Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Vilyam Hoqart (ing. William Hogarth; 10 noyabr 1697[…], London[…] – 26 oktyabr 1764[…] və ya 25 oktyabr 1764, London[…]). İngilis rəssamı, qravürçü, satirik rəs

Vilyam Hoqart

  • Ana Səhifə
  • Vikipediya
  • Vilyam Hoqart

Vilyam Hoqart (ing. William Hogarth; 10 noyabr 1697[…], London[…] – 26 oktyabr 1764[…] və ya 25 oktyabr 1764, London[…]). İngilis rəssamı, qravürçü, satirik rəssam, sosial tənqidçi, karikaturist. Hoqartın yaradıcılığı realistik portretdən komikslərə qədər dəyişir. Onun üslubunda çəkilmiş satirik siyasi illustrasiyalar çox vaxt "Hoqartian" adlandırılır.

Vilyam Hoqart
William Hogarth
Avtoportret, 1745
Avtoportret, 1745
Doğum tarixi 10 noyabr 1697(1697-11-10)[…]
Doğum yeri
  • London, İngiltərə krallığı[…]
Vəfat tarixi 26 oktyabr 1764(1764-10-26)[…] (66 yaşında) və ya 25 oktyabr 1764(1764-10-25) (66 yaşında)
Vəfat yeri
  • London, İngiltərə, Böyük Britaniya krallığı[…]
Fəaliyyəti rəssam, karikaturçu, illüstrasiyaçı[d], rəssam-qravürçü[d], boyakar[d], qravüraçı, incəsənət nəzəriyyəçisi[d]
Janrlar tarix rəssamlığı, portret, karikatur, janr rəssamlığı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı və yaradıcılığı

Hoqart Londonda kasıb latın dili müəllimi Riçard Hoqart və Anna Gibbonsun ailəsində dünyaya gəlib. Gənclik illərində Ellis Gambl adlı qravürçünün yanında şagirdlik edib və orada rokoko stili ilə tanış olub. 1720-ci ildə öz kiçik qravür emalatxanasını açır.

1727-ci ildə Hoqart, qobelen ustası Coşua Morris tərəfindən Yer elementi üçün dizayn hazırlamağa dəvət olunur. Morris, onun "rəssam yox, qravürçü" olduğunu eşidir və nəticədə iş bitdikdən sonra ondan imtina edir. Hoqart da öz növbəsində Vestminster Məhkəməsində Morrisə qarşı iddia qadırır və məhkəmə Hoqartın xeyrinə qərar çıxardır.

İlk satirik əsəri Cənub Dənizi Şirkəti illustrasiyası (1721) 1720-ci ildə ekonomik çökməyə səbəb olan "cənub dənizi balonu" kimi tanınan və ingilislərin çoxlu miqdarda pul itirməsinə səbəb olan hadisə haqqındadır. Onun ilk işlərinə, həmçinin, Lotereya (1724), Britaniya səhnəsinə qərəzsiz baxış (1724), Maskarad və Operalar (1724) və s. aiddir. Maskarad və Operalar isveçrə impresariosu Con Ceyms Heydeqer, italyan opera ifaçıları, Riçard Boylun himayədarı rəssam və memar Vilyam Kentin şişirdilmiş məşhurluğu haqqında satiradır.

1726-cı ildə Hoqart, şair Samuel Batlerin Hyudobras poeması üçün 12 böyük qravür hazırladı. Bu qravürlər Hoqartın əsərlərinin içində ən çox qiymətləndirilənlərdəndir.

İsrafçının Tərəqqisi
Dəbli Toy

Sonrakı illərdə Hoqart sujetli rəsmlərə diqqətini yönəldir. Hoqartın 1728 – 1732-ci illərdə yağlı boya ilə çəkilmiş rəsmləri arasında Faunteyn ailəsi, Uansted Evində yığıncaq və s. var. Hoqart aşağı təbəqənin səfil həyatı mövzusuna da müraciət edib. Qatil Sara Malkolmun edamından 2 gün əvvəl çəkdiyi eskizləri buna misal göstərmək olar.

Həmin dövrdə onun ən yaxşı əsərlərindən biri Con Draydenin Hindu imperator və ya Meksikanın fəthi səhnəciyində ifa edən uşaqlarn təsviri ortaya çıxır.

Hoqart bir çox əsərlərini 1730-cu illərdə yaratmışdır : Gecəyarısı Müasir Söhbət (1733), Yatmış Yığıncaq (1736), Əvvəl və Sonra (1736), Alimlər Leksiyada (1736), Fəlakətlər Şairi (1736), Günün Dörd Anı (1738), Səyahətçi Aktrisaların Anbarda Geyinməsi (1738) və s.

Fahişənin Tərəqqisi

Bu əsərlərdən əlavə 1730–31-ci illərdə Hoqart onun tanınmasında əsas rol oynayan Fahişənin Tərəqqisi və İsrafçının Tərəqqisi kolleksiyalarını yaratdı. 6 səhnədən ibarət olan Fahişənin Tərəqqisi qravür kimi nəşr olunmazdan əvvəl rəsm kimi ortaya çıxdı. Fahişənin tərəqqisi kolleksiyasının orijinalı 1755-ci ildə Fonthill Evində yanğın zamanı məhv olur

İsrafçının Tərəqqisi

8 rəsmdən ibarətdir və bütün pulunu dəbdəbəli həyata, fahişələrin xidmətinə və qumara sərf edən varlı tacirin oğlu Tom Reykuellin ləyaqətsiz həyatı haqqındadır — onun həyatı Bedlam xəstəxanasında sona çatır. İsrafçının Tərəqqisi kolleksiyası Londonda Ser Con Soun Muzeyində nümayiş olunur.

Dəbli Toy

1743–45-ci illərdə ortaya çıxıb. Kolleksiya 6 rəsmdən ibarətdir və London Milli Qalereyasında saxlanılır. Hoqart, rəsmlərdə XVIII əsrin yuxarı təbəqəsini tənqid edir, pula hesablanmış tələsik nikahın faciəvi nəticəsi barəsində xəbərdarlıq edir.

"Cənub Dənizi Şirkəti illustrasiyası"
"Maskarad və Operalar"

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Vilyam Hoqart haqqında məlumat. Vilyam Hoqart nədir? Vilyam Hoqart nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Portuqaliyalı İzabella

  • Fevral 27, 2026

    Ader burnu

  • Fevral 23, 2026

    7 fevral

  • Fevral 27, 2026

    Yanacaq-energetika sənayesi

  • Fevral 27, 2026

    ABŞ Konstitusiyası

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst