü, Qumlubucaq, Daştəkər və Tanyolu kəndlərində məskunlaşıbdır.
- Plakani tayfası: Aşağıdüzmeydan, Yuxarıdüzmeydan, Aşağıdumanlı, Yuxarıdumanlı, Çökelgə, Gündoğdu, Tanrıverdi, Güneysöyüd, Samanyolu, Yanqaya, Yeltəpə, Yanalyol və Balçiçək kəndlərində məskunlaşmışdır.
- Nezoi tayfası: Yardımçılar, Düzgörən və Tanrıverdi kəndlərində məskunlaşmışdır.
- Kaskan tayfası: Diləkyazı və Qumluca kəndlərində məskunlaşmışdır.
- Şeyx tayfası: Gözucu, Kağnılı və Bayıraltı kəndlərində məskunlaşmışdır.
- Mikali tayfası: Gözucu və Bayıraltı kəndlərində məskunlaşmışdır.
Kəndlər
| No: | Kəndlərin adı | 2011 r.t., əhali | Milli çoxluq | Milli azlıq |
|---|---|---|---|---|
| 1. | Alaqoçlu | 846 | 100% kürd | ... |
| 2. | Araz | 203 | 100% kürd | ... |
| 3. | Aşağıdumanlı | 1,229 | 100% kürd | ... |
| 3. | Aşağıdüzmeydan | 482 | 100% kürd | ... |
| 4. | Aşağıəsən | 451 | 100% kürd | ... |
| 5. | Aşağıtoxlu | 434 | 50% azərbaycanlı | 50% kürd |
| 6. | Balçiçək | 154 | 100% kürd | ... |
| 7. | Bayıraltı | 536 | 100% kürd | ... |
| 8. | Bayramyazı | 540 | kürd | 3-5 ailə azərbaycanlı |
| 9. | Boyuncaq | 79 | 100% kürd | ... |
| 10. | Çöğürlü | 747 | kürd | 3-5 ailə azərbaycanlı |
| 11. | Çökelgə | 472 | 100% kürd | ... |
| 12. | Diləkyazı | 256 | 100% kürd | ... |
| 13. | Düzgörən | 654 | 100% kürd | ... |
| 14. | Keçidverən | 602 | 95% azərbaycanlı | 5% kürd |
| 15. | Gözucu | 598 | 100% kürd | ... |
| 16. | Gündoğdu | 104 | 100% kürd | ... |
| 17. | Güneysöyüd | 172 | 100% kürd | ... |
| 18. | İkiyamac | 294 | 100% azərbaycanlı | ... |
| 19. | Kağnılı | 177 | 100% kürd | ... |
| 20. | Qaragöz | 154 | 100% kürd | ... |
| 21. | Qumlubucaq | 421 | 50% azərbaycanlı | 50% kürd |
| 22. | Qumluca | 1,619 | 100% kürd | ... |
| 23. | Samanyolu | 105 | 100% kürd | ... |
| 24. | Tanrıverdi | 199 | 100% kürd | ... |
| 25. | Tanyolu | 725 | 100% kürd | ... |
| 26. | Daştəkər | 356 | 100% kürd | ... |
| 27. | Yanalyol | 202 | 100% kürd | ... |
| 28. | Yanqaya | 21 | 100% kürd | ... |
| 29. | Yardımçılar | 804 | 100% kürd | ... |
| 30. | Yassıqaya | 197 | 100% azərbaycanlı | ... |
| 31. | Yeltəpə | 577 | 100% kürd | ... |
| 32. | Yuxarıdumanlı | 312 | 100% kürd | ... |
| 33. | Yuxarıdüzmeydan | 865 | 100% kürd | ... |
| 34. | Yuxarıəsən | 479 | 100% kürd | ... |
| 35. | Yuxarıdaşlıçay | 200 | 100% azərbaycanlı | ... |
| 36. | Yuxarıtoxlu | 184 | 100% azərbaycanlı | ... |
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Daşlıçay ilçəsi haqqında məlumat. Daşlıçay ilçəsi nədir? Daşlıçay ilçəsi nə deməkdir?
