Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Yorklu Sesilya (ing. Cecily of York; 20 mart 1469, Vestminster sarayı, Böyük London regionu[d] – 24 avqust 1507, Sandaun[d], Cənub-Şərqi İngiltərə[d]) — İngiltə

Yorklu Sesilya

  • Ana Səhifə
  • Vikipediya
  • Yorklu Sesilya

Yorklu Sesilya (ing. Cecily of York; 20 mart 1469, Vestminster sarayı, Böyük London regionu[d] – 24 avqust 1507, Sandaun[d], Cənub-Şərqi İngiltərə[d]) — İngiltərə kralı IV Eduardın və Elizabet Vudvilin qızı.

Yorklu Sesilya
ing. Cecily of York
Şəxsi məlumatlar
Doğum tarixi 20 mart 1469(1469-03-20)
Doğum yeri
  • Vestminster sarayı, Vestminster borosu, Böyük London, Böyük London regionu[d], İngiltərə
Vəfat tarixi 24 avqust 1507(1507-08-24) (38 yaşında)
Vəfat yeri
  • Sandaun[d], Vayt adası, Cənub-Şərqi İngiltərə[d], İngiltərə
Fəaliyyəti əsilzadə
Atası IV Eduard
Anası Elizabet Vudvil
Ailəsi York sülaləsi
Dini katolisizm
Təltifləri Bant ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Atasının ölümü və əmisi III Riçardın taxtı ələ keçirməsindən qısa müddət sonra, 14 yaşlı Anna mərhum kral IV Eduardın Elizabet Vudvildən doğulan digər övladları kimi qeyri-məşru elan olundu. Övladlarının canını qorumaq istəyən sabiq kraliça övladlarını sabiq kralın ailəsinin sığındığı Vestminster Abbadlığına yolladı. Bir ilə yaxın burada yaşayan uşaqlar, III Riçardın qardaşı uşaqlarının can təhlükəsizliyinə təminat verməsinin ardından azadlığa çıxarıldı. Böyük bacılarıyla birlikdə əmisinin himayəsində saraya göndərildi. Kiçik bacıları Brijit və Ketrin isə azyaşlı olmaları səbəbilə analarıyla qaldılar. Çox keçmədən III Riçardın bu qızlardan Elizabet və ya Sesilya ilə evlənəcəyi şayələri yayıldı. Ancaq III Riçard Sesilyanı əsilzadə olmayan öz tərəfdarlarından Ralf Skropla evləndirdi.

III Riçardın ölümü və Henri Tüdorun hakimiyyəti ələ almasının ardından, IV Eduardın övladlarının qeyri-məşru olmasıyla bağlı yazılan qanun ləğv edildi. VII Henri Sesilyanın ən böyük bacısı Elizabetlə evləndi. Üstəlik Sesilyanın da evliliyi kral tərəfindən qəbul olunmadı və cütlük boşandı. Sesilya bu dəfə 1488-ci ildə kralın anası Leydi Marqarita Byufortun vasitəçiliyi ilə kralın ögey dayısı Uelles vikontu Con Uelleslə evləndirildi. Bu nigahdan cütlüyün 2 qızı dünyaya gəlsə də, 1499-cu ildə ərinin ölümüylə dul qaldı.

Bundan bir neçə il sonra isə kralın icazəsi olmadan, Linkolnşirli bir torpaq mülkədarı olan Sör Tomas Kymlə evləndi və bu nigahından da 2 övladı dünyaya gəldi. Ancaq onun bu nigahı və bu nigahdan doğulan övladları saray tərəfindən qəbul edilmədi və mərhum ərinin mirasından məhrum edildi. Buna baxmayaraq kralın anası Leydi Marqarita Byufortla münasibətləri heç vaxt pozulmadı. Hətta 1507-ci ildə vəfat etdikdən sonra cənazə xərclərinin bir hissəsi məhz onun tərəfindən qarşılandı.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Yorklu Sesilya haqqında məlumat. Yorklu Sesilya nədir? Yorklu Sesilya nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Teon Smirnalı

  • Fevral 27, 2026

    Cahangir Mirzə

  • Fevral 27, 2026

    Vasili Bartold

  • Fevral 25, 2026

    Aişə Qəzzafi

  • Fevral 27, 2026

    Qadjet

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst