Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Böyük Çin — han çinliləri ilə ticarət və mədəni əlaqələri paylaşan qeyri-rəsmi bir coğrafi ərazi. "Böyük Çin" anlayışı əsasən Şərqi Asiyadakı materik Çini, Honk

Böyük Çin

  • Ana Səhifə
  • Vikipediya
  • Böyük Çin

Böyük Çin — han çinliləri ilə ticarət və mədəni əlaqələri paylaşan qeyri-rəsmi bir coğrafi ərazi. "Böyük Çin" anlayışı əsasən Şərqi Asiyadakı materik Çini, Honkonq, Makao və Tayvanı əhatə edən bir bölgəni nəzərdə tutur. Bəzi analitiklər Sinqapurda olduğu kimi dünyada yaşayan digər çinli icmaları da əhatə edirlər. Bu termin bəzən "regional çinli icmalar arasında əlaqələri" əhatə etmək məqsədilə ümumiləşdirilmişdir.

Böyük Çin
Sadələşdirilmiş çincə: 大中华
Ənənəvi çincə: 大中華
Transkripsiya
Putunxua
- pinyin: Dà Zhōnghuá
- Ueyda-Caylza: Ta Chung-hua
- çjuin fuxao: ㄉㄚˋ ㄓㄨㄥˉ ㄏㄨㄚˊ
Min dili
- tayvanca POJ: Tāi Tiong-hôa
Yue (kantonca)
- yutpxin: daai6 zung1 waa4
1944-cü ildə çəkilən ABŞ propaqanda filmi "Çin uğrunda döyüş"də təsvir olunan "Çin" xəritəsi. Burada Çin Respublkası olaraq kontinental Çin, Mançuriya, Monqolustan, Sincan və Tiber ərazilərini göstərilmişdir.

İstifadəsi

Çoxmillətli korporasiyalar öz regional qərargahlarını adlandırmaq üçün bu ifadədən tez-tez istifadə edirlər. Məsələn, "Procter & Gamble" şirkəti fəaliyyəti eyni zamanda Honkonq və Tayvanı da əhatə edən Quançjou şəhərindəki regional qərargahını adlandırmaq üçün bu ifadədən istifadə edir. "Apple" şirkəti Şanxay şəhərindəki regional qərargahı üçün bu addan istifadə edir. Kolumbiya Universiteti kimi tədqiqat qurumları və universitetlərdə bölgə üzrə aparılan araşdırmalarda bu termindən istifadə edir.

Bu termin tez-tez Tayvanın siyasi statusu ilə bağlı həssaslıqların qarşısını almaq üçün istifadə olunur.

Tarixi

Bu termin uzun müddətdir istifadədir, lakin tarixən fərqli mənalarda istifadə olunmuşdur.

1930-cu illərdə amerikan coğrafiyaşünas Corc Kressi materik Çini əvəzinə, bütün Çin imperiyasına xitab etmək üçün bu ifadədən istifadə etmişdir. "Böyük Çin"in 1940-cı illərdə ABŞ-nin dövlət tərəfindən tərtib edilən xəritələrində siyasi bir termin olaraq istifadəsi Çin Respublikasının iddia etdiyi əvvəlki Tzin imperiyasının ərazilərini əhatə etmişdir.

Anlayış 1970-ci illərin axırlarında ÇXR ilə Honkonq arasında artan ticarət əlaqələrinə xitab etmək məqsədilə yenidən Çindilli mənbələrdə istifadə edilməyə başlamışdır. İngiliscə termin sonradan 1980-ci illərdə bölgələr arasında artan iqtisadi əlaqələrə və siyasi birləşmə ehtimalına xitab etmək üçün yenidən populyarlaşmışdır. Bu, Avropa İttifaqı, ASEAN və ya Afrika İttifaqı kimi institusional bir təşkilat deyil. Anlayış iqtisadi cəhətdən sıx əlaqəli olduğu görünən bir neçə bazarı qruplaşdırmaq üçün bir ümumiləşdirmədir və suverenliyi nəzərdə tutmur. Həmçinin, ifadə həmişə Tayvanı əhatə etmir, məsələn, "Cisco Systems" bazara xitab etmək üçün "Böyük Çin və Tayvan" ifadəsindən istifadə edir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Böyük Çin haqqında məlumat. Böyük Çin nədir? Böyük Çin nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Qureyş

  • Fevral 24, 2026

    Anna Qolubkina

  • Fevral 27, 2026

    Məhəmmədəli Füruği

  • Fevral 28, 2026

    Tofalar

  • Fevral 27, 2026

    Difteriya

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst