Mixail Kalinin (7 (19) noyabr 1875, Verxnaya Troitsa[d], Tver quberniyası[d] – 3 iyun 1946[…], Moskva) — SSRİ dövlət xadimi.
| Mixail Kalinin | |
|---|---|
| rus. Михаи́л Ива́нович Кали́нин | |
| |
| 30 dekabr 1922 – 17 yanvar 1938 | |
| Əvvəlki | vəzifə təsis edilib |
| Sonrakı | vəzifə ləğv edilib |
| 17 yanvar 1938 – 19 mart 1946 | |
| Əvvəlki | vəzifə təsis edilib |
| Sonrakı | Nikolay Şvernik |
| 19 mart 1946 – 3 iyun 1946 | |
| 1 yanvar 1926 – 3 iyun 1946 | |
| 25 mart 1919 – 1 yanvar 1926 | |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 7 (19) noyabr 1875 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 3 iyun 1946[…] (70 yaşında) |
| Vəfat yeri | |
| Vəfat səbəbi | kolorektal xərçəng |
| Dəfn yeri |
|
| Partiya |
|
| Fəaliyyəti | siyasətçi, müəllim, mühəndis |
| Dini | ateizm |
| Hərbi xidmət | |
| Döyüşlər |
|
| | |
| Təltifləri | |
![]() | |
Həyatı
Kəndli ailəsində doğulmuşdur. Əmək fəaliyyətinə 1893-cü ildə Peterburqda başlamışdır. 1896-cı ildən Putilov zavodunda (Peterburq) tornaçı işləmiş, marksist dərnəyi yaratmışdır. 1900-cü ilin aprelində Tbilisiə sürgün olunmuşdur (oraya gedərkən yolüstü Bakıya gəlmiş, Balaxanıda gizli yığıncaqda iştirak etmişdir.). Həmin ildə həbs olunub Metex qalasına salınmış, 1901-ci ildə Revelə (indiki Tallin) sürgün edilmişdir. Leninçi "İskra"nın agenti və müxbiri idi. 1905-ci ildə Putilov zavodunun bolşevik təşkilatına başçılıq etmiş, 1906-cı ildə RSDFP Peterburq Komitəsinin üzvü seçilmiş, partiyanın 4-cü qurultayının nümayəndəsi olmuşdur. 1908–1910-cu illərdə Moskvada, 1911–1912-ci illərdə Peterburqda işləmiş, RSDFP Peterburq Komitəsinin tərkibinə daxil olmuş, Vıborq rayonunun partiya təşkilatına rəhbərlik etmişdir. Oktyabr inqilabından sonra Petroqrad şəhər bələdiyyəsinin başçısı, 1918-ci ildə şəhər təsərrüfatı komissarı vəzifələrində işləmişdir. 1922-ci ildən SSRİ MİK-in sədri, 1938–1946-cı illərdə SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri olmuşdur. Qızıl meydanda dəfn edilmişdir.
Adlar və mükafatlar
- Sosialist Əməyi Qəhrəmanı (1944)
- "Qırmızı Əmək Bayrağı" Ordeni
- 3 dəfə "Lenin Ordeni"
Filmoqrafiya
- M. İ. Kalininin Bakıya səfəri (film, 1923) (Qısametrajlı Sənədli Film)
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Mixail Kalinin haqqında məlumat. Mixail Kalinin nədir? Mixail Kalinin nə deməkdir?

