Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

I Manuel (port. Manuel I de Portugal; 31 may 1469, Lissabon – 13 dekabr 1521, Lissabon) — XIV Portuqaliya kralı. Tarixdə Uğurlu (port. O Venturoso) ləqəbi ilə t

I Manuel

  • Ana Səhifə
  • Vikipediya
  • I Manuel

I Manuel (port. Manuel I de Portugal; 31 may 1469, Lissabon – 13 dekabr 1521, Lissabon) — XIV Portuqaliya kralı. Tarixdə Uğurlu (port. O Venturoso) ləqəbi ilə tanınır. Onun dövrü Portuqaliya tarixində Coğrafi kəşflər dövrünün qızıl çağı sayılır. Amerika və Braziliyanın kəşfi, həmçinin dəniz ticarət yollarının açılması onun adını dünya tarixində əbədiləşdirmişdir.

I Manuel
XIV Portuqaliya kralı
25 oktyabr 1495 – 13 dekabr 1521
ƏvvəlkiII Juan
SonrakıIII Juan
Şəxsi məlumatlar
Doğum tarixi 31 may 1469(1469-05-31)
Doğum yeri
  • Lissabon, Portuqaliya
Vəfat tarixi 13 dekabr 1521(1521-12-13) (52 yaşında)
Vəfat yeri
  • Lissabon, Portuqaliya
Vəfat səbəbi taun
Dəfn yeri
  • Jeronimuş monastrı[d]
Fəaliyyəti hökmdar[d]
Atası İnfant Ferdinand
Həyat yoldaşları
  • Araqonlu İzabella (1497–1498),
  • Araqonlu Mariya (1500–1517),
  • Avstriyalı Eleonora (1518–1521)
Uşaqları
  • Migel de Paş,
  • III Con,
  • Portuqaliyalı İzabella,
  • Portuqaliyalı Beatris,
  • Portuqaliyalı Lüdovik,
  • I Henri (Portuqaliya kralı),
  • Portuqaliyalı Duarte,
  • Portuqaliyalı Mariya
Ailəsi Avis sülaləsi
Dini Roma-Katolik kilsəsi

Təltifləri Knight of the Order of the Golden Fleece Knight of the Garter — 1510
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1469-cu ildə Lissabonda dünyaya gəldi. Atası Beja və Vizeu hersoqu İnfant Ferdinand, anası isə onun əmisi qızı İnfanta Beatrisadır. Atası kral I Duartenin oğlu, anası isə kral I Xuanın nəvəsi idi və bu səbəblə, hər iki şəcərəsi də Portuqaliya krallarına əsaslanır.

Kral II Juanın yeganə oğlu və varisi İnfant Afonsonun 1491-ci ildə vəfat etməsi səbəbilə, Portuqaliya taxtı varissiz qaldı. Bu səbəblə, kralın taxta ən yaxın kişi qohumu olan Manuel taxt varisi seçildi. Kralın vəfat etməsinin ardından isə 25 oktyabr 1495-ci ildə I Manuel adıyla taxta çıxdı.

I Manuel taxta çıxdıqdan sonra zadəganlarla sülh siyasəti yürütmüş, lakin dini məsələlərdə sərt mövqe sərgiləmişdir. 1496-cı ildə yəhudilərin xaç suyuna salınması və ya ölkəni tərk etməsi barədə fərman imzalamışdır. 1497-ci ildə isə bu prosesin icrasına başlanmış, nəticədə minlərlə yəhudi ölkəni tərk etmiş və ya zorla xaç suyuna salınmışdır. Bu siyasət, Kastiliya və Araqon krallığının infantası İzabella ilə evlənmək üçün qoyulan şərtlər çərçivəsində qəbul edilmişdi. Nəhayət, uzun danışıqların ardından 30 sentyabr 1497-ci ildə Araqonlu İzabella ilə evləndi. Bu nigahdan 1 oğlu dünyaya gəlsə də, xanımı doğuşun ardından vəfat etdi.

  • Miquel, infant

Xanımının vəfatının ardından ölkələr arasındakı sülhün davam etməsi məqsədilə, baldızı Mariya ilə evləndirildi. Bu nigahdan cütlüyün 10 övladı dünyaya gəlsə də,

  • III Juan, Portuqaliya kralı
  • İzabella, Müqəddəs Roma imperatriçası
  • Beatrisa, Savoyya hersoginyası
  • Lüdovik, infant
  • Ferdinand (1507-1534), infant
  • Afonso (1509-1540), infant, kardinal
  • Mariya (1511-1513)
  • I Enrike, Portuqaliya kralı
  • Duarte, Quameres hersoqu
  • Antonio (1516)

Xanımının 1517-ci ildə vəfat etməsinin ardından 16 iyul 1518-ci ildə Kastliya kraliçası Dəli Juannanın qızı Elyanora ilə evləndi. Bu nigahından da 1 qızı dünyaya gəldi.

  • Mariya, infanta

I Manuel dövründə Portuqaliya Coğrafi kəşflər dövrünün mərkəzində olmuş və genişmiqyaslı dəniz ekspedisiyaları baş tutmuşdur.

  • 1498 – Vasko da Qama Hind okeanı üzərindən Hindistana çatdı.
  • 1500 – Pedro Álvares Cabral Braziliya sahillərini kəşf etdi.
  • 1505-1515 – Portuqaliya Hindistan, Şərqi Afrika və Cənub-Şərqi Asiyada ticarət məntəqələri və hərbi qalalar qurdu (Qoa, Ormuz və s.).

Portuqaliya bu dövrdə ilk qlobal imperiyaya çevrildi və Hindistan ədviyyat ticarətinə nəzarət əldə etdi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, I Manuel haqqında məlumat. I Manuel nədir? I Manuel nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 28, 2026

    Yuri Oqanessian

  • Fevral 26, 2026

    Məsud Pezeşkian

  • Fevral 27, 2026

    Ağqala şəhristanı

  • Fevral 25, 2026

    İspanlar

  • Fevral 27, 2026

    Qızılüzən

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst