Artsax Prezidenti və ya Qondarma Dağlıq Qarabağ Respublikası Prezidenti (erm. Արցախի Հանրապետության նախագահ, rus. Президент Нагорно-Карабахской Республики) — 1991-2024-cü illər arasında mövcud olmuş, lakin müstəqilliyi heç bir ölkə və ya beynəlxalq təşkilat tərəfindən tanınmamış, 1992-ci ildə yaradılmış və 2023-cü ildə ləğv edilmiş Qondarma Dağlıq Qarabağ Respublikasında mövcud olmuş ən yüksək siyasi vəzifə idi. Sonuncu prezident 2023-cü il sentyabrın 10-dan 2024-cü il yanvarın 1-dək hakimiyyət başında olmuş Samvel Şahramanyandır. 2023-cü ildəki Qarabağ döyüşlərindən sonra Artsax hökuməti 1 yanvar 2024-cü il tarixində özünü ləğv etməyə razılaşmış, lakin daha sonra isə hökumət dağılmaq əvəzinə Ermənistanın İrəvan şəhərində yenidən mühacirət hökuməti formasında yaranmışdır. Ermənistanın baş naziri Nikol Paşinyan bundan sonra Ermənistanda mühacirətdə olan hökumətin mövcudluğuna qarşı sərt şəkildə çıxış etmişdir.
| Artsax Prezidenti | |
|---|---|
| erm. Արցախի Հանրապետության նախագահ, rus. Президент Нагорно-Карабахской Республики | |
![]() Dağlıq Qarabağ Respublikasının gerbi | |
| Vəzifədədir Samvel Şahramanyan Xalq səsverməsi | |
| Ölkə | Qondarma Dağlıq Qarabağ Respublikası |
| Başçılıq edir | Dağlıq Qarabağ Respublikası |
| Rəsmi iqamətgahı | Prezident Sarayı, Xankəndi |
| Səlahiyyət müddəti | 5 il, ən çox 2 dəfə |
| Təsis tarixi | 29 dekabr 1994 |
| Rəsmi saytı | president.nkr.am |
Dağlıq Qarabağ Respublikasının prezidentlərinin siyahısı (1992-2024)
Parlament sədrləri (1992-1994)
| № | Şəkil | Adı (Doğum-Ölüm) | Vəzifə müddəti | Siyasi əlaqəsi | |
|---|---|---|---|---|---|
| Başlanması | Başa çatması | ||||
| 1 | ![]() | Artur Mkrtçyan (1959-1992) | 7 yanvar 1992 | 14 aprel 1992 | Daşnaksütyun |
| — | ![]() | Georgi Petrosyan (1953–) Prezident vəzifələrini icra edən | 15 aprel 1992 | 14 iyun 1993 | |
| — | ![]() | Qaren Baburyan (1954-2011) Prezident vəzifələrini icra edən | 14 iyun 1993 | 29 dekabr 1994 | Bitərəf siyasətçi |
Prezident (1994-2024)
| № | Şəkil | Adı (Doğum–Ölüm) | Vəzifə müddəti | Siyasi əlaqəsi | |
|---|---|---|---|---|---|
| Başlanması | Başa çatması | ||||
| 1 | ![]() | Robert Koçaryan (1954–) | 29 dekabr 1994 | 20 mart 1997 | Bitərəf siyasətçi |
| — | ![]() | Leonard Petrosyan (1953-1999)[α] Prezident vəzifələrini icra edən | 20 mart 1997 | 8 sentyabr 1997 | |
| 2 | ![]() | Arkadi Qukasyan (1957–) | 8 sentyabr 1997 | 7 sentyabr 2007 | |
| 3 | ![]() | Bako Saakyan (1960–) | 7 sentyabr 2007 | 21 may 2020 | |
| 4 | ![]() | Arayik Harutyunyan (1973–) | 21 may 2020 | 1 sentyabr 2023 | Müstəqil Ana Vətən |
| — | ![]() | Davit İşxanyan (1968-) Prezident vəzifələrini icra edən | 1 sentyabr 2023 | 10 sentyabr 2023 | Daşnaksütyun |
| 5 | ![]() | Samvel Şahramanyan (1978-) | 10 sentyabr 2023 | 1 yanvar 2024 | Bitərəf siyasətçi |
Zaman qrafiki

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Artsax Prezidenti haqqında məlumat. Artsax Prezidenti nədir? Artsax Prezidenti nə deməkdir?
