Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Fizikada nisbilik prinsipi fizika qanunlarını təsvir edən tənliklərin bütün məqbul hesablama sistemlərində eyni formaya malik olduğunu tələb edir. Məsələn, xüsu

Nisbilik prinsipi

  • Ana Səhifə
  • Vikipediya
  • Nisbilik prinsipi

Fizikada nisbilik prinsipi fizika qanunlarını təsvir edən tənliklərin bütün məqbul hesablama sistemlərində eyni formaya malik olduğunu tələb edir. Məsələn, xüsusi nisbilik çərçivəsində Maksvell tənlikləri bütün inersial hesablama sistemlərində eyni formaya malikdir. Ümumi nisbi nəzəriyyəsi çərçivəsində Maksvell tənlikləri və ya Eynşteyn sahə tənlikləri ixtiyari hrsablama sistemlərində eyni formaya malikdir. İstər biləvasitə (Nyuton mexanikasında olduğu kimi), istərsə də açıq şəkildə (Albert Eynşteynin xüsusi nisbilik və ümumi nisbilik nəzəriyyəsində olduğu kimi) elmdə bir neçə nisbilik prinsipi uğurla tətbiq edilmişdir.

Əsas anlayışlar

Elmin əksər bölmələrində nisbiliyin müəyyən prinsipləri geniş şəkildə qəbul edilmişdir. Ən geniş yayılanlardan biri hər hansı təbiət qanununun hər zaman eyni olması inamıdır və elmi araşdırmalar ümumiyyətlə təbiət qanunlarının onları ölçən şəxsdən asılı olmayaraq eyni olduğunu fərz edir. Bu cür prinsiplər ən fundamental səviyyələrdə elmi araşdırmaya daxil edilmişdir.

İstənilən nisbilik prinsipi təbiət qanununda simmetriya təyin edir, yəni qanunlar bir müşahidəçiyə digərinə göründüyü kimi eyni görünməlidir. Noter teoremi adlanan nəzəri nəticəyə görə, hər hansı belə simmetriya saxlanma qanununu ifadə edir. Məsələn, müxtəlif vaxtlarda iki müşahidəçi eyni qanunları görürsə, enerji adlanan kəmiyyət saxlanır. Bu baxımdan, nisbilik prinsipləri təbiətin necə davrandığına dair sınaqdan keçirilə bilən proqnozlar verir və təkcə elm adamlarının qanunları necə yazması barədə ifadələr deyildir.

Xüsusi nisbilik prinsipi

Xüsusi nisbilik nəzəriyyəsinin birinci postulatına görə:

Xüsusi nisbilik pirinsipi: Elə bir K koordinat sistemi seçilir ki, fiziki qanunlar bu sistemdə özlərinin ən sadə frmasını qoruyur, həmin qanunlar K sisteminə nəzərən bərabərsürətli düzxəttli hərəkət edən K' sistemində də öz formasını qoruyur.
— Albert Einstein: The Foundation of the General Theory of Relativity, Part A, §1

Bu postulat inersial hesablama sistemini təyin edir.

Xüsusi nisbilik prinsipinə görə, fizika qanunları hər inersial hesablama sistemində eyni olmalıdır, lakin onlar qeyri-inersial hesablama sistemlərində dəyişiklik göstərə bilər. Bu prinsip həm Nyuton mexanikasında, həm də xüsusi nisbilik nəzəriyyəsində istifadə olunur. Bu prinsipin təsiri o qədər güclü oldu ki, Maks Plank "prinsipi" "nəzəriyyə" adlandırdı.

Prinsip tələb edir ki, fizika qanunları sükunətdə olan cisimə görə necədirsə, sabit sürətlə hərəkət edən hər hansı bir cisim üçün də elə olsun. Bunun nəticəsi odur ki, inersial hesablama sistemindəki müşahidəçi kosmosda mütləq sürəti və ya hərəkət istiqamətini təyin edə bilməz və yalnız hansısa başqa obyektə nisbətən sürət və ya istiqamət haqqında danışa bilər.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Nisbilik prinsipi haqqında məlumat. Nisbilik prinsipi nədir? Nisbilik prinsipi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Iridaceae

  • Fevral 25, 2026

    Sosial psixologiya

  • Fevral 27, 2026

    Saxaroza

  • Fevral 27, 2026

    Antanta

  • Fevral 27, 2026

    Kütahya

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst