Məsud Pezeşkian (fars. مسعود پزشکیان; 29 sentyabr 1954, Məhabad, Qərbi Azərbaycan ostanı) — İran siyasətçisi və həkimi. İranın 9-cu prezidenti (2024-cü ildən). İran Səhiyyə və Tibbi Təhsil naziri (2001–2005).
| Məsud Pezeşkian | |
|---|---|
| fars. مسعود پزشکیان | |
| |
Vəzifədədir | |
| 28 iyul 2024-cü ildən | |
| Əvvəlki | Məhəmməd Müxbir (i. e.) |
| 22 avqust 2001 – 24 avqust 2005 | |
| Əvvəlki | Məhəmməd Fərhadi[d] |
| Sonrakı | Kamran Baqeri Lənkərani[d] |
| 27 may 2008 – 28 iyul 2024 | |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 29 sentyabr 1954 (71 yaş) |
| Doğum yeri | |
| Partiya | |
| Təhsili |
|
| Fəaliyyəti | siyasətçi, ürək cərrahı, akademik |
| Uşaqları | 4 (Zahra Pezeshkian, Mehdi Pezeshkian, Yousef Pezeshkian daxil olmaqla) |
| Dini | on iki imam şiəliyi, şiəlik |
| Hərbi xidmət | |
| Mənsubiyyəti | İran |
| Döyüşlər |
|
| Elmi fəaliyyəti | |
| Elm sahəsi | aorta koronar şuntlama, ümumi cərrahiyyə |
| | |
| Təltifləri | |
![]() | |
Həyatı və fəaliyyəti
Məsud Pezeşkian 1954-cü ildə Qərbi Azərbaycan ostanının Məhabad şəhərində doğulub. "The Guardian" qəzetinə görə, onun ata tərəfdən azərbaycanlı, ana tərəfdən kürd olduğu bildirilir. BBC isə onun azərbaycanlı olduğunu qeyd edir. O, həmçinin BBC-yə verdiyi bir açıqlamasında özünün türk olduğunu və Azərbaycanda doğulduğunu bildirmişdir.
İran Parlamentinin birinci sədr müavini və İran parlamentinin onuncu dövründə Təbrizi təmsil edən nümayəndələrdən biri idi.
Təbrizdən olan millət vəkili Məsud Pezeşkian 2024-cü ildə prezident seçkisində seçki fəallığını artırmaq məqsədilə prezidentliyə namizədliyini irəli sürmüşdür.
2024 İran prezident seçkilərində iştirakı
Pezeşkian prezident seçkilərinin ikinci turunda rəqibi Səid Cəlili ilə mübarizə aparmış və qalib gəlmişdir. O, vəzifələrinin icrasına 28 iyul 2024-cü ildə başlamışdır.
Həmçinin bax
- Pezeşkianlar
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Məsud Pezeşkian haqqında məlumat. Məsud Pezeşkian nədir? Məsud Pezeşkian nə deməkdir?

