Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Materik Çini və ya Qitə Çini (çin. 中国大陆| Pinyin: zhōngguó dàlù) — Çin Xalq Respublikasının birbaşa nəzarəti altında olan əraziləri bildirmək üçün istifadə edilə

Materik Çini

  • Ana Səhifə
  • Vikipediya
  • Materik Çini

Materik Çini və ya Qitə Çini (çin. 中国大陆| Pinyin: zhōngguó dàlù) — Çin Xalq Respublikasının birbaşa nəzarəti altında olan əraziləri bildirmək üçün istifadə edilən termindir. Bu ərazilərə Honqkonq və Makao xüsusi inzibati rayonları, və həmçinin Tayvan daxil deyil.

1: Materik Çini, Tayvan (göy dördbucaq), Honqkonq (qırmızı dördbucaq) və Hainan (bənövşəyi sərhəd).
2: Honqkonq və Makao (yaşıl) və onların Materik Çini (sarı) ilə sərhədləri.
3: Tayvan və onun Materik Çini ilə dəniz sərhədləri.

Bu hüquqi və siyasi anlayışdır. Lakin, bəzən sırf coğrafi mənada da işlənilir. Məsələn, Haynan adasının xüsusi statusu yoxdur, lakin onun coğrafi mənada Materik Çindən Haynan boğazı tərəfindən ayrılmış olduğundan yazılır.

Tarixi

Çində vətəndaş müharibəsinin sonunda, 1949-cu ildə, Çin Kommunist Partiyası (ÇKP) ilə Çin Xalq Azadlıq Ordusu qalib gələrək Homindan və Milli İnqilabi Ordusunu məğlub ediblər. Buna görə, Homindan Çin Respublikasının institutlarını (o cümlədən, hökumətini) Tayvana köçürməyə məcbur olub. Tayvan adası Yaponiyanın kapitulyasiyasından sonra, 1945-ci ildə Homindana hökumətinə verilmişdi. 1949-cu ilin oktyabrın 1-də Çin Xalq Respublikası təsis olandan bəri, onun ÇKP idarə etdiyi hökuməti özünü bütöv Çinin yeganə qanuni hökuməti olaraq sayır. Eyni zamanda, Tayvanda yerləşən Çin Respublikasının hökuməti özünü bütün Çinin qanuni hökuməti sayır və idarə etdiyi ərazilərini Çin Respublikasının azad ərazisi (çin. 中華民國自由地區) adlandırır. Beləliklə, bu iki hökumət beynəlxalq aləmdə "Çin hökuməti" kimi tanınmaq üçün rəqabət başlayıblar. Halbuki, Tayvanın demokratikləşməsindən sonra, Tayvan azadlığı hərəkatı populyarlaşması nəticəsində, orda Çin Xalq Respublikasının sadəcə "Çin" şəkildəki adlanması daha çox yayılmışdı.

Honqkonq ilə Makao ÇXR-ın 1949-cu ildəki təsisi zamanı xarici dövlətlərin koloniyaları olduqlarına görə, onlar Materik Çini anlayışına daxil deyil. 1997 və 1999-cu illərdə Çin Xalq Respublikasının nəzarəti altına keçmiş Honkonq və Makao Den Syaopinin bir ölkə, iki sistem siyasəti əsasında Çinin xüsusi inzibati bölgələri statusuna malik olub başqa bir siyasi və iqtisadi sistemə malikdirlər və bu səbəbə görə Materik Çinin tərkibinə daxil edilmirlər.

Anlayışın rəsmi istifadəsi

ÇXR-nın giriş və çıxış idarəçiliyi qanunuda (çin. 中华人民共和国出境入境管理法) bu cür iki anlayış var:

  • Qitə (çin. Dàlù 大陆; 大陸).
  • Daxili torpaq (çin. Nèidì 内地; 內地). Bu anlayış Honkonq və Makao ərazilərinə aid deyil.

Birinci termin Bir Çin siyasətini vurğulamaq üçün, söhbət ÇXR ilə Tayvan münasibətləri haqqında gedəndə işlənilir. ÇXR hökuməti jurnalistlərə tapşırır ki, bu münasibətləri müzakirə edəndə, Tayvan ilə "qitə" (Dàlù) sözləri işlədilsin. Söhbət Honkonq və Makao haqqında gedəndə isə, ÇXR hökuməti özünü ingilis dilində "Mərkəzi Halq Hökuməti" (ing. Central People’s Government) adlandırır. Daxili torpaq (Nèidì) anlayışı ÇXR-də, Materik Çinin bölgələrdən xaric olan ərazilər mənasını daşıyan "sərhəddən xaric" (çin. 境外) anlayışı ilə birgə işlənilir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Materik Çini haqqında məlumat. Materik Çini nədir? Materik Çini nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Yunus peyğəmbər

  • Fevral 24, 2026

    17 sentyabr

  • Fevral 22, 2026

    Rumın dili

  • Fevral 27, 2026

    Niko Rosberq

  • Fevral 27, 2026

    Canni İnfantino

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst