Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Yuri Tsolakoviç Oqanesyan (14 aprel 1933, Rostov-na-Donu, SSRİ) — super ağır kimyəvi elementlərin tədqiqatçısı kimi tanınan erməni əsilli rusiyalı nüvə fizikidi

Yuri Oqanessian

  • Ana Səhifə
  • Vikipediya
  • Yuri Oqanessian

Yuri Tsolakoviç Oqanesyan (14 aprel 1933, Rostov-na-Donu, SSRİ) — super ağır kimyəvi elementlərin tədqiqatçısı kimi tanınan erməni əsilli rusiyalı nüvə fizikidir. O dövri cədvəlin çoxsaylı elementlərinin kəşfinə rəhbərlik etmişdir. O, 1989-cu ildə Birləşmiş Nüvə Araşdırmaları İnstitutunda Flyorov Nüvə Reaksiyaları Laboratoriyasının direktoru vəzifəsində Georgi Flerovun yerinə keçmiş və hal-hazırda da oranın elmi direktorudur. Dövri cədvəlin 118-ci və ən ağır elementi olan oqaneson onun şərəfinə adlandırılmış və bununla da ikinci dəfə bir elementə canlı bir insanın (digəri siborgium) adı verilmişdir.

Yuri Oqanesyan
erm. Յուրի Ցոլակի Հովհաննիսյան
rus. Ю́рий Цола́кович Оганеся́н
Doğum tarixi 14 aprel 1933(1933-04-14) (92 yaş)
Doğum yeri
  • Rostov-na-Donu, SSRİ
Elm sahəsi nüvə fizikası
Elmi dərəcəsi
  • psixologiya elmləri doktoru (1969)
İş yeri
  • Birləşmiş Nüvə Araşdırma İnstitutu
Elmi rəhbəri Georgi Flerov
Üzvlüyü
  • Rusiya Elmlər Akademiyası (2003),
  • SSRİ Elmlər Akademiyası (1990),
  • Serbiya Elmlər və İncəsənət Akademiyası[d],
  • Ermənistan Milli Elmlər Akademiyası (2003)
Mükafatları 2-ci dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni — 2017 "Şərəf" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Xalqlar dostluğu" ordeni "Şərəf nişanı" ordeni "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı "Moskvanın 850 illik xatirəsinə" medalı Officer's Cross of the Order of Merit of the Republic of Poland "Müqəddəs Mesrop Maştots" ordeni "Şərəf" ordeni Medal of Friendship honorary citizen of Moscow Oblast
Rusiya Federasiyasının Dövlət mükafatı SSRİ Dövlət mükafatı — 1975 Lenin komsomolu mükafatı Rusiya Federasiyası Hökumətinin fəxri fərmanı Demidov mükafatı M. V. Lomonosov adına böyük qızıl medal — 2017
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Şəxsi həyatı

Yuri Tsolakoviç Oqanesyan 14 aprel 1933-cü ildə SSRİ-nin Rostov-na-Donu şəhərində erməni ailəsində anadan olmuşdur. Onun atası İğdırlı (indiki Türkiyə), anası isə Rusiyanın indiki Krasnodar diyarının Armavir şəhərindən idi. Oqanesyanın atası Tsolak, istilik mühəndisi idi və o, İrəvandakı sintetik kauçuk zavoduna işə dəvət edildiyi üçün o və ailəsi 1939-cu ildə Ermənistan SSR-in paytaxtı olmuş İrəvana köçmüşdür. Beləliklə də Oqanesyanın uşaqlıq dövrü İrəvanda keçmişdir, İkinci Dünya müharibəsinin Şərq Cəbhəsi başlayandan sonra ailəsi Rostov almanlar tərəfindən işğal edildiyi üçün ora qayıtmamaq qərarına gəlir. Yuri İrəvanda oxuyur və burada da məktəbi bitirir. O, əvvəlcə rəssam olmaq istəyirdi.

Oqanesyan Dubnada skripkaçı və musiqi müəllimi olan İrina Levonovna (1932-2010) ilə evlənmiş və bu izdivacdan cütlüyün iki qızı dünyaya gəlmişdir. 2017-ci ilin məlumatına əsasən onun hər iki qızı ABŞ-də yaşayır.

Oqanesyan rus, erməni və ingilis dillərində danışır.

Karyera

"Mükəmməl fizik və eksperimentalist... onun elmi işləri orijinallığı, problemə gözlənilməz tərəfdən yanaşması və sonunda nəticəyə nail olmaq bacarığı ilə xarakterizə olunur."

 —Flerov Oqanesyan haqqında, 1990

Oqanesyan 1956-cı ildə Moskva Mühəndislik Fizika İnstitutunu (MEPhI) bitirmişdir. Bundan sonra isə o, Moskvadakı Kurçatov adına Atom Enerjisi İnstitutuna daxil olmağa çalışmış, lakin Gerş Budkerin komandasında boş yer qalmadığından, o, bunun əvəzində əvəzində Georgi Flerov tərəfindən işə götürülmüş və Moskva yaxınlığında yerləşən Dubnadakı Birgə Nüvə Tədqiqatları İnstitutunda (JINR) işləməyə başlamışdır.

Flerov təqaüdə çıxdıqdan sonra 1989-cu ildə Birləşmiş Nüvə Araşdırma İnstitutundakı Flerov adına Nüvə Reaksiyaları Laboratoriyasının direktoru olmuş və 1996-cı ildə Flerov laboratoriyasının elmi direktoru təyin olunana qədər də bu vəzifəni tutmuşdur.

Çox ağır kimyəvi elementlərin kəşfi

1970-ci illərdə Oqanesyan transaktinid elementlərini (superağır elementlər) istehsal etmək texnikası olan "soyuq birləşmə" (ing. Cold fusion) metodunu kəşf etmişdir. Onların bir adı olsa da, bu prosesin soyuq birləşmə adlanan sübut olunmamış enerji istehsal prosesi ilə əlaqəsi yoxdur. Oqanesyan prosesi dövrü cədvəldəki 106-dan 113-ə qədər olan elementlərin kəşfi üçün həlledici əhəmiyyət kəsb etmişdir. 1970-ci illərin ortalarından 1990-cı illərin ortalarına qədər, Oqanesyan tərəfindən idarə olunan JINR və Almaniyadakı GSI Helmholtz Ağır İon Tədqiqatları Mərkəzinin müştərək işləri nəticəsində altı kimyəvi elementin (107-dən 112-ə qədər) kəşfi baş tutmuşdur: borium, meytnerium, hassium, darmştadtium, rentgenium və kopernisium.

Onun "isti birləşmə" (ing. Hot fusion, həmçinin enerji prosesi kimi nüvə sintezi ilə əlaqəsi yoxdur) adlandırılan daha yeni texnikası dövri cədvəlin yeddinci sırasını tamamlayaraq 113-dən 118-ə qədər elementlərin kəşfinə kömək etmişdir. Bu üsul siklotronda neytronlarla zəngin olan daha ağır radioaktiv elementləri ehtiva edən hədəflərə kalsiumun bombardman edilməsini nəzərdə tuturdu. Bu üsuldan istifadə etməklə kəşf edilən elementlər bunlardır: nihonium (2003; həmçinin Yaponiyada Riken tərəfindən soyuq birləşmədən istifadə edilərək kəşf edilmişdir), flerovium (1999), moskovium (2003), livermorium (2000), tennessin (2009) və oqaneson (2002).

Tanınması

2017-ci ildə Ermənistanda çıxarılmış poçt markasının üstünə vurulmuş Oqanesyanın rəsmi

Şerri Yennello onu "çox ağır elementlərin babası" adlandırmışdır. Oqanesyan üç kəşfin, bir monoqrafiyanın, 11 ixtiranın və 300-dən çox elmi məqalənin müəllifidir.

Oqanesyan kimya üzrə Nobel mükafatı laureatına layiq görülmüşdür O, həmçinin də Rusiya Elmlər Akademiyasının rəhbəri Aleksandr Sergeyevdən bir sıra mükafatlar almışdır.

Oqanessium

2016-cı ilin əvvəlində elm yazıçıları və bloggerlər super ağır elementlərdən birinin oqanesium və ya oqaneson adlandırılacağını təxmin etmişdilər. Beynəlxalq Nəzəri və Tətbiqi Kimya İttifaqı (IUPAC) 2016-cı ilin noyabr ayında elan etmişdir ki, 118-ci element Oqanesyanın şərəfinə oqaneson adlandırılacaqdır. Bu element birinci dəfə 2002-ci ildə JINR-də Rus və Amerika alimlərinin müştərək qrupu tərəfindən müşahidə edilmişdir. Rəhbəri Oqanesyan olan komandanın tərkibinə Kaliforniya ştatında yerləşən Lourens Livermor Milli Laboratoriyasının amerikalı alimləri də daxil edilmişdilər. Bu elandan əvvəl onlarla elementə insan adı verilmişdi, lakin onlardan yalnız siborgium şərəfinə adlandırılmış şəxs (Qlenn Teodor Siborq) həyatda olarkən adlandırılmışdı. (Eynşteynium və fermium adları müvafiq olaraq Albert Eynşteyn və Enriko Fermi hələ sağ olarkən təklif edilmişdirlər; lakin bu elementlərin adları rəsmiləşdirildiyi zaman həm Eynşteyn, həm də Fermi həyatda deyildi.) Siborq 1999-cu ildə öldüyünə görə, Oqanesyan hal-hazırda həyatda olarkən adına element olan yeganə insandır.

Fəxri fərmanlar və mükafatlar

1990-cı ildə Sovet Elmlər Akademiyasının müxbir üzvü, 2003-cü ildə isə Rusiya Elmlər Akademiyasının həqiqi üzvü (akademik) seçilmişdir.

Oganessian Frankfurt Höte Universitetinin (2002), Messina Universitetinin (2009), və İrəvan Dövlət Universitetinin (2022) fəxri diplomlarına layiq görülmüşdür. 2019-cu ildə Kembricdəki Sent Katarin Kollecinin fəxri üzvü seçilmişdir.

Dövlət mükafatları

  • "Şərəf nişanı" ordeni
  • "Qırmızı əmək bayrağı" ordeni
  • "Lenin komsomolu" mükafatı (1967)
  • SSRİ Dövlət mükafatı (1975)
  • "Xalqlar dostluğu" ordeni (1993)
  • 4-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni (1999)
  • 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni (2003)
  • Şərəf ordeni (2009)
  • Rusiya Federasiyasının Dövlət mükafatı (2010)
  • Şərəf ordeni (Ermənistan) (2016)
  • 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni (2017)
  • Müqəddəs Mesrop Maştots ordeni (Ermənistan, 2019)

Xidməti mükafatlar

  • Kurçatov medalı (1989)
  • Avropa Fizika Cəmiyyətinin Liza Meytner Mükafatı (2000)
  • Lomonosov adına Qızıl medal (2018) "mürəkkəb nüvələrin qarşılıqlı təsiri sahələrində fundamental tədqiqatlara və superağır elementlər üçün "sabitlik adasının" mövcudluğunun təcrübi sübutlarına görə"
  • Demidov mükafatı (2019)
  • YUNESKO-Rusiya Mendeleyev Təməl Elmlər üzrə Beynəlxalq Mükafatı (2021)

Ermənistanda tanınması

Oqanesyan 2018-ci ilin iyul ayında baş nazir Nikol Paşinyan tərəfindən Ermənistan vətəndaşlığı almışdır. Oqanesyan Erməni Elm və Texnologiya Fondunun (FAST) Qəyyumlar Şurasının üzvüdür. O, həm də Əlixanyan adına Milli Elm Laboratoriyasının (İrəvan Fizika İnstitutu) beynəlxalq elmi şurasının sədridir. 2017-ci ildə HayPost Oqanesyanın şərəfinə həsr olunmuş poçt markası buraxmışdır. 2022-ci ildə Ermənistan Mərkəzi Bankı Oqanesyan və oqanesson (Og) elementinə həsr olunmuş gümüş xatirə sikkəsini buraxmışdır. 2022-ci ilin aprel ayında İrəvan Dövlət Universitetinin fəxri professoru adına layiq görülmüşdür.

Qeydlər

  1. rus. Юрий Цолакович Оганесян, ru; erm. Յուրի Ցոլակի Հովհաննիսյան, Rom: Yuri Ts‘olaki Hovhannisyan, hy. Oqanesyan Hovhanisyan erməni soyadının ruslaşdırılmış variantıdır. Erməni Sovet Ensiklopediyası (1980) Oqanesyan haqqında olan məqaləsində onu "erməni sovet fiziki" kimi qələmə verirdi.
  2. 99 və 100-cü elementlər üçün einsteinium və fermium adları onların şərəfinə adlandırıldıqları (müvafiq olaraq Albert Eynşteyn və Enriko Fermi) şəxslər hələ sağ ikən təklif edilmişdi, lakin Eynşteyn və Fermi ölənə qədər bu adlar rəsmiləşdirilməmişdir.
  3. İnsanların şərəfinə adlandırılmış digər 12 element: curium, einsteinium, fermium, mendelevium, nobelium, lourensium, rezerfordium, seaborgium, borium, meitnerium, roentgenium, copernicium; bundan əlavə flerovium adı Flerovun şərəfinə verilmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Yuri Oqanessian haqqında məlumat. Yuri Oqanessian nədir? Yuri Oqanessian nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 18, 2026

    Meta Platforms

  • Fevral 24, 2026

    İndoneziya

  • Fevral 27, 2026

    Faddey Bellinshauzen

  • Fevral 27, 2026

    Karen

  • Fevral 27, 2026

    Bozkurt Ergör

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst