Baydarlı — Azərbaycan Respublikasının Qax rayonunun Qıpçaq kənd inzibati ərazi dairəsində kənd.
| Baydarlı | |
|---|---|
| 41°16′41″ şm. e. 46°52′02″ ş. u.HGYO | |
| Ölkə | |
| Tarixi və coğrafiyası | |
| Mərkəzin hündürlüyü | 213 m |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi |
|
| Rəsmi dili | |
![]() Baydarlı | |
Toponimikası
Baydarlı oyk, sadə. Düzənlikdədir. Mənbələrin verdiyi məlumatlara görə, monqolların tərkibində baydarlı, Krım tatarlarının tərkibində isə baydar adlı tayfa olmuşdur. Tədqiqatçılar belə hesab edirlər ki, bu tayfa türkdilli olub, XIII əsrdən Azərbaycanda məskunlaşmışdır. Mənbələrdən birində Şəki vilayətində bir sıra kəndlərin gəlir vergilərinin Baydar bəyə bağışlanması haqqında, digər mənbədə isə 1273-cü ildə monqol sərkərdəsi Əmir Baydar haqqında məlumat verilir. Bu iki sənədə əsaslananlar toponimin şəxs adından törədiyini ehtimal edirlər. Lakin bütün hallarda Baydarlı etnotoponimdir.
Əhalisi
1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 96 təsərrüfatda hər iki cinsdən toplam 412 nəfər əhali yaşayır.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Baydarlı haqqında məlumat. Baydarlı nədir? Baydarlı nə deməkdir?
