Nikolay Fyodoroviç Gikalo (belar. Никола́й Фёдорович Гика́ло; 8 (20) mart 1897, Odessa, Xerson quberniyası – 25 aprel 1938, Moskva) — sovet dövlət və partiya xadimi, 1917-ci ildən kommunist partiyasının üzvü, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1929–1930).
| Nikolay Gikalo | |
|---|---|
| ukr. Микола Федорович Гикало | |
| |
| 29 yanvar 1932 – 18 mart 1937 | |
| Əvvəlki | Konstantin Gey |
| Sonrakı | Vasili Şaranqoviç |
| 5 avqust 1929 – 1930 | |
| Əvvəlki | Levon Mirzoyan |
| Sonrakı | Vladimir Polonski |
| 1929 – 1929 | |
| Əvvəlki | Kupriyan Kirkij |
| Sonrakı | İsaak Zelenski |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 8 (20) mart 1897 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 25 aprel 1938 (41 yaşında) |
| Vəfat yeri | |
| Vəfat səbəbi | güllə yarası[d] |
| Dəfn yeri |
|
| Partiya |
|
| Fəaliyyəti | siyasətçi |
| Hərbi xidmət | |
| Döyüşlər |
|
| Təltifləri | |
Həyatı
Nikolay Gikalo 1915-ci ildə Tiflis hərbi-feldşer məktəbini bitirib. I Dünya Müharibəsində iştirak edib, Georgi xaçı ilə təltif olunub. 1918–1927-ci illərdə Qafqazda partiya işində çalışıb. 1927–1928-ci illərdə ÜKP (b) MK-nın Orta Asiya bürosunun üzvü olub. 1929–1930-cu illərdə Özbəkistan KP (b) MK-nın katibi, 1929-cu il avqustun 5-dən 1930-cu ilin avqustuna qədər isə Azərbaycan KP (b) MK-nın I katibi vəzifələrində çalışıb. 1930–1931-ci illərdə ÜKP (b) MK-nın təşkilati təqsim sədrinin müavini, 1932-ci il yanvarın 29-dan 1937-ci il martın 18-nə qədər Belorusiya KP (b) MK-nın I katibi olub. 1937-ci ildən Ukrayna KP (b)-nin Xarkov vilayət komitəsinin I katibi vəzifəsini tutub. 1937-ci il oktyabrın 11-də həbs edilib. 1938-ci il aprelin 25-də SSRİ Ali Məhkəməsinin Matuleviç, Zaryan və Jdandan ibarət Hərbi Kollegiyası onun haqqında ölüm hökmü çıxarıb.. Güllələnib. 1955-ci il sentyabrın 2-də SovİKP MK-nın qərarı ilə ölümündən sonra bəraət alıb.
Lenin ordeninə və Qırmızı Bayraq ordeninə layiq görülüb.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Nikolay Gikalo haqqında məlumat. Nikolay Gikalo nədir? Nikolay Gikalo nə deməkdir?
