Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Səhihi-Müslim (ərəb. صحيح مسلم‎) — əsl adı "əl-Cəmius-Səhih" olan Əhli-Sünnənin hədis ədəbiyyatında ən güvənilən hədis kitabları olaraq qəbul edilən altı kitabd

Səhihi-Müslim

  • Ana Səhifə
  • Vikipediya
  • Səhihi-Müslim

Səhihi-Müslim (ərəb. صحيح مسلم‎) — əsl adı "əl-Cəmius-Səhih" olan Əhli-Sünnənin hədis ədəbiyyatında ən güvənilən hədis kitabları olaraq qəbul edilən altı kitabdan (Kutubi-sittədən) ikincisi. Əhli-Sünnənin güvənilən səhih hədis kitabları olaraq qəbul edilən iki kitabdan ("Səhiheyn"dən) biridir.

Səhihi-Müslim
ərəb. صحيح مسلم‎
Müəllif Müslüm ibn Həccac
Orijinalın dili ərəb dili, fars dili
Ölkə Abbasilər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Müəllifi

Kitabın müəllifi (206–261/821–875) Əbu əl-Hüseyn Müslim ibn Həccəc ən-Neysəburidir. Hicrətin 206-cı ilində indiki İranın Nişapur şəhərində anadan olmuş və 261-ci ilində vəfat etmişdir. O əslən iranlıdır və milliyyəti haqda ixtilaf vardır ki, ərəb və yaxud fars mənşəlidir.

Haqqında

Kitab cildlərə bölünür (cildlərin sayı nəşr edildiyi zamana, məkana və nəşriyyata görə dəyişir). Hər cilddə kitablar və hər kitabda da bablar var. Hər kitabda, kitaba uyğun bablar və hər babda da mövzuya uyğun hədislər vardır. Təkrarları çıxmaq şərtilə kitabda 3033 hədis var. Ümumilikdə isə kitabda 7275 hədis var. Səhiheynin ehtiva etdiyi hədislər haqqında İbni Salah (h. 577–643) bunları demişdir:

"Bizə Hureybdən rəvayət olundu. Deyib ki, Əbu Züratə ər-Razinin yanında idim. Deyərkən Müslim ibn Həccac gəldi və ona salam verərək bir müddət oturdu. Müzakirə etdilər. Getmək üçün qalxdığı zaman mən Əbu Züraya:

"Səhih adlı kitabda dörd min hədis toplayan bu zatmıdır?" - dedim.

"Əbu Züra geriyə qalanını kimə qoydu?" - dedi.

İbni Salah (577–643) deyir ki, Əbu Züra (v. hicri 164) bununla Müslimin kitabında təkrarsız olaraq dörd min əsil hədis olduğunu anlatmaq istəmişdir. Buxarinin kitabı üçün də təkrarları xaric, dörd min hədis; təkrarları ilə birlikdə 7275 hədis ehtiva etdiyini söyləmişdir."

Şərhlər

  1. "əl-Mufhim fi Şərhi Ğəribi Muslim" Abdul-Ğafir ibn İsmail əl-Farisi (h. 529)
  2. "Şərhu Muslim" İsmail ibn Məhəmməd əl-İsfəhani (h. 535)
  3. "əl-Mulim bi Fəvaidi Kitabi Muslim" Əbu Abdullah Məhəmməd ibn Əli əl-Maziri (h. 536)
  4. "əl-İkmal əl-Mulim bi Fəvaidi Muslim" Qazı İyad ibn Musa əl-Yəhsubi əl-Maliki (h. 544)
  5. "Şərhu Muslim" İmadud-Din Abdur-Rəhman ibn Abdul-Ali əl-Misri (h. 624)
  6. "Siyanətu Səhihi Muslim minəl-İxlali vəl-Ğələti və Himayətihi minəl-İsqati vəs-Səqti" Əbu Amr Osman ibn əs-Səlah əş-Şəhrəzuri (h. 643)
  7. "əl-Mufsih əl-Mufhim vəl-Muvəddih əl-Mulhim li Məani Səhihi Muslim" Əbu Abdullah Məhəmməd ibn Yəhya ibn Hişam əl-Ənsari (h. 646)
  8. "Şərhu Muslim" Yusuf Şəmsuddin Əbul-Muzəffər (h. 654)
  9. "əl-İkmal fi Şərhi Muslim" Şəmsuddin Məhəmməd ibn Yusuf əl-Kunəvi (h. 656)
  10. "əl-Mufhim lima Əşkələ min Təlxisi Kitabi Muslim" Əbul-Abbas Əhməd ibn Ömər əl-Ənsari əl-Qurtubi (h. 656)
  11. "əl-Minhac fi Şərhi Səhihi Muslim ibnul-Həccac" Əbu Zəkəriyya Yəhya ibn Şərəf ən-Nəvəvi (h. 676)
  12. "Fədl əl-Munim fi Şərh Səhih Muslim" Əbu Abdullah Məhəmməd ibn Ətaullah ibn Məhəmməd ər-Razi (h. 767)
  13. "İkmalu İkmal əl-Mulim" Əbu Abdullah Məhəmməd ibn Xəlifə əl-Vustani əl-Ubbi (h. 827)
  14. "Şərhu Muslim" Təqiyyud-Din Əbu Bəkr ibn Məhəmməd əl-Hisni əd-Diməşqi (h. 829)
  15. "Tohfətu əl-Muncid vəl-Mufhim fi Ğəribi Səhihi Muslim" İbrahim ibn Məhəmməd ibn Sibt ibn əl-Əcəmi (h. 841)
  16. "Şərhu Muslim" Əbul-Fərəc İsa ibn Məsud əz-Zəvavi (h. 844)
  17. "Mukəmmilu İkmal əl-İkmal" Məhəmməd ibn Yusuf əs-Sənasi (h. 892)
  18. "Əd-Dibac alə Səhih Muslim ibnul-Həccac" Cəlaləddin əs-Suyuti (h. 911)
  19. "Minhac əl-İbtihac fi Şərhi Muslim ibnul-Həccac" Şihabuddin Əhməd ibn Məhəmməd əl-Xətib əl-Qəstəllani (h. 923)
  20. "Şərhu Muslim" Zeynud-Din Zəkəriyya ibn Məhəmməd əl-Ənsari (h. 926)
  21. "Buğyətul-Qari vəl-Mutəfəhhim" Yəhya ibn Məhəmməd əs-Sənabiti (h. 958)
  22. "Şərhu Muslim" Ali əl-Qari əl-Hərəvi (h. 1016)
  23. "əs-Sirac əl-Vəhhac min Kəşfi Məsalibi Səhih Muslim ibnul-Həccac" Siddiq Həsənxan (h. 1307)
  24. "İnayətu əl-Məlik əl-Munim li Şərhi Səhih Müslim" Abdullah ibn Məhəmməd Yusif Əfəndi (h. 1167)
  25. Muhyiddin ən-Nəvəvi, "Sahihu Muslim bi Şərhin Nəvəvi"

Tərcümə

Kitab Azərbaycan dilinə tərcümə olunub və nəşr olunub:

  • İmam Əbul-Huseyn Muslim ibn Həccac ibn Muslim əl-Quşeyri ən-Nişapuri, "Səhih Muslim və Şərhi", Tərcümə edən: Əlixan Musayev, 2 cilddə (I cild, yüklə)
  • Müslim ibn Həccac əl-Quşeyri ən-Nişapuri, "Səhih Müslim", Bakı, "Şərq-Qərb", 2010, 984 səh.

Nəşr

  • Müslim ibn əl-Həccac, "əl-Müsnədus-səhih bi nəqlil ədli", Dar İhyail-Kutubil-Ərəbiyyə, ər-Riyad, Səudiyyə Ərəbistanı, 1412/1991; təhqiq: Məhəmməd Fuad Əbdülbaqi yüklə
  • Müslim ibn əl-Həccac, "əl-Müsnədus-səhih bi nəqlil ədli", Beytul-Əfkar əd-Dəvliyyə lil-Nəşr, ər-Riyad, Səudiyyə Ərəbistanı, 1419/1998 yüklə
  • Müslim ibn əl-Həccac, "əl-Müsnədus-səhih bi nəqlil ədli", Dar Teybə, ər-Riyad, Səudiyyə Ərəbistanı, 1427/2006; təhqiq: Nəzər ibn Məhəmməd əl-Qurtubi yüklə

Həmçinin bax

  • Kütubi-sittə
  • Səhihi-Buxari
  • Sünəni-Əbu Davud
  • Sünəni-Nəsai
Vikimənbədə bu mətnin orijinalı var.
Bax: Səhihi Müslim

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Səhihi-Müslim haqqında məlumat. Səhihi-Müslim nədir? Səhihi-Müslim nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Bank qanunu

  • Fevral 24, 2026

    Ay təqvimi

  • Fevral 27, 2026

    Yuyçzülyü Datan

  • Fevral 27, 2026

    İşim çayı

  • Fevral 19, 2026

    Microsoft 365

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst