Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Fəth əl-Bari (ərəb. فتح الباري‎) — əl-Buxarinin Səhih-inə İbn Həcər əl-Əsqəlani tərəfindən qələmə alınmış şərh.

Fəth əl-Bari

  • Ana Səhifə
  • Vikipediya
  • Fəth əl-Bari

Fəth əl-Bari (ərəb. فتح الباري‎) — əl-Buxarinin Səhih-inə İbn Həcər əl-Əsqəlani tərəfindən qələmə alınmış şərh.

Fəth əl-Bari
ərəb. فتح الباري‎
Müəllif İbn Həcər əl-Əsqəlani
Orijinalın dili ərəb dili
Ölkə
  •  Misir
Orijinalın nəşr ili 1372

Mündəricat

Müəllif

İbn Həcər 1372-ci ildə Qahirədə anadan olmuşdur. O, uşaqlıq illərini doğma yurdunda keçirmiş, burada Qurani-Kərimi, İbn əl-Hacibin "Əl-Havi" və "Əl-Muxtəsər"ini və digər əsərləri əzbərləmişdir. O, qəyyumlarından birinin müşayiəti ilə Məkkəyə gedir və orada məşhur üləmalardan dərs alır. İslam haqqında biliklərini artırmaq üçün Hicaz, Şam və Misirdə hədis alimlərinin dərslərində və mühazirələrində iştirak etmişdir. On il İbn Həcər əl-İraqidən dərs alır. Bundan əlavə, o, əl-Bəlkini və İbn əl-Müləkkindən dərs almışdır.

Səhihi-Buxari

"Səhihi-Buxari" altı əsas sünni hədis toplusundan biridir (Kütübi-sittə). Hədislər orta əsr İslam ilahiyyatçısı Məhəmməd əl-Buxari tərəfindən toplanmışdır, bu hədislər iki yüz il şifahi şəkildə nəql edilmişdir. Sünnilər üçün "Səhihi-Buxari", Səhihi-Müslüm və İmam Malikin Muvattası ilə birlikdə ən etibarlı üç hədis toplusundan biridir. Bəzi ilahiyyatçılar "Səhihi-Buxari"ni Qurandan sonra ən etibarlı İslam kitabı hesab edirlər.

Kitabın təsviri

İbn Həcər İslamla bağlı 150-yə yaxın elmi əsərin müəllifidir, lakin onların ən məşhuru haqlı olaraq "Fəthül-Bari"dir.

İbn Həcərin "Səhih əl-Buxari"yə verdiyi şərh İslam dininə dair ən mühüm elmi mənbələrdən biridir, müəllif onu tərtib etmək üçün təxminən 25 il vaxt sərf etmişdir. İbn Həcər "Fəthül-Bari"ni hicri 817-ci ildə, 44 yaşında ikən yazmağa başlamış və hicri 842-ci ilin Rəcəb ayının əvvəlində tamamlamışdır.

İbn Həcər "Fəthül-Bari"ni yazarkən "Səhih" əl-Buxarinin mətnini Əbu Zərra Əbd (ullah) ibn Əhməd əl-Həravinin variantında əsas götürmüşdür.

"Fəthül-Bari" kitabının həcmi (Səhih əl-Buxari ilə birlikdə) 14 cild, 28 bölmə (cildlərin sayı nəşrə görə dəyişir) təşkil edir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Fəth əl-Bari haqqında məlumat. Fəth əl-Bari nədir? Fəth əl-Bari nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Phasianidae

  • Fevral 21, 2026

    Akonkaqua

  • Fevral 23, 2026

    Yuli təqvimi

  • Fevral 27, 2026

    Ankara zəfəranı

  • Fevral 27, 2026

    Nikolay Nekrasov

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst