Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Faydalı qazıntılar — insanların təbiətdən əldə edərək, sənayedə və məişətdə effektli istifadə etdiyi kimyəvi maddələr və qiymətli daşlar.

Faydalı qazıntılar

  • Ana Səhifə
  • Vikipediya
  • Faydalı qazıntılar

Faydalı qazıntılar — insanların təbiətdən əldə edərək, sənayedə və məişətdə effektli istifadə etdiyi kimyəvi maddələr və qiymətli daşlar.

Faydalı qazıntı axtarmağın tarixi 12 −15 min il əvvələ qədər uzanır. Yer qabığında 88 kimyəvi element mövcuddur. Bu kütlədə oksigenin payı 47, silisium −27, alüminium −8, dəmir −5, kalsium −5, natrium, maqnezium və kalium 2–2,7 faiz təşkil edir.

4 elementin (titan, fosfor, manqan, hidrogen) payı 1% və digər 76 elementlərin payı cəmi 0,41% -dir. Bu kimyəvi elementlər yer qabığında sərbəst kristallokimyəvi sistem –bərk minerallar yaradır. Minerallar – təbii və süni yaranan dayanıqlı kimyəvi birləşmələrdir.

Minerallar birlikdə dağ süxurlarını (dunitləri, piroksenləri, qabbronu, bazaltları, dioritləri, qranatları, qranodioritləri və s.) təşkil edirlər.

Dağ süxurlarından daha dərin, maqma ilə əlaqədar olan dunitlər və piroksenlər sayılır ki, onunla almaz, xromit, qızıl, platin, nikel yataqları; qabbroidlərlə — dəmir, nikel titan, vanadium, mis; diorit, qranodioritlərlə — mis, molibden, volfram; qranitlərlə nadir metallar (qalay, volfram, beril, litium, tantal, uran və s.) yataqları ilə əlaqədardır.

Kreyter sxemi

Dünyada sənaye tələbatına görə faydalı qazıntı yataqlarının "Kreyter sxemi" deyilən bir sxemi qəbul olunub; bu sxem aşağıdakı şəkildədir:

  • mineral yanacaq (kömür, neft, qaz, torf və s.)
  • qara metal filizləri (dəmir, titan, manqan, xrom və s.)
  • əlvan metal filizləri (sink, qurğuşun, qalay, alüminium, civə, sürmə və s.)
  • qiymətli (nəcib) metal filizləri (qızıl, platin, və s.)
  • nadir metal və səpinti elementlər (litium, beril, tantal, sirkonum, stronsium, molibden, volfram və s.)
  • kimya sənayesi üçün filizlər (daş duz, apatit, kükürd, flüorit və s.)
  • sənaye xammalı filizləri (almaz, asbest, talk, muskovit, qrafit, abraziv qranat və s.)
  • flüslər, metallurgiya sənayesi üçün odadavamlı xammal və dulusçuluq istehsalı üçün xammal (əhəngdaşı, dolomitlər, gillər, kvars, çöl şpatı, olivin, kalsit, diatomit və s.)
  • tikinti materialları (but və üzlük daşlar, çınqıl, qravi, qum, gil, əhəngdaşı və s.)
  • qiymətli və zərgərlik daşları (ametist, qranat, kvars, peqmatitlər və s.)
  • içməli və mineral sular.

Qeyd olunan sxemdə göstərilən yataqların demək olar ki, hamısı Azərbaycanda vardır. Ümumiyyətlə, Azərbaycan ərazisinin geoloji quruluşu, strukturu, maqmatizmi, çökmə və metasomatik süxur kompleksləri mürəkkəb və müxtəlifdir. Məhz bununla əlaqədar olaraq, Azərbaycan müxtəlif struktur –metallogenik zonalarda yerləşmiş bir sıra faydalı qazıntılarla zəngindir. Bu bölgədə dəmir, mis-kolçedan , alunit, kobalt, barit, qızıl və s. filizlərin, mərmər, pirofillit, kaolinit, qabbroidlər, qranitoidlər, qranodiorit, əhəngdaşı kimi tikinti və üzlük daşı süxurların yataqları mövcuddur. Bu yataqlarda filizlər içərisində 200-ə yaxın minerallara rast gəlinir. Bunlardan maqnetit, qranat, epidot, piroksen, aktinolit, obsidian, xlorit, kalsit, kvars, hematit və sulfidləri (pirit, xalkopirit və s.) göstərmək olar. Bu minerallardan ametist, qranat kimi qiymətli daşları, dağ bülluru, pirop, almandın, andaratit kimi zərgərlik daşlarını xüsusi ilə qeyd etmək olar.

Bəzi minerallar özun xüsusiyətlərinə görə adlandırılmişdir. Məsələn, almaz –bərk, kianit –mavi, rubin –qırmızı, barit –ağır, talk –yağlı, piroksen –odlu qonaq, aktinolit –iki şüalı və s. bəzi menirallar tapıldığı yerlərin adları ilə: muskovit –Moskvada, amazonit –Amazoniyada, daşkəsənit –Daşkəsəndə və s. bəzi minerallar isə müalicəvi və qoruyucu olduğuna görə: nefrit –böyrək xəstəliyi, ametist –sərxoşluqdan qoruyan; bəziləri isə tərkibinə görə: qalenit –qurğuşun, kuprit –mis və s. adlandırılıb.

Həmçinin bax

  • Azərbaycanda qeyri-ənənəvi yanar faydalı qazıntılar

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Faydalı qazıntılar haqqında məlumat. Faydalı qazıntılar nədir? Faydalı qazıntılar nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Barselona FK

  • Fevral 27, 2026

    Əliağa Vahid

  • Fevral 25, 2026

    Adıgeylər

  • Fevral 27, 2026

    Naan

  • Fevral 27, 2026

    Əli Məsimov

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst