Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Vasili Vladimiroviç Bartold (3 (15) noyabr 1869, Sankt-Peterburq – 19 avqust 1930[…], Leninqrad) — şərqşünas, türkoloq, tarixçi, akademik, rus şərqşünaslıq məkt

Vasili Bartold

  • Ana Səhifə
  • Vikipediya
  • Vasili Bartold

Vasili Vladimiroviç Bartold (3 (15) noyabr 1869, Sankt-Peterburq – 19 avqust 1930[…], Leninqrad) — şərqşünas, türkoloq, tarixçi, akademik, rus şərqşünaslıq məktəbinin banilərindən biri.

Vasili Bartold
Vasili Vladimiroviç Bartold
Doğum tarixi 3 (15) noyabr 1869(1869-11-15)
Doğum yeri
  • Sankt-Peterburq, Rusiya imperiyası
Vəfat tarixi 19 avqust 1930(1930-08-19)[…] (60 yaşında)
Vəfat yeri
  • Leninqrad, RSFSR, SSRİ
Dəfn yeri
  • Smolensk lüteran qəbiristanlığı[d]
Elm sahələri şərqşünaslıq, türkologiya, İslamşünaslıq, tarix, arxivşünaslıq, filologiya
Elmi dərəcəsi Tarix elmləri doktoru
Elmi adları Professor, akademik
İş yerləri
  • Sankt-Peterburq Dövlət Universiteti,
  • Rusiya Milli Kitabxanası (1927–1930)
Təhsili
  • Sankt-Peterburq Dövlət Universiteti,
  • Sankt-Peterburq Dövlət Universitetinin Şərqşünaslıq fakültəsi[d]
Tanınmış yetirmələri İqnati Kraçkovski
Üzvlüyü
  • Rusiya Elmlər Akademiyası,
  • SSRİ Elmlər Akademiyası,
  • Peterburq Elmlər Akademiyası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Vasili Vladimiroviç Bartold 3 noyabr 1869-cu ildə Sankt-Peterburq şəhərində anadan olmuşdu. O, Peterburq Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olmuş və 1891-ci ildə oranı bitirmişdir. Həmin ildə də elmi – pedaqoji fəaliyyətə başlamışdır.

Vasili Vladimiroviç Bartold 1930-cu il avqust ayının 19-da Sankt-Peterburq şəhərində vəfat etmişdir.

Yaradıcılığı

  • Yaxın və Orta Şərq xalqlarının tarixi, coğrafiyası, mədəniyyəti, ədəbiyyatı və dininə aid 400-dən çox əsəri vardır.
  • Bartold rus şərqşünaslıq məktəbinin banilərindəndir.
  • 1899-1900-cü illərdə yaratdığı "Türküstan monqol istilası dövründə" əsərinə görə ona "Şərq tarixi üzrə "doktor" elmi dərəcəsi verildi.
  • Bartold islam dini tarixinə dair əsərlərində ərəb və qərbi Avropa alimlərinin islam dininə münasibətlərinə tənqidi yanaşaraq, islam dini haqqında geniş material toplayıb, dinin yaranması və yayılması tarixi haqqında yeni görüşlərini ortaya qoymuşdur.
  • Bartold qədim slavyanlardan yazan ərəb müəlliflərinin əsərləri üzərində yorulmadan və məhsuldar işləmişdir.
  • 1917-ci ildən isə "Müsəlman dünyası" jurnalını nəşr etdirmişdir.
  • 1924-cü ildə Azərbaycan Dövlət Universitetində "Türk-tatar xalqları tarixi" kursundan mühazirələr oxuyub.
  • 1926-cı ilin martında Bakıda keçirilən I Ümumittifaq Türkoloji qurultayda da iştirak etmişdir.
  • “Türküstan  monqol  istilası dövründə” (2 cilddə, 1898-1900), “Avropa və Rusiyada Şərqin öyrənilməsi tarixi” (1911, 2-ci nəşr 1925), “Uluqbəy və onun dövrü” (1918), “İslam” (1918), “Türküstan tarixi” (1922), “Müsəlman aləmi” (1922), “İran. Tarixi icmal” (1926) və s. əsərləri vardır.
  • Onun bir çox əsəri ingilis, alman, türk və s. dillərə tərcümə edilmişdir.
  • “İslam” ensiklopediyasında dərc olunmuş bir sıra məqalənin müəllifi olmuşdur. Azərbaycan tarixi, folkloru və ədəbiyyatı haqqında tədqiqatları var.
  • 1950-ci ildə Azərbaycan EA Nizami adına Ədəbiyyat və Dil İnstitutu Bartoldun rus dilinə tərcümə etdiyi "Dədə Qorqud" dastanını çap etdirmişdir.

Əsərləri

  • Müsəlman dünyası tarixində Xəzəryanı bölgələrin yeri [Mətn] /V.V.Bartold.- Bakı: Elm, 1999.-159 s.
  • Книга Моего Деда-Коркута [Текст]: Огузский героический эпос /В.В.Бартольд.- Бaку, 1999, 319 с.
  • "О христианстве в Туркестане в домонгольский период" ("Записки Восточного Отдела Императорского Русского Археологического Общества", т. VIII (1893 — 94), немецкий перевод: "Zur Geschichte des Christentums in Mittel-Asien bis zur mongolischen Eroberung" (Тюбинген, 1901);
  • "Образование империи Чингисхана" ("Записки Восточного Отдела", т. X, 1896);
  • "Отчет о поездке в Среднюю Азию в 1893 — 94 годах" (СПб., 1897, и "Записки Академии Наук", историко-филологический отдел, 8- я серия, т. I, № 4);
  • "Очерк истории Семиречья" ("Памятная книжка Семиреченской области", т. II, Верный, 1898);
  • "Отчет о командировке в Туркестан" ("Записки Восточного отдела Археологического Общества", т. XV, 1902 — 03);
  • "Историко-географический обзор Ирана" (СПб., 1903, университетский курс);
  • "Сведения об Аральском море и низовьях Амударьи с древнейших времен до XVII века" (Ташкент, 1902); немецкий перевод: "Nachrichten uber den Aralsee und den unteren Lauf des Amu-Darja" (Л., 1911); "Zur Geschichte der Saffariden" ("Orientalische Studien", I, 1906);
  • "О некоторых восточных рукописях в библиотеках Константинополя и Каира" ("Записки Восточного Отдела", т. XVIII, 1908);
  • "Обзор деятельности факультета 1855—1905 годов" ("Материалы для истории факультета восточных языков", т. IV, 1909);
  • "К истории Мерва" ("Записки Восточного Отдела", т. XIX, 1909), 24 c. ;
  • "Персидская надпись на стене Анийской мечети Мануче" ("Анийская серия", № 5, 1911);
  • "История изучения Востока в Европе и в России" (СПб., 1911, университетский курс). 2017-04-20 at the Wayback Machine
  • "Из прошлого турок". Пг., 1917;
  • "История изучения Востока в Европе и России". Л., 1925;
  • "Иран: Исторический обзор". Ташкент, 1926, 123 c.
  • "История культурной жизни Туркестана". Л., 1927, 256 c
  • "Киргизы: Исторический очерк". Фрунзе, 1927
  • Сочинения [Текст]: в 9 т. /В.В.Бартольд.- М., 1963 -1977.
  • Тюрки. Двенадцать лекций по истории турецких народов Средней Азии

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Vasili Bartold haqqında məlumat. Vasili Bartold nədir? Vasili Bartold nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Gennadi Ayqi

  • Fevral 26, 2026

    Samuel Adams

  • Fevral 27, 2026

    Levaşi rayonu

  • Fevral 27, 2026

    Şükriyyə Axundzadə

  • Fevral 27, 2026

    Cəmiyyət adaları

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst