Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Karvanasara — karvanların dayanacaq yeri. Karvansaralar Asiya, Şimali Afrika və Cənub-Şərqi Avropanı, xüsusilə də İpək Yolu ərazisini əhatə edən ticarət yolları

Karvansara

  • Ana Səhifə
  • Vikipediya
  • Karvansara

Karvanasara — karvanların dayanacaq yeri. Karvansaralar Asiya, Şimali Afrika və Cənub-Şərqi Avropanı, xüsusilə də İpək Yolu ərazisini əhatə edən ticarət yolları şəbəkəsi üzrə ticarət, məlumat və insanların hərəkətini təmin edən infrastruktur idi. Çox vaxt kənd yerlərində kənd yolları boyunca yerləşən karvansaraların şəhər variantları da tarixən İslam dünyasının bütün şəhərlərində yayılmış və çox vaxt xanagah, qonaq evi başqa adlar ilə də adlandırılırmışdır.

Karvansara (Şəki, Azərbaycan)

Mündəricat

Ümumi məlumat

Böyük ipək yolunun magistralı boyunca Azərbaycanın ticarət əhəmiyyətli şəhərlərində və karvan yolları üzərində karvanasaralar mövcud olmuşdur. Karvansaralarda karvanların dayanacaq yeri, mehmanxana tipli istirahət otaqları, minik və yük heyvanları üçün ayrıca yer (tövlə) və axurlar, ticarət mallarının saxlanması üçün anbarlar, müxtəlif dükanlar, yeməkxana və s. olurdu.

Karvansaralar həmçinin müxtəlif ticarət əməliyyatlarını kecirilməsi üçün ən sərfəli obyektlər idi. Ona görə də karvansaralar, bir qayda olaraq, şəhərin qızğın ticarət gedən "qaynar nöqtələrində" tikilirdi. Etnoqrafik materiallardan aydın olur ki, iri karvansarlarda onun daimi xidmətçilərindən başqa, çoxlu çarvadar və hamballar da olmuşdur.

Orta əsrlərdə və XIX əsrdə Təbriz, Şamaxı, Gəncə, Şuşa, Bakı, Naxçıvan, Ordubad, Marağa, Şəki və digər şəhərlərdə xeyli karvansara tikilmişdi. İri ticarət mərkəzlərində onlarca və daha çox karvansara olurdu. XV əsrə aid edilən, indi də Bakıda İçərişəhərdə qalmaqda olan Multani karvansarası hind tacirlərinin qaldığı yer idi. Onunla üzbəüz həmin dövrə aid Buxara karvansarası yerləşirdi. Hər ikisi bazar meydanı yaxınlığında idi.

Tədqiqatçılar Azərbaycan ərazisində ən yaxşı karvansaraların Beşbarmaqla Bakı Salyan arasındakı ticarət yolu üstündə olduğunu qeyd edirlər. Bu karvanasaralar su quyuları (ovdan), yonma daşdan hörülmuş hasarları və kumbəzvari dam örtükləri ilə fərqlənir.

Ədəbiyyat

  • Branning, Katharine. 2018. turkishhan.org, The Seljuk Han in Anatolia. New York, USA.
  • Cytryn-Silverman, Katia. 2010. The Road Inns (Khans) in Bilad al-Sham. BAR (British Archaeological Reports), Oxford. ISBN 9781407306711
  • Kīānī, Moḥammad-Yūsuf; Kleiss, Wolfram. Caravansary // Encyclopaedia Iranica, Vol. IV, Fasc. 7. 1990. 798–802.
  • Erdmann, Kurt, Erdmann, Hanna. 1961. Das anatolische Karavansaray des 13. Jahrhunderts, 3 vols. Berlin: Mann, 1976, ISBN 3-7861-2241-5
  • Gibb, H.A.R., The Travels of Ibn Battuta, AD 1325-1354, Volume IV, 2010
  • Hillenbrand, Robert. 1994. Islamic Architecture: Form, function and meaning. New York: Columbia University Press. (see Chapter VI for an in depth overview of the caravanserai).
  • Kiani, Mohammad Yusef. 1976. Caravansaries in Khorasan Road. Reprinted from: Traditions Architecturales en Iran, Tehran, No. 2 & 3, 1976.
  • Schutyser, Tom. 2012. Caravanserai: Traces, Places, Dialogue in the Middle East. Milan: 5 Continents Editions, ISBN 978-88-7439-604-7
  • Yavuz, Aysil Tükel. 1997. The Concepts that Shape Anatolian Seljuq Caravansara. In: Gülru Necipoglu (ed). 1997. Muqarnas XIV: An Annual on the Visual Culture of the Islamic World. Leiden: E. J. Brill, 80–95. [archnet.org/library/pubdownloader/pdf/8967/doc/DPC1304.pdf Available online as a PDF document, 1.98 MB]
  • Янгузин Р. З. Караван-Сарай — национальная святыня башкирского народа // Оренбургской губернии — 250 лет: Проблемы истории и культуры. — Оренбург, 1994.
  • Караван-Сарай. — Оренбург, 1917.
  • Караван-Сарай / Авт.-сост. Ф. Б. Калимуллин. — Уфа, 1995.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Karvansara haqqında məlumat. Karvansara nədir? Karvansara nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Ağ palıd

  • Fevral 27, 2026

    1856-cı il

  • Fevral 27, 2026

    Baydarlı

  • Fevral 27, 2026

    Villebrord Snell

  • Fevral 23, 2026

    Çənəsiqıllılar

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst