Bako Sahaki Sahakyan (erm. Բակո Սահակյան, 30 avqust 1960, Stepanakert) — Birinci Qarabağ müharibəsi iştirakçısı, Qondarma Dağlıq Qarabağ Respublikasının 3-cü prezidenti. Xocalı soyqırımında iştirak etmişdir. İlk dəfə 19 iyul 2007-ci ildə prezident seçilib. 19 iyul 2012-ci ildə ikinci dəfə beş il müddətinə yenidən seçilib, təxminən üçdə iki səs toplayıb. 2017-ci ildə üç il müddətinə dolayı olaraq yenidən seçildi. İki dəfə beş il müddətinə prezident postunu tutan Arkadi Qukasyanın əvəzinə Saakyan gəldi.
| Bako Saakyan | |
|---|---|
| erm. Բակո Սահակի Սահակյան | |
| |
| 7 sentyabr 2007 – 21 may 2020 | |
| Əvvəlki | Arkadi Qukasyan |
| Sonrakı | Arayik Harutyunyan |
| 1999 – 2001 | |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 30 avqust 1960 (65 yaş) |
| Doğum yeri |
|
| Partiya |
|
| Fəaliyyəti | siyasətçi, hərbi qulluqçu |
| Həyat yoldaşı | Anahit Saakyan |
| Dini | Erməni Həvari kilsəsi |
| Hərbi xidmət | |
| Qoşun növü | Sovet Ordusu, Qondarma Dağlıq Qarabağ Müdafiə Ordusu |
| Döyüşlər | Birinci Qarabağ müharibəsi |
| Rütbəsi | |
| | |
| Təltifləri | |
| president.nkr.am/ru/home/ | |
Həyatı
Saakyan 1960-cı ildə Azərbaycan SSR-nin Xankəndi şəhərində anadan olub. Sovet ordusunda xidmət etdikdən sonra Xankəndi fabrikində doqquz il işləmişdir. 1990-cı ildə Dağlıq Qarabağ Müdafiə Ordusuna qoşuldu və bu vəzifədə komandir müavini oldu. 1999-cu ildə Qondarma Dağlıq Qarabağ Respublikasının Daxili İşlər naziri seçilib. 2001-ci ildən 2007-ci ilin iyununa qədər Dağlıq Qarabağın təhlükəsizliyinə rəhbərlik etmiş, 2007-ci ildə Dağlıq Qarabağda keçiriləcək prezident seçkilərində iştirak etmək üçün istefa vermişdi. 2023-cü il oktyabr ayının 3-də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılaraq Bakıya gətirilmişdir.
2026-cı ilin fevralında 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Bako Saakyan haqqında məlumat. Bako Saakyan nədir? Bako Saakyan nə deməkdir?
