Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sosial psixologiya — psixologiya elminin mühüm sahələrindən biridir.Sosial qruplarda insanlar arasında ünsiyyət və qarşılıqlı təsir prosesində meydana çıxan psi

Sosial psixologiya

  • Ana Səhifə
  • Vikipediya
  • Sosial psixologiya

Sosial psixologiya — psixologiya elminin mühüm sahələrindən biridir.Sosial qruplarda insanlar arasında ünsiyyət və qarşılıqlı təsir prosesində meydana çıxan psixi hadisələri öyrənir. Sosial psixologiyanın tədqiq edib əldə etdiyi biliklər müxtəlif sahələrdə böyük praktik əhəmiyyətə malikdir. Devid Mayersə görə, sosial psixologiya - insanların bir-biri haqqında necə fikirləşdiyini, onların bir-birinə necə təsir göstərdiyini və bir-birlərinə necə münasibət bəslədiklərini öyrənən elmdir.

Q.Andreyevaya görə sosial psixologiyanın 3 mühüm sahəsi vardır:

  1. Qrupların sosial psixologiyası;
  2. Ünsiyyətin sosial psixologiyası;
  3. Şəxsiyyətin sosial psixologiyası.

Mündəricat

Sosial psixologiyanın tarixi

Sosial psixologiya elminin tarixi sosial-psixoloji biliklərin tarixindən daha "cavandır". Sosial psixologiyanın elmi inkişaf tarixini müəyyənləşdirməyin çətinliyi onunla əlaqədardır ki, bu elm müxtəlif mənbələrin təsirilə formalaşıb, sosial-psixoloji biliklərin hansı fənnlərin daxilində və hansı fənnlər arasında meydana gəldiyinin dəqiq müəyyən etmək mürəkkəbdir. Sosial psixologiyanın müstəqil sahə kimi yaranmasında ikili səbəblər rol oynamışdır: həm sosial, həm də nəzəri. Onun müstəqil elm kimi statusunun meydana çıxması 1908-ci ilə təsadüf edir. həmin il eyni zamanda Avropada V.Makduqollun "Sosial psixologiyaya giriş", Amerikada isə E.Rossun "Sosial psixologiya" kitabları nəşr olunmuşdur.

Ümumiyyətlə, sosial psixologiya tarixində üç dövrü fərqləndirmək olar:

  1. I dövr - fəlsəfə və ümumi psixologiya sahələrində biliklərin toplanması dövrü ( e.ə. VI əsrdən b.e XIX əsrinədək)
  2. II dövr - təsviri sosial psixologiyanın fəlsəfənin (sosiologiya) tərkibindən ayrılma dövrü (XIX əsrin 50-60-cı illəri - XX əsrin 20-ci illəri)
  3. III dövr - sosial psixologiyanın müstəqil elm kimi formalaşma dövrü ( XX əsrin 20-ci illəri) və onun müasir inkişafı

Qrupların sosial psixologiyası

Sosial qrup mədəniyyət meyarları, sərvət meylləri, həyat fəaliyyəti vasitələri və ya şəraiti ilə bir-birinə bağlı olan insanların nisbətən səbatlı birliyidir. Sosial psixologiya həm böyük, həm də kiçik sosial qrupları öyrənir. Bu baxımdan qrupların sosial psixologiyasına aşağıdakılar daxildir:

  1. Böyük Qrublarda (makromühitdə) sosial-psixoloji hadisələr
  2. Kiçik qruplarda (mikromühitdə) sosial-psixoloji hadisələr

İnsanların ünsiyyəti və qarşılıqlı təsiri, nəinki fəaliyyətin məzmunundan, həm də qrupun inkişaf səviyyəsindən asılı olaraq müxtəlif xüsusiyyətlər kəsb edir.

Ünsiyyətin sosial psixologiyası

Ünsiyyət bütün sosial-psixoloji hadisələrin mənbəyini təşkil edir.. İki və daha çox adamın münasibətləri aydınlaşdırmaq və ümumi nəticə əldə etmək məqsədilə öz səylərini əlaqələndirməyə və birləşdirməyə yönəldilmiş qarşılıqlı təsirinə ünsiyyət deyilir.

Sosial psixologiyada ünsiyyət müxtəlif istiqamətlərdə - kommunikativ (informasiya mübadiləsi), interaktiv (qarşılıqlı təsir) və perseptiv (insanların bir-birini qavraması) baxımından təhlil olunur.

Şəxsiyyətin sosial-psixoloji problemləri

Şəxsiyyət dedikdə, fərdin əşyavi fəaliyyətdə və ünsiyyətdə mənimsədiyi sistemli sosial keyfiyyətlər nəzərdə tutulur. Şəxsiyyət problemi psixologiyanın müxtəlif sahələrində nəzərdən keçirilsə də, bu problemin elə tərəfləri var ki, onlar məhz sosial psixologiya çərçivəsində tədqiq olunur. Məsələn, şəxsiyyətin sosializasiyası, sosial yönümü və s. Sosial psixologiya şəxsiyyətin davranış və fəaliyyətini real konkret qruplarda öyrənir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sosial psixologiya haqqında məlumat. Sosial psixologiya nədir? Sosial psixologiya nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 14, 2026

    Parlament respublikası

  • Fevral 25, 2026

    Verst

  • Fevral 25, 2026

    Eldar Bağırov

  • Fevral 23, 2026

    Mahmud Kaşğari

  • Fevral 25, 2026

    Əddis-Əbəbə

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst