Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Süleyman Şah və ya Süleyman Şah Qaya Alpoğlu (təq. 1167, bilinmir və ya Xorasan[d], Ərzurum ili – təq. 1227, Hələb) — Qaya Alpın oğlu, Ərtoğrul Qazinin atası, O

Süleyman Şah

  • Ana Səhifə
  • Vikipediya
  • Süleyman Şah

Süleyman Şah və ya Süleyman Şah Qaya Alpoğlu (təq. 1167, bilinmir və ya Xorasan[d], Ərzurum ili – təq. 1227, Hələb) — Qaya Alpın oğlu, Ərtoğrul Qazinin atası, Osman Qazinin babasıdır. Oğuzların Qayı boyundandır. Doğum yeri və tarixi haqqında dəqiq məlumatlar yoxdur.

Süleyman Şah
Süleyman Şah Kaya Alpoğlu
Qayı boyunun rəisi (bəyi)
ƏvvəlkiQaya Bəy
SonrakıƏrtoğrul Qazi (Qərb qismi) Gündoğdu bəy (Şərq qismi)
Şəxsi məlumatlar
Doğum adı Süleyman bin Kaya Alp
Doğum tarixi təq. 1167(1167)
Doğum yeri
  • bilinmir və ya
  • Xorasan[d], Ərzurum ili, Türkiyə
Vəfat tarixi təq. 1227(1227) (59–60 yaşında)
Vəfat yeri
  • Hələb, Hələb mühafəzəsi, Suriya
Vəfat səbəbi boğulma
Fəaliyyəti hərbi qulluqçu
Atası Qaya Alp
Həyat yoldaşı Hayme Ana
Uşaqları Sunqur Təkin, Gündoğdu bəy, Dündar bəy və Ərtoğrul Qazi
Dini İslam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

XII əsrin sonlarında doğulduğu və Qayı boyunun rəisi olduğu bilinir. Monqol hökmdarı Çingiz Xanın Orta Asiyadakı istilası zamanı, XIII əsrdə Türküstandan qərbə doğru köç etməyə qərar vermişdir. Türküstandan 50 min nəfərlə Şimali Qafqaz üzərindən Şərqi Anadoluya gələrək, 1214-cü ildə Ərzincan və Ahlat bölgəsində yerləşdi. Eyni boya mənsub bəzi tayfalar da Diyarbəkir, Mardin və Urfaya yerləşdilər.

Mündəricat

Ölümü və məzarı

Süleyman Şah Qayı boyundan bir neçə bəy ilə Cabere gedərkən Fərat çayında boğulub. Ölümündən sonra Caber qalasının Fərat çayı hövzəsinin şimalında (Türkiyəyə quş uçuşu 30 km qədər cənubda) bir günbəzdə dəfn olunub.

Məzarın yerləşdiyi region, Birinci Dünya müharibəsi sonrasında Suriya Osmanlı Dövlətindən ayrılanda, Fransız Suriya Mandatı sərhədləri içərisində qalmışdır. Ancaq Ankara müqaviləsi və Lozanna müqaviləsinə əsasən Türkiyənin torpağı sayılmışdır. Günümüzdə Süleyman Şahın məzarının yanında yerləşən türbəsində Türk əsgəri keşik çəkir.

Oğulları

Süleyman Şahın Sunqur Təkin, Gündoğdu, Dündar Bəy və Ərtoğrul Bəy adında dörd oğlu vardı. Sunqur Təkin və Gündoğdu, qəbilələri ilə birlikdə qədim yurdlarına qayıtdı. Dündar Bəy və Ərtoğrul Qazi, 400 çadırlık ailə efradıyla birlikdə yeni bir yurd axtarmaq üçün Pasin düzü ilə Sürməliçuxur bölgəsinə getdilər.

Türkiyə ordusunun “Şah Fırat” əməliyyatı

21 fevral 2015-ci tarixində Türkiyə silahlı qüvvələri xüsusi əməliyyatla Süleyman Şah türbəsini yeni əraziyə köçürdü.

Türkiyənin dövlət sərhədlərindən kənarda yerləşən yeganə ərazi vahidi (eksklav) olan,Suriya ərazisində yerləşən Süleyman Şah Türbəsini qoruyan hərbi birlik ötən gün xüsusi bir əməliyyatla Türkiyəyə gətirilib.

Türkiyə baş Qərargahının şərti olaraq “Şah Fırat” adı verdiyi əməliyyat nəticəsində türbədə xidmət edən, onu qoruyan 40 nəfərlik hərbçi qrup və Süleyman Şahın nəşi Türkiyəyə gətirilib.

Bu barədə baş nazir Əhməd Davudoğlu Twitter hesabında məlumat verib.

“Əcdadımızın əmanəti Süleyman Şahın nəşi Suriya ərazisindəki yeni məkanına müvəqqəti olaraq köçürülməsi üçün ölkəmizə gətirilib. Bu günə qədər böyük bir qürurla xidmət edən Süleyman Şah postunun hərbi xidmətçiləri də silahlı qüvvələrin “Şah Fırat” əməliyyatı ilə ölkəmizə qaytarılıb”.

Müdafiə naziri İsmət Yılmaz və baş qərargah rəisi Necdət Özəl də əməliyyat barədə ictimaiyyəti məlumatlandırıb. Məlum olub ki, ötən gecə saat 21 radələrində “Şah Fırat” şərti əməliyyat başladılıb. 39 tank, 57 zirehli maşın, 100 avtomobil və 572 hərbçinin iştirak etdiyi xilasetmə əməliyyatı 3,5 saat davam edib və gecə saat 00.30-da hərbçilər türbəyə çatıb.

Həmçinin bax

  • Qayı boyu
  • Osmanlı sülaləsi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Süleyman Şah haqqında məlumat. Süleyman Şah nədir? Süleyman Şah nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Nişan

  • Fevral 27, 2026

    Nadir Əhmədov

  • Fevral 24, 2026

    Doqana

  • Fevral 27, 2026

    Soğan

  • Fevral 27, 2026

    Mixail Kalinin

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst