Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şarl Kulon (fransızca: Charles de Coulomb; 14 iyun 1736[…], Anqulem, Fransa – 23 avqust 1806[…], Paris, Fransa) – fransız hərbi mühəndisi, fizika alimi. O, yükl

Şarl Kulon

  • Ana Səhifə
  • Vikipediya
  • Şarl Kulon

Şarl Kulon (fransızca: Charles de Coulomb; 14 iyun 1736[…], Anqulem, Fransa – 23 avqust 1806[…], Paris, Fransa) – fransız hərbi mühəndisi, fizika alimi. O, yüklənmiş cisimlərin, həm də maqnitlərin qütblərinin qarşılıqlı təsirini öyrənmiş, sürtünmə qüvvələrini tədqiq etmişdir. Elektrik yükünün vahidi və elektrik yüklərinin qarşılıqlı cazibə qüvvəsi qanunu onun şərəfinə adlandırılmışdır.

Şarl Kulon
fr. Charles-Augustin de Coulomb[…]
Doğum tarixi 14 iyun 1736(1736-06-14)[…]
Doğum yeri
  • Anqulem, Fransa
Vəfat tarixi 23 avqust 1806(1806-08-23)[…] (70 yaşında)
Vəfat yeri
  • Paris, Fransa
Elm sahələri elektromaqnetizm[d]
Təhsili
  • Dörd Millət Kolleci[d]
Üzvlüyü
  • Polşa Elmlər Akademiyası[d],
  • Fransa Elmlər Akademiyası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tərcümeyi halı

Şarl Kulon 14 iyun 1736-cı ildə Anqulem şəhərində, dövlət məmuru ailəsində anadan olmuşdur. Saray əyanları üçün nəzərəd tutulan, o dövrün ən tanınmış məktəbində "Dörd millət kolleji"ndə ("Mazarani" kolleci) təhsil almışdır. Bu məktəbi bitirdikdən sonra 1760-cı ilin fevralında imtahan verərək, XVIII əsrin ən yaxşı məktəblərindən olan Mezyeredəki hərbi-mühəndis məktəbinə daxil olur. Həmin məktəbi 1761-ci ildə bitirir və leytenant rütbəsini alır. Bundan sonra o Brest şəhərinə göndərilir. Orada o kartoqrafik işlərlə məşğul olur. Sonra bir neçə il Kulon Fransaya mənsub olan, Martinka adalarında yerləşən hərbi-mühəndis hissələrdə xidmət edir. Bir neçə dəfə ağır xəstələnir. Sağlamlığına görə Fransaya geri qayıdır və La-Roşelidə xidmət edir. 1781-ci ildə əsası olaraq Parisə gəlir və burada su və fontan layihələrinə rəhbərlik edir. Həmin ildə o Fransız elmlər akademiyasına üzv seçilir. 1781-ci ildə inqilab başlayandan sonra o istefaya gedir və Bluaya öz malikanəsinə köçür və vaxtını sınaqlara həsr edir.

İnqialbdan sonra Elmlər akademiyası onu dəfələrlə Parisə ölçü və kütlələrin təyinində iştirak etməyə dəvət edir. Kulon milli istitutut dəyişən ilk üzv olur. 1782-ci ildə o ictimai tikililər üzrə inspektor təyin edilir. Amma hərbi xidmət zamanı aldığı sağlamlıq problemləri alimə bu işdə özünü göstərməyə imkan vermir.

Kulon 23 avqust 1806-cı ildə Parisdə vəfat edir. Onu adı Eyfel qülləsinin birinci mərtəbəsində yerləşən, Fransanın dahi alimləri siyahısna daxilib edilib.

Elmi fəaliyyəti

Hələ 1770-ci illərin əvvəllərində, Martinikidən qayıdanda, Kulon aktiv olaraq elmi tədqiqat işləri ilə məşğul olmağa başlayır. O texniki mexanika haqqında elmi işlər çap etdirir (tikililərin statikası, külək dəyirmanlarınınn nəzəriyyəsi, sapların burulmasının mexaniki aspektləri və s.). Kulon burulma qanununu formulə edir, o həmçinin sonradan elektrik və maqnit qüvvələrinin qarşılıqlı təsirini ölçmək üçün tətbiq etdiyi burulan tərəziləri ixtira edir.

1773-cü ildə o materila qoyulan normal gərginliyin qiymətindən asılı olaraq yaranan toxunan gərginlikləri təsvir edən, Mor-Kulon nəzəriyyəsinin əsası təsvir edən elmi işi işıq üzü görür. 1781-ci ildə sürüşmə və yırğalanma nəzəriyyəsini təsvir edir və quru sürtünmənin tərifini verir.

1785–1789-cu illər arasında yeddi memuar çap etdirir. Bu işlərində o elektrik yüklərinin və maqnit qütblərinin qarşılıqlı təsiri (Kulon qanunu), həmçinin naqilin səthində elektrik yüklərinin paylanma qanunauyğunluqlarını təsvir etmişdir. Maqnit momenti və yüklərin qütbləşməsi mövhumunu elmə daxil etmişdir.

1789-cu ildə sürüşmə sürtünməsinin nzəriyyəsi işi çap olunur (Théorie des machines simples, en ayant égard au frottement de leurs parties et à la roideur des cordages).

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Şarl Kulon haqqında məlumat. Şarl Kulon nədir? Şarl Kulon nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Radiobiologiya

  • Fevral 27, 2026

    Anacardiaceae

  • Fevral 24, 2026

    Afad Qurbanov

  • Fevral 26, 2026

    Edvard Smit

  • Fevral 28, 2026

    Atlasov adası

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst