Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Eramızın ilk əsrlərində köçəri alan tayfaları Azovyanı və Ön Qafqazın çöl bozqır rayonlarında məskunlaşmışdılar. I - II əsrlərdə alan tayfaları Cənubi Qafqaz öl

Alanlar

  • Ana Səhifə
  • Vikipediya
  • Alanlar

Alanlar (q.türk As/Ar; q.yun. Ἀλανοί; lat. Alani) — İrandilli tayfalar.

Mündəricat

Tarixi

Eramızın ilk əsrlərində köçəri alan tayfaları Azovyanı və Ön Qafqazın çöl bozqır rayonlarında məskunlaşmışdılar. I - II əsrlərdə alan tayfaları Cənubi Qafqaz ölkələrinə - Qafqaz Albaniyasına, İberiyaya, habelə Atropatenaya, Kiçik Asiyaya və Roma imperiyasının bir sıra əyalətlərinə tez-tez talançı basqınlar edirdilər. IV əsrin ikinci yarısında tayfalar hunlar tərəfindən darmadağın olundular və qismən hun tayfa ittifaqına daxil edildilər. Bundan sonra alanların xeyli hissəsi onlarla birlikdə Avropaya hərəkət edərək Qalliyadan, İspaniyadan keçib Şimali Afrikada vandallara qarışdı. Alanların digər hissəsi isə hunların təzyiqi ilə Şimali Qafqaz dağlarına köçdü. IV əsrdən alan tayfaları burada oturaq həyata keçməyə başladılar. Şimali Qafqaz alanları bir neçə tayfa ittifaqına bölündülər ki, bunların da ən iriləri Şərqi və Qərbi ittifaqlar idilər. Şərqi ittifaq xəzərlərlə və İranla bağlı idi, Qərbi ittifaq isə Bizansla. VI əsrdən etibarən qərbi alanlar arasında xristianlıq yayılmağa başladı. VI əsrdə alan tayfa ittifaqı birlikləri avarlar tərəfindən dağıdıldılar. VII əsrdən X əsrədək Alaniya Xəzər xaqanlığının tərkibinə daxil olmuşdur. X - XII əsrlərdə alanların başda hökmdarları "baqatar"ları olan dövlətləri formalaşır. Bu dövrdə yunan əlifbası əsasında alanların yazısı meydana gəlir. Alanlar "Nart" qəhrəmanlıq eposunu yaratmışlar. Alan mədəniyyəti Ön Qafqaza 1222-ci il monqol-tatar basqınınadək mövcud olmuşdur. XIV əsrdən alanlar arasında islam dini yayılmağa başlamışdır. Müasir osetinlər alanların nəslindəndirlər.

Əksər mənbələrin onların İrandilli olduğu nəzəriyyəsini irəli sürür. Bəzi tarixçilərə görə alanlar türk dillərində danışan köçəri türk xalqıdır. E.ə. dövrlərdə indiki Qazaxıstan torpaqlarında yaşayırdılar. Miladi dövrün başlanğıc illərində isə bölmələr böyük bir hissəsi Volqa çayını keçərək Don çayı civarlarına, Krım və Şimali Qafqaz torpaqlarına gələrək bu bölgələrdə uzun illər hakimiyyət qurmuşlar.

Alan dili

Alan adı yazılı mənbələrdə ilk dəfə e.ə. I əsrdə ortaya çıxır və Çin mənbələrinə görə alanlar doqquz Tele Türk boylarından biridir. Alanlar (Aslar) köhnə türk yazılarında bir türk boyu olaraq qırğızların yanında çox dəfə ifadə edilmişdir. Kaşgarlı Mahmut 'Az keshe' (yani 'Az kişi') adlı və şübhəsiz Türk olan bir qövm haqqından bəhs edər. Türk tarixçi Əl-Biruniyə görə alanların dili Xarəzmşahların və kumanların dillərinə bənzər. Alanların bir qismi qıpçaq və digər qismi oğuz qollarına aiddir. Qaraçay-balkarlar özlərinə bu günə qədər Alan deyə xitab edərlər və qonşu xalqlar tərəfindən də eyni xitabı almaqdadırlar. Etimologiji baxımdan alan sözü türk dillərində "ərazi, düz, açıq yer, geniş və ya böyük məsafə" deməkdir. Osetinlərin əcdadları olduğunu göstərən araşdırmalar da vardır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Alanlar haqqında məlumat. Alanlar nədir? Alanlar nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Məna

  • Fevral 27, 2026

    Canet Yellen

  • Fevral 27, 2026

    Efiopiya bayrağı

  • Fevral 27, 2026

    Panegirik

  • Fevral 27, 2026

    Hurrilər

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst