Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Vandal krallığı və yaxud Vandal və Alan krallığı — Xalqların böyük köçündən sonra Roma imperiyası ərazisində yaranmış dövlətlərdən biri. 435-ci ildə kral Qenser

Vandal krallığı

  • Ana Səhifə
  • Vikipediya
  • Vandal krallığı

Vandal krallığı və yaxud Vandal və Alan krallığı — Xalqların böyük köçündən sonra Roma imperiyası ərazisində yaranmış dövlətlərdən biri. 435-ci ildə kral Qenserikin başçılığı ilə Vandalların Şimali Afrikada qurduğu dövlət. Dövlətin əsas əhalisi Vandallar və Alanlardan ibarət idi.

Tarixi dövlət
Vandal krallığı
lat. Regnum Vandalum
479-cu ildə Vandal krallığı sərhədləri
479-cu ildə Vandal krallığı sərhədləri
435 — 534
Paytaxt Hippo Regius (435-439)
Karfagen (439-534)
Rəsmi dilləri Vandal dili
Latın dili
İdarəetmə forması Tayfa monarxiyası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

429-cu ildə, Vandallar kral Qenserikin başçılığı ilə Şimali Afrikaya daxil oldular. 80000 nəfər Vandal və Alandan ibarət olan bu topluluqda 20000 nəfər əsgər var idi. 430-cu ildə Roma şəhəri Hippo Regiusu ələ keçirərək dövlət qurma yolunda ilk addımlarını atmış oldular. 435-ci ildə Roma imperiyası ilə sülh bağlayan Vandallar Şimali Afrikanın böyük bir hissəsini müqavilə ilə ələ keçirdi. 439-cu ildə kral Qenserik sülhü pozaraq müasir Tunisdə yerləşən Africa Proconsularis əyalətinə yürüş etdi. Karfagen şəhəri döyüşsüz ələ keçirildi. Kral Qenserik Vandal dövlətinin əsasını qoydu, özünü də Vandalların və Alanların kralı (lat. Rex Vandalorum et Alanorum) titulu ilə hökmdar elan etdi. Zamanla Siciliya, Sardiniya, Korsika və Balear adaları da ələ keçirildi. Roma imperatoru III Valentinian 442-ci ildə Vandalların müstəqilliyini tanıdı, qızı Yevdokiyanı isə şahzadə Hunerikə nişanladı.

Roma qarəti

455-ci ildə Petronius Maksimus imperator III Valentinianı devirərkən keçmiş imperatorun həyat yoldaşı imperatriça Lisiniya Yevdoksiya Vandallardan ona köməyə gəlməsini xahiş etmişdi. Petronius Maksimus şəhərdən qaçsa da Qenserik şəhəri 2 həftə boyunca qarət etdi, imperatriça və qızlarını da öz krallığına apardı.

Sonrakı illər

Roma imperiyası Vandal krallığını geri ələ keçirməyə can atırdı. İmperator Mayorian buna cəhd etsə də, 460-cı ildə Kartaxena sahillərində ağır məğlubiyyətə uğramışdı. Bu dəfə Qərbi Roma imperiyası və Şərqi Roma imperiyası öz güclərini birləşdirib, 468-ci ildə 100000-dən çox əsgər və 1000-dən çox gəmi ilə Kap Bon burnuna gəldilər. Vandallar bu dəfə Qərbi Roma gəmilərini ələ keçirib Bizans gəmilərini yandıraraq çox böyük bir məğlubiyyətə uğratdılar. 470-ci ildə Qərbi Roma imperiyası Vandallarla sülh bağlamağa məcbur oldu.

Krallığın sonu

Bizansda I Yustinian hakimiyyətə gələndə qədim Roma imperiyasının sərhədlərini bərpa etmək fikrində idi. Bu məqsədlə 533-cü ildə Vandal müharibəsini başlatdı və gücdən düşmüş Vandalları məğlub etdi. 534-cü ildə son Vandal kralı Qelimer həbs olundu, digər vandallar Konstantinopola məcburi əsgər kimi aparıldılar. Vandal krallığı Bizansın bir əyalətinə çevrildi.

Kralları

  • Qenserik (435–477)
  • Hunerik (477–484)
  • Guntamund (484–496)
  • Trasamund (496–523)
  • Hilderik (523–530)
  • Qelimer (530–534)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Vandal krallığı haqqında məlumat. Vandal krallığı nədir? Vandal krallığı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Makoto Şinkay

  • Fevral 27, 2026

    Sığnaq (Xocalı)

  • Fevral 27, 2026

    Bəşər Əsəd

  • Fevral 27, 2026

    Eskimosların folkloru

  • Fevral 27, 2026

    Kva

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst