Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Saxaroza (C12H22O11), disaxaridlərin ən mühüm və ən çox yayılmış nümayəndəsi olub əsasən, şəkər çuğundurunun (12–20%) və şəkər qamışının (14–26%) tərkibində olu

Saxaroza

  • Ana Səhifə
  • Vikipediya
  • Saxaroza

Saxaroza (C12H22O11), disaxaridlərin ən mühüm və ən çox yayılmış nümayəndəsi olub əsasən, şəkər çuğundurunun (12–20%) və şəkər qamışının (14–26%) tərkibində olur. Ona görə də onu şəkər çuğundururu və ya qamış şəkəri adlandırırlar. Saxaroza, həmçinin, bir çox meyvə və tərəvəzlərin tərkibinə daxildir. Saxarozanın molekulu α-qlükoza və β-fruktozanın qalıqlarından ibarətdir. Saxarozanın əmələ gəlməsində hər iki monosaxaridin qlikozid-OH qrupları iştirak edir və nəticədə qlükoza və fruktoza bir molekul su ayıraraq bir-birilə oksigen atomu vasitəsilə birləşir.

Saxaroza
Kimyəvi quruluşun şəkli
Ümumi
Kimyəvi formulu C12H22O11
Fiziki xassələri
Molyar kütlə 42,2965 ± 0,0144 q/mol
Sıxlıq 1,587 q/sm³
Termik xüsusiyyətlər
Ərimə nöqtəsi 186  °C
Buxarın təzyiqi 0 ± 1 mm Hg
Təsnifatı
CAS-da qeyd. nöm. 57-50-1
PubChem 5988
EINECS-də qeyd. nöm. 200-334-9
SMILES
 
  • C(C1C(C(C(C(O1)OC2(C(C(C(O2)CO)O)O)CO)O)O)O)O
InChI
 
  • InChI=1S/C12H22O11/c13-1-4-6(16)8(18)9(19)11(21-4)23-12(3-15)10(20)7(17)5(2-14)22-12/h4-11,13-20H,1-3H2/t4-,5-,6-,7-,8+,9-,10+,11-,12+/m1/s1
    CZMRCDWAGMRECN-UGDNZRGBSA-N
RTECS WN6500000
ChEBI 17992
ChemSpider 5768
Məlumatlar normal şərait (25 °C, 100 kPa) üçün verilmişdir.

Mündəricat

Alınması

Sənayedə saxaroza şəkər qamışından və şəkər çuğundurundan ayrılır. Bunun üçün çuğundur xüsusi maşında xırda doğranılır və üzərinə qaynar su əlavə edilib qarışdırılır. Bu zaman çuğundurun tərkibindəki saxaroza həll olaraq məhlula keçir. Kənar qatışıqları çökdürmək üçün məhlul əhəng südü ilə işlənilir. Bu prosesdə saxaraza kalsium — hidroksidlə C12H22O11•CaO•2H2O tərkibli kalsium-saxarat əmələ gətirir. Məhluldakı kalsium-hidroksidin artığını və kalsium-saxaratın tərkibindəki kalsiumu çökdürmək üçün məhlula karbon dioksid buraxılır.

Fiziki xassələri

Saxaroza rəngsiz monoklinik kristaldır. Əridilmiş saxarozadan soyudulduqda amorf rəngsiz kristal – karamel alınır. Saxaroza yüksək həllolma qabiliyyətinə malikdir. Həllolma (qramlarla 100 qram həlledicidə): suda 179 (00C) və 487 (1000C), etanolda 0,9 (200C). Metanolda isə az həll olur. Dietil efirində həll olmur. Sıxlığı 1,587q/sm3, ərimə temperaturu 1860C –dir.

Kimyəvi xassələri

Saxaroza (adi şəkər) — qlükozadan çox şirin və suda çox yaxşı həll olan ağ kristal maddədir. Saxaroza H+ ionunun iştirakı ilə qızdırıldıqda hidrolizə uğrayır. Bu zaman qlükoza və fruktoza əmələ gəlir.

C12H22O11 + H2O → C6H12O6 + C6H12O6

Saxaroza çoxatomlu spirt kimi fəal metallarla, metal hidroksidləri [(Ca(OH)2, Cu(OH)2 ilə suda həll olan saxaratlar əmələ gətirir, mis(II)hidroksidlə mis(II)saxaratın parlaq göy rəngli məhlulunu əmələ gətirir. Molekulunda aldehid qrupu olmadığından saxaroza "gümüş-güzgü" reaksiyası üzrə və mis(II)hidroksidlə oksidləşmir. Yandırıldıqda saxaroza karbon-dioksid və suya oksidləşir.

  • Saxaroza molekullarının 3D görünüşü
    Saxaroza molekullarının 3D görünüşü
  • Şəkərin qəhvəyi kristalları
    Şəkərin qəhvəyi kristalları

Saxarozanın özündən başqa 2 izomeri vardır: maltoza vəlaktoza. Maltoza səməninin təsiri ilə nişastadan alınır. Ona səməni şəkəridə deyilir. hidrolizə uğradıqda qlükoza çevrilir:

C12H22O11 + H2O → 2C6H12O6

Laktoza (süd şəkəri) süddə olur. Hidrolizə uğradıqda qlükoza və onun izomeri olan qalaktozaya parçalanır:

C12H22O11 + H2O → C6H12O6 + C6H12O6

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Saxaroza haqqında məlumat. Saxaroza nədir? Saxaroza nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Damar

  • Fevral 28, 2026

    Uruqvay bayrağı

  • Fevral 27, 2026

    İslandiya adası

  • Fevral 27, 2026

    Stalin

  • Fevral 23, 2026

    Paleozoy erası

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst